Qızıl alqı satqısında uduzmaq istəməyənlər bu məqamları gözdən qaçırmasınlar Mütəxəssisdən TÖVSİYƏLƏR
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son dövrlərdə qızılın qiymətinin davamlı şəkildə artması vətəndaşların bu qiymətli metala marağını əhəmiyyətli dərəcədə artırıb.
Qlobal iqtisadi qeyri-müəyyənliklər, inflyasiya riskləri, eləcə də valyuta bazarlarında müşahidə olunan dalğalanmalar fonunda qızıl ənənəvi olaraq daha etibarlı və uzunmüddətli sərmayə aləti kimi qiymətləndirilir. Bu amillər əhalinin müəyyən hissəsini yığımlarını qorumaq məqsədilə qızıla yönəltməyə sövq edir.
Bəs qızıla yatırılan sərmayələrə görə gələcəkdə uduzma ehtimalı varmı?
Azərbaycan Zərgərlər Assosiasiyasının sədr müavini, iqtisadçı Rövşən Əmircanov Bizim.Media-ya açıqlamasında bildirdi ki, burada mühüm bir məqama diqqət yetirmək lazımdır:
“Qızıl məmulatları ilə investisiya məqsədli qızıl məhsulları arasında ciddi fərq mövcuddur.
Məsələn, 585 və 750 əyarlı qızıl məmulatları əsasən istehlak, bəzək və hədiyyə məqsədilə hazırlanır. Bu məmulatların qiymətinə işçilik xərci, dizayn və digər əlavə amillər daxil edildiyindən, onların alqı-satqısı zamanı sərmayə baxımından müəyyən itki riski yaranır.
Bu baxımdan qeyd olunan qızıl məmulatları investisiya aləti hesab edilmir.
Sərmayə məqsədi üçün daha məqsədəuyğun seçim qızıl sikkələr və qızıl külçələrdir. Bu məhsullar minimal işçilik xərci ilə satılır və qiymətləri birbaşa dünya bazarındakı qızıl kotirovkalarına bağlı olur. Adətən investisiya məqsədli qızıl məhsulları 999,9 əyarlı olur.
Məhz bu xüsusiyyətlərinə görə qızıl sikkə və külçələr daha likvid hesab edilir və uzunmüddətli perspektivdə risk baxımından nisbətən daha etibarlı sərmayə vasitəsi kimi dəyərləndirilir.
Bu səbəbdən vətəndaşlara tövsiyə olunur ki, qızıla sərmayə yatırarkən məqsədlərini dəqiq müəyyən etsinlər. Əgər məqsəd sərmayədirsə, qızıl sikkə və 999,9 əyarlı külçələrə üstünlük verilməsi daha məqsədəuyğundur. Şəxsi istifadə və ya hədiyyə məqsədilə isə qızıl məmulatlarının seçilməsi mümkündür”.
Gələcəkdə uduzma ehtimalına gəlincə...
İqtisadçı qeyd edib ki, qızıl bazarında qısamüddətli qiymət dalğalanmaları mümkündür.
Qlobal iqtisadi sabitliyin bərpası, faiz dərəcələrinin dəyişməsi və maliyyə bazarlarında risklərin azalması qızılın qiymətinə müəyyən təsir göstərə bilər. Lakin uzunmüddətli perspektivdə tarixi təcrübə göstərir ki, qiymətli metallar, xüsusilə qızıl, öz dəyərini qoruyan və əksər hallarda qiyməti artan sərmayə aləti hesab olunur.
Şəfiqə Şəfa, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 23 Dekabr 2025 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















