Icma.az
close
up
RU
“Qızıl məmulatlarının investisiyası həmişə səmərəli olmur” Zərgərlər Assosiasiyasının sədr müavini ilə müsahibə

“Qızıl məmulatlarının investisiyası həmişə səmərəli olmur” Zərgərlər Assosiasiyasının sədr müavini ilə müsahibə

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Qızıl bu ilin yanvarını son 46 ildə ən böyük aylıq qazancla bağlayacaq. Qiymətli metal yanvar ayında indiyədək 24%-dən çox bahalaşaraq ardıcıl altıncı aylıq qazancını təmin etdi və 1980-ci ildən bəri ən böyük aylıq artım deməkdir. Qızılın durmadan bahalaşması, təbii ki, zinət əşyalarının qiymətinə də təsir edir. Qiymət artımının təsiri zərgərlik bazarlarını iflic edib.
Həm satıcıları, həm də alıcıları çətin vəziyyətə düşməsini nəzərə alıb, Bakupost.az-ın əməkdaşı Zərgərlər Assosiasiyasının sədr müavini Rövşən Əmircanovdan münasibət öyrəndi.
– Rövşən müəllim, son bir həftə iki beynəlxalq investisiya fondunun təyin etdiyi fərqli psixoloji hədləri aşıb. Qiymətlərin durmadan bahalaşdığı bir vaxtda zərgərlik məmulatlarında da qiymət fərqləri yaranıb. Qızıl məmulatını alınarkən hesablanan qiymət satılarkən nəzərə alınmır. Zərgərlər Assosiasiyası bunu necə tənzimləyir və ya bu prosesə necə təsir göstərir? Ümumiyyətlə, qiymətlər hansı meyarlarla hesablanır?

– Qızılın dünya birjalarında sürətlə bahalaşması daxili bazara birbaşa təsir göstərir. Bununla belə, zərgərlik məmulatlarının qiyməti yalnız xalis qızılın unsiya dəyərinə əsasən formalaşmır. Qiymətə məmulatın əyarı və çəkisi ilə yanaşı, emal xərcləri, dizayn xüsusiyyətləri, idxal xərcləri və ticarət marjası da təsir edir.
Alış zamanı istehlakçı həm qızılın xalis dəyərini, həm də məmulatın hazırlanması və satışla bağlı əlavə xərcləri ödəyir. Satış zamanı məmulat, əsasən, bəzək əşyası kimi deyil, xammal – yəni əridilərək təkrar dövriyyəyə qaytarıla bilən qızıl kimi qiymətləndirilir. Bu halda əsas göstəricilər əyar və xalis çəkidir; işçilik və dizayn dəyəri, adətən, nəzərə alınmır. Bu səbəbdən alış və satış qiymətləri arasında nəzərəçarpacaq fərq yaranır.
Zərgərlər Assosiasiyasının rolu daha çox sahə üzrə standartların qorunması, bazar iştirakçıları ilə dövlət qurumları arasında əməkdaşlığın təşkili və maarifləndirmə işlərinin aparılması ilə bağlıdır. Qiymətlər isə əsasən dünya bazarındakı unsiya dəyəri, valyuta məzənnəsi və daxili bazar şərtləri nəzərə alınmaqla formalaşdırılır.
– Təbii ki, ən bahalı qızıl İtaliya qızılıdır (75 faiz qızıl), Türkiyə və Rusiya qızılında bu tərkib daha azdır. Amma istənilən halda bahalaşma fantastik dərəcədir. Bununla yanaşı, satış və alış arasında da uçurum var.

– Ümumilikdə daha yüksək dəyərə malik olan, mənşə ölkəsindən asılı olmayaraq, tərkibində xalis qızılın payı daha çox olan – yəni yüksək əyarlı qızıldır (məsələn, 999,9). İtaliya istehsalı olan məmulatlarda, adətən, 750 əyar (18 karat) geniş yayılıb və bu məmulatlar yüksək keyfiyyətli emalı və estetik xüsusiyyətləri ilə seçilir. Türkiyə və Rusiya istehsalı zərgərlik məmulatlarında isə çox vaxt 585 əyarın (14 karat) üstünlük təşkil etdiyi müşahidə olunur. Əyar yüksəldikcə məmulatın tərkibində xalis qızılın payı artır və bu, qiymətə birbaşa təsir göstərir.
Bununla belə, bahalaşmanın əsas səbəbi əyar fərqləri deyil, dünya bazarında qızıla olan tələbatın artmasıdır. Geosiyasi gərginliklər, inflyasiya təzyiqləri, mərkəzi bankların qızıl ehtiyatlarını artırması və investorların daha etibarlı aktivlərə yönəlməsi unsiya qiymətinin rekord həddə yüksəlməsinə səbəb olub.
Alış və satış arasındakı ciddi fərq isə zərgərlik məmulatının qiymətləndirilmə mexanizmi ilə bağlıdır. Alıcı məmulatı hazır bəzək əşyası kimi əldə edir, satış zamanı isə həmin məmulat, əsasən, xammal kimi qəbul olunur. Bundan əlavə, zərgərlər geri alış zamanı əridilmə itkiləri, bazar dəyişkənliyi və risk amillərini də nəzərə alırlar. Nəticədə geri alış qiyməti, bir qayda olaraq, satış qiymətindən əhəmiyyətli dərəcədə aşağı olur.
Bu səbəbdən qızıl məmulatları daha çox uzunmüddətli dəyərin qorunması məqsədi ilə əldə edilsə də, qısa müddətdə alqı-satqı investisiya baxımından hər zaman səmərəli hesab edilmir.
Cavid, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 30 Yanvar 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri