Icma.az
close
up
RU
Qızıl yoxsa Kriptovalyuta? “Brilliant” kimi məsləhət

Qızıl yoxsa Kriptovalyuta? “Brilliant” kimi məsləhət

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev qızıl və kriptovalyutanın qazanc potensiallarının müqayisəsi ilə bağlı araşdırmasını Yenisabah.az-la bölüşüb:

Hazırda 1 bitcoin 1 kq qızılın qiymətinə - təqribən 104.000 dollara bərabərdir. Bu faktor bitcoin və digər kriptovalyutalara konservativ mövqeyi ilə tanınan bir çox iri korporativ şirkətlərin və pərakəndə investorların diqqətini cəlb edib. Cəmi 15-16 il tarixçəsi olan və üstəlik fiziki analoqu olamayan Bitcoin, necə olur ki, əsrlərlə ən güvənli investisiya aləti hesab edilən qızılın 1 kq ilə eyni qiymətdə ticarət olunur?!? Bu mövzuda kiçik bir araşdırma edərək maksimum faydalı olması üçün lakonik formada izah etməyə çalışacam. 

 Qlobal investisiya bazarında müxtəlif seçim imkanları mövcuddur lakin likvidliyi ilə seçilən qızıl və yüksək qazanc potensialına malik olan kriptovalyutalar hazırda ən çox müzakirə olunan iki alətdir. Qızıl yoxsa Kriptovalyuta: hansı daha yaxşı investisiyadır? Bu sualı aydınlaşdırmaq üçün hər iki aktivin investisiya aləti kimi üstün və zəif cəhətlərini, həmçinin qiymətinə təsir edən əsas faktorları araşdırmaq olduqca vacib şərtdir. 

1.Qızıl

Üstünlükləri:

- Stabil və etibarlı – əsrlərdi dəyər saxlayan aktiv;

- İnflyasiyaya qarşı qoruyucu – kağız valyutalar dəyərsizləşəndə qızıl adətən bahalaşır;

- Real fiziki aktiv – fiziki olaraq toxunmaq və istifadə etmək mümkündür;

- Qlobal qəbul – istənilən ölkədə mübadilə imkanlarına malikdir.

Mənfi cəhəti:

- Passiv gəlir gətirmir - qızıl dividendlər və ya faiz gəliri gətirmir, investor yalnız qiymət artımından gəlir əldə edilə bilər;

-Uzunmüddətli məhdud gəlirlilik - gəlir potensialı səhm, istiqraz və kriptovalyutalara nisbətdə aşağıdır;

-Saxlanma, daşınma və sığorta xərcləri - qızılın fiziki saxlanması üçün seyf, anbar, sığorta və təhlükəsizlik xərcləri yaranır.

Qızılın qiymətinin artmasına təsir edən əsas faktorlar:​

- İnflyasiya - inflyasiya artdıqca, pulun alıcılıq qabiliyyəti azalır, buna görə investorlar dəyəri sabit qalan qızıla üz tutur.

- Geosiyasi qeyri-sabitlik - müharibə, siyasi böhran və beynəlxalq gərginliklər investorları "təhlükəsiz liman" kimi qızıla yönəldir.

- Mərkəzi bankların ehtiyat siyasəti - mərkəzi banklar qızıl alanda qlobal tələbat artır, bu da qiymətləri yüksəldir.

- Bazar psixologiyası - investorların gözləntiləri və "panik alışlar" da qiymətləri sürətlə artıra bilər.

- Qızıl hasilatı və təklifi - yeni yataqların tapılması, hasilat çətinliyi və mədən xərcləri qiymətə təsir edir.

- Dolların məzənnəsi- ABŞ dolları zəiflədikcə qızıl ucuzlaşır və qlobal alıcılar üçün daha əlverişli olur – bu isə tələbi artırır.

- Sənaye və zinət tələbatı - qızılın elektronika və zərgərlikdə geniş istifadəsi qiymət artımını dəstəkləyir.

2 . Kriptovalyuta

Üstünlükləri:

-  Yüksək gəlir potensialı – doğru zamanda yatırım edənlər üçün yüzlərlə faiz gəlir imkanı yaranır;

- Mərkəzsiz idarəetmə – heç bir mərkəzi qurumun nəzarətində deyil, bu da azadlıq, anonimlik və şəffaflığı təmin edir;

- Texnologiya əsaslıdır - blokçeyn, smart kontraktlar, DeFi kimi innovativ texnologiyalarla bağlıdır;

- Qlobal istifadə imkanı - kriptovalyutalar beynəlxalq sərhədləri aşaraq daha sürətli və ucuz ödənişlərə imkan verir;

- Yüksək likvidlik - 24/7 işləyən bazarlar və bir çox platformada sürətli alqı-satqı imkanı.

Mənfi cəhəti: 

- Yüksək volatillik - qısa müddətdə qiymətlərdə 20-50-70% dəyişikliklər ola bilər;

- Təhlükəsizlik riski - elektron cüzdanların oğurlanması, parolların itirilməsi və birja hesablarının hack olunması riskləri mövcuddur;

- Tənzimləmə riski - vahid hüquqi statusun olmaması, vergilər və məhdudiyyətlər qiymətə mənfi təsir edə bilər;

- Bazarda manipulyasiya - "balina"-lar (iri alıcılar) qiymətləri süni şəkildə təsir edə bilir;

- Texnoloji komplekslik və əlçatanlıq səviyyəsi - kriptovalyutaların istifadəsi, saxlanması və qorunması adi istifadəçilər üçün çətin ola bilər;

- Fundamental dəyərin qeyri-müəyyənliyi - 95% kriptovalyutaların real iqtisadi dəyəri bəzən qeyri-müəyyən və spekulyativ olur. 

Kriptovalyutaların qiymətinin artımına təsir edən əsas səbəblər:

- Təklifin məhdudluğu - məsələn, Bitcoin maksimum 21 milyon ədəd olacaq. Bu limit artan tələblə birlikdə qiymətə təzyiq yaradır;

- Tələb və təklif amili - kriptovalyutaların ödəniş vasitəsi və investisiya aləti kimi istifadəsi artdıqca qiymət yüksəlir;

- Makroiqtisadi faktorlar - inflyasiya, faiz dərəcələrinin aşağı olması və bazarda pul kütləsinin artması investorları alternativ (riskli) aktivlərə yönəldir;

- İnstitusional investorların sektora daxil olması - BlackRock, Fidelity, Grayscale kimi nəhəng maliyyə qurumlarının “Bitcoin ETF”-ləri yaratması kriptovalyuta sektoruna tələb və etibarı artır.

- İctimai qəbul və mediada görünmə - məşhur şəxslərin dəstəyi (məs. E.Musk, D.Trump), xəbərlər və trend yaratma qiyməti sürətlə artıra bilər. DeFi, Metaverse, NFT, oyun sənayesi kimi sahələrdə kriptovalyutalardan istifadə tələbi artırır.

Qiymət artımı müqayisəsi (2015-2025)

Son 10 ildə qızıl və bitcoin qiymət baxımından tamamilə fərqli inkişaf yolları keçib lakin rəqəm və faiz ifadəsində nəticə aşağıdakı kimidir: 

Nəticə:

- Qısa və orta müddətli təhlükəsiz yatırım axtarırsınızsa: Qızıl

- Riskə getmək və yüksək gəlir istəyirsinizsə: Kriptovalyuta

- Ən optimalı hansıdı? – İnvestisiya portfelinizi diversifikasiya etməklə həm qızıl, həm kriptovalyuta (bitcoin, ethereum və s.) ilə balanslı yanaşma metodu. 

 Qızıl keçmişin sınanmış dəyəri, kriptovalyutalar isə gələcəyin spekulyativ fürsətidir. Biri fiziki olaraq toxuna biləcəyiniz bir aktiv, digəri isə kod sətirlərində gizlənən rəqəmsal dəyərdir. Hesab edirəm ki, investor olmaq sadəcə pul qoymaq deyil – bu, həm də inanmaqdır. Bəs siz nəyə inanırsınız?!? 

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 May 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri