Icma.az
close
up
RU
Qızıl almaya doğru: Şuşa Bəyannaməsi türk millətlərini vahid ideal uğrunda birləşməyə səsləyir

Qızıl almaya doğru: Şuşa Bəyannaməsi türk millətlərini vahid ideal uğrunda birləşməyə səsləyir

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanla Türkiyənin birliyi Yaxın Şərqin və Qafqazın təhlükəsizliyi, inkişafı, gələcəyi üçün təməl və təkandır. Bu birliyə qarşı yüz ildən artıq mübarizə aparan böyük güclər öz istəklərinə nail ola bilməyiblər. Türk dövlətlərinin bir-birinə yaxınlaşmasına qarşı bütün cəhdlər uğursuzluğa düçar olub. 2021-ci il iyunun 15-də prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərində imzaladıqları Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə iki qardaş dövlətin əlaqələrinin zirvəsi kimi bunun təsdiqidir. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Orada qeyd edilib ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bəyannamənin 15 İyun - Milli Qurtuluş Günündə məhz Şuşada imzalanması təsadüfi deyil. Bundan sonra 15 iyun həm Milli Qurtuluş Günü, həm də Şuşa Bəyannaməsinin imzalandığı gün kimi tarixdə qalacaq. Şuşa Bəyannaməsi diplomatiya tariximizin ən mühüm sənədlərindən biri hesab olunur. Bu sənəd siyasi-diplomatik, milli-mənəvi, həm də hərbi-strateji əhəmiyyət daşıyır. 


Millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı "Sherg.az"a deyib ki, 2021-ci il iyunun 15-də  - Milli Qurtuluş Günü bayram edilərkən cənab Prezidentimiz İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi mahiyyətinə görə, ikitərəfli münasibətlər çərçivəsini aşır. 

Deputat vurğulayıb ki, Şuşa Bəyannaməsi bütün türk dünyasının əməkdaşlığının güclənməsinə təsir edir, türk millətlərini vahid ideal uğrunda birləşməyə səsləyir: 


"Bəs türk millətlərinin idealı nədir? Bir tarixi sənəddə yazılan məlumatı sizinlə bölüşürəm. Türkiyə üzrə mütəxəssis, kəşfiyyatçı və Rusiya diplomatı Mixail Pavloviç Veltmana Türkiyədə kommunist hərəkatının perspektivlərini öyrənib məruzə hazırlamağı tapşırırlar. O, Bakıda yerləşən Türkiyə Kommunist Partiyasının Xarici Bürosundan aldığı materialların əsasında bu tapşırığı yerinə yetirir və 1921-ci ilin aprelində sovet rəhbəri Vladimir Leninə məxfi bir məruzə göndərir. Məruzədə türklərin idealı barədə belə yazırdı: "Türklər üçün ideal türk millətlərinin birləşməsidir, Qızıl almadır". Regionumuzda yaranmış mürəkkəb şərait türk millətlərinin idealı olan Qızıl almanın gerçəkləşdirilməsini zəruri edir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 İyun 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri