Icma.az
close
up
RU
Qızıl almağa tələsməyin Diqqətçəkən proqnoz KONKRET

Qızıl almağa tələsməyin Diqqətçəkən proqnoz KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, ABŞ dollarının məzənnəsi və geosiyasi proseslər qızıl bazarına təsir göstərən əsas amillər olaraq qalır. Son aylarda investorlar arasında qiymətli metalın yenidən bahalaşacağı ilə bağlı gözləntilər artsa da, ekspertlər yaxın perspektivdə kəskin qiymət dəyişiklikləri proqnozlaşdırmırlar.

Bəs qarşıdakı aylarda qızıl bahalaşacaq, yoxsa qiymətlər sabit qalacaq?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, son dövrlərdə ABŞ-da məşğulluq göstəricilərinin zəifləməsi qızılın bahalaşacağı ilə bağlı müəyyən gözləntilər yaratmışdı.

Onun sözlərinə görə, sonrakı proseslər fərqli istiqamətdə inkişaf edib:

“Yaxın dövrlərdə qızılın qiymətinin bahalaşması ehtimalı yoxdur. Dünya bazarında, xüsusilə də ABŞ-da məşğulluq göstəricilərinin azalması qızılın bahalaşacağı ilə bağlı müəyyən gözləntilər formalaşdırmışdı. Lakin dolların möhkəmlənməsi, geosiyasi mühitdə nisbi sabitliyin yaranması və Yaxın Şərqdə gərginliyin azalması investorların qızıldan çıxaraq real sərmayə bazarlarına yönəlməsinə səbəb olub. Buna görə də hazırda qızılın qiymətində ciddi bahalaşma proqnozlaşdırılmır.”

İqtisadçı qeyd edib ki, bununla belə müəyyən qiymət dəyişiklikləri mümkündür. Ancaq söhbət kəskin artım və ya enişdən getmir:

“Dünya Qızıl Şurasının proqnozlarına görə, qızılın qiymətində müəyyən dalğalanmalar ola bilər. Bu dəyişikliklərin 3-5 faiz civarında olacağı gözlənilir. Belə dalğalanmalar bazar üçün normal hesab edilir və nə ciddi bahalaşmaya, nə də kəskin ucuzlaşmaya səbəb olacaq.”

R.Abbasbəyli vurğulayıb ki, qlobal geosiyasi risklər tam aradan qalxmasa da, onların yaxın dövrdə kəskinləşəcəyi ilə bağlı gözləntilər də yüksək deyil.

“Yaxın Şərqlə bağlı proseslərdə müəyyən həssaslıq qalmaqdadır. Hər an hərbi və ya siyasi gərginlik yarana bilər. Məhz buna görə də qızılın ciddi ucuzlaşması gözlənilmir. Digər tərəfdən, gərginliyin artması ehtimalı da yüksək olmadığı üçün qızılın bahalaşacağı proqnozlaşdırılmır.”

İqtisadçının fikrincə, əgər qarşıdakı aylar ərzində gözlənilməz hərbi və ya siyasi hadisələr baş verməzsə, qızılın qiyməti əsasən sabit qalacaq. Qızıl bundan sonra da etibarlı və sığortalı investisiya aləti statusunu qoruyacaq. Lakin yaxın aylarda qiymətində ciddi dəyişiklik gözlənilmir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Oktyabr 2026 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri