Icma.az
close
up
RU
Qızıl proqnozları alt üst oldu Kəskin ucuzlaşdı

Qızıl proqnozları alt üst oldu Kəskin ucuzlaşdı

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qızılın qiymətində son dövrlərdə müşahidə olunan dəyişkənlik investorların diqqətini yenidən bu bazara yönəldib. Qlobal iqtisadi proseslər, inflyasiya gözləntiləri və mərkəzi bankların faiz siyasəti qiymətlərin istiqamətində həlledici rol oynayır. Bəs qızılın qiyməti düşməyə davam edəcəkmi?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Demokrat.az-a bildirib ki, qızılın qiyməti bundan sonra əsasən ABŞ Mərkəzi Bankının faiz dərəcəsi siyasətindən asılıdır:
"Dünənki ucuzlaşmanın səbəbi isə Federal Ehtiyat Sisteminin növbəti iclası ilə bağlıdır. Faiz dərəcələri dəyişdirilməsə də, ilin sonrakı dövrü üçün proqnozlar yeniləndi.
Son aylarda neft qiymətlərinin bahalaşması ABŞ-də inflyasiya gözləntilərini artırır. Bu isə faizlərin yaxın dövrdə aşağı salınmayacağı ehtimalını gücləndirir. Nəticədə həm neft, həm də qızıl bazarlarında təzyiq müşahidə olunur. Qızılın qiyməti yalnız monetar siyasətdən deyil, həm də geosiyasi risklərdən asılıdır. Siyasi və hərbi gərginliklər artdıqda qızıl adətən bahalaşır. Amma hazırkı mərhələdə gözləntilər dəyişkəndir və dəqiq proqnoz vermək çətindir.
İlin əvvəlində qızılın 2026-cı ildə bahalaşacağı ilə bağlı proqnozlar səsləndirilirdi. Lakin Hörmüz boğazı ətrafında baş verən proseslər və neft qiymətlərindəki dəyişikliklər bazarda yeni tendensiyalar yaratdı.
Əgər qlobal inflyasiya azalarsa, qızılın qiymətində artım müşahidə oluna bilər. Əks halda, inflyasiya yüksək qaldıqca qızıl qiymətlərində eniş ehtimalı da davam edəcək", - deyə o qeyd edib. 
Beləliklə, qızılın qiymətindəki dalğalanmalar birbaşa qlobal inflyasiya və mərkəzi bankların qərarları ilə idarə olunur. Geosiyasi gərginliklər və enerji daşıyıcılarının bahalaşması investorların strateji addımlarına ciddi təsir göstərir. Yaxın gələcəkdə qızıl bazarında sabitliyin yaranması yalnız qlobal iqtisadi risklərin azalmasından sonra mümkün olacaqdır.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 İyun 2026 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri