Icma.az
close
up
RU
Qiymətlər 30 faiz artır Geciksəniz, daha çox ödəyəcəksiniz

Qiymətlər 30 faiz artır Geciksəniz, daha çox ödəyəcəksiniz

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“2026-cı ildə də Yeni il ərəfəsində bölgələrdəki istirahət mərkəzlərinə tələbatın yüksək olacağı gözlənilir. Çünki rezervasiyalar əvvəlcədən həyata keçirilir. Ən azı üç ay öncədən yer sifariş edənlər daha sərfəli qiymətlər əldə edə bilirlər. Belə olduqda rezervasiyanı 10-15 faiz daha ucuz qiymətə etmək mümkündür”. 

Bunu “Yeni Sabah”a turizm məsələləri üzrə ekspert Cabir Dövlətzadə deyib.

O bildirib ki, dekabr ayının əvvəlinə qədər bölgələrdəki istirahət mərkəzlərində doluluq səviyyəsi 80-90 faizə çatır:  Dominos pizza

“Bu səbəbdən istirahət yerlərini əvvəlcədən rezervasiya etmək daha məqsədəuyğundur. Bu, artıq formalaşmış bir tendensiyadır. Azərbaycanlı turistlər Yeni ili xaricdə keçirməkdənsə, ailələri ilə birlikdə ölkə daxilindəki istirahət mərkəzlərinə üz tutmağa üstünlük verirlər. Xüsusilə dekabrın 30-dan yanvarın 3-dək olan dövrdə ölkədə qeyri-iş günlərinin olması bölgələrdə turist sıxlığını artırır.

Bakıda isə xarici turistlər arasında ilk yerləri Rusiya, daha sonra Türkiyə vətəndaşları tutur. Onlar əsasən şəhərin mərkəzi ərazilərindəki hotellərdə yerləşir, restoranlarda Yeni il tədbirlərinə qatılırlar. Yeni il turizm sektoru üçün hər zaman əlverişli dövr hesab olunur. Ümid edirik ki, bu il də Azərbaycanda təhlükəsizlik və əmin-amanlıq yüksək səviyyədə olacaq, həm yerli, həm də xarici turistlər ölkəmizə səfər edəcəklər”.

Ekspert qeyd edib ki, bayram günlərində hotel və restoranlarda qiymətlər 30 faizədək artır:

Bununla belə, bayram günlərində bölgələrdəki istirahət mərkəzlərində, hotellərdə və şəhərin mərkəzində yerləşən restoranlarda qiymətlər ucuz olmur. Əksinə, qiymətlər ən azı 30 faizədək arta bilir. Gec rezervasiya edən müştərilər isə bu bahalaşma ilə üzləşirlər. Buna görə də istirahət yerini əvvəlcədən sifariş etmək həm daha münasib qiymət əldə etmək, həm də yer tapmaq baxımından daha məqsədəuyğundur”.

Məsələyə münasibət bildirən turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov bildirib ki, Yeni il ərəfəsində, xüsusilə bayram tətili günlərində insanlar və ailələr bölgələrə səfər edərək istirahətlərini səmərəli keçirməyə çalışırlar: 

“Tələbatın artması təbii olaraq qiymətlərə də təsir göstərir. Bununla belə, hər il bazara yeni yerləşmə məkanlarının daxil olması qiymətlərin kəskin artmasının qarşısını alır.

Son illərdə insanlar bölgələrə səfərlə yanaşı, xarici ölkələrə də üz tuturlar. Bu, əsasən şəxsi zövq, tələbat və maddi imkanlarla bağlıdır. Bölgələr arasında isə daha çox tanınmış və populyar turizm istiqamətlərinə tələbat olduğunu görürük. Xüsusilə Quba, Qusar, Qəbələ və Şəki istiqamətləri daha çox seçilir.

Cənub bölgəsinə də maraq var. Burada mövcud infrastruktur və otellərin imkanları turistlər üçün müxtəlif tədbirlərin, şənliklərin və konsertlərin təşkilinə şərait yaradır. Beləliklə, istirahətə gələn insanların əyləncəli vaxt keçirməsi də təmin olunur.

Adətən, bu istiqamətlər üzrə bir gecəlik, iki günlük və ya iki gecəlik, üç günlük istirahət paketləri təklif edilir. Lakin hazırda Yeni il ərəfəsi üçün nəzərdə tutulan paketlər hələ satışa çıxarılmayıb”.

Ekspert ilin sonu və Yeni il bayramı üçün nəzərdə tutulan paketlərin adətən əvvəlcədən hazırlandığını deyib: 

“Turizm şirkətləri bu paketləri reklam edərək satışını həyata keçirirlər. Bəzi hallarda isə otellər birbaşa özləri satış edirlər. Azərbaycanda daxili turizm üzrə, xüsusilə bu cür istirahət paketlərinin qiymətində oteldən birbaşa və ya turizm şirkəti vasitəsilə sifariş verilməsi arasında ciddi fərq olmur. Hər iki halda qiymət, əsasən, eyni olur.

Daha münasib qiymətlərlə istirahət etmək istəyənlər üçün Gəncə, Naftalan, İsmayıllı və cənub bölgəsi kimi istiqamətlər də alternativ sayıla bilər. Xüsusilə Gəncə və Naftalan istiqamətlərində nəqliyyat imkanları, o cümlədən sürətli qatarla səfər etmək imkanı turistlər üçün əlavə rahatlıq yaradır. Cənub bölgəsinə səfər də əlverişli seçimlərdən biridir. Ümumilikdə, yerləşmə, qidalanma və əyləncə xərcləri nəzərə alındıqda, Gəncə və Naftalan istiqamətləri daha münasib qiymətli istirahət imkanları ilə seçilir.

Xarici ölkələrə təşkil olunan turlara gəlincə, burada seçim imkanları daha genişdir. Üstəlik, xarici istiqamətlər üzrə tur paketlərini indidən araşdırmaq, qiymətləri müqayisə etmək və müxtəlif təklifləri dəyərləndirmək mümkündür”.

Əsmətxanım Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 Oktyabr 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri