Icma.az
close
up
RU
Naxçıvanda “Özgə uşağı olmur” devizi altında uşaq və yeniyetmələr üçün festival təşkil olunub

Naxçıvanda “Özgə uşağı olmur” devizi altında uşaq və yeniyetmələr üçün festival təşkil olunub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvan, 1 oktyabr, AZƏRTAC

“Yeni nəsil qızlar: təhsildə və həyatda uğura doğru” layihəsi “Azərbaycan Uşaqları” İctimai Birliyi (AUİB) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı qrant vəsaiti hesabına icra olunur və layihənin yekun tədbiri Naxçıvan Muxtar Respublikasında təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Ordubad Rayon Mədəniyyət Sarayında keçirilən “Özgə uşağı olmur” devizi altında uşaq və yeniyetmələr üçün festivalın açılış mərasimində çıxış edən layihənin rəhbəri, AUİB-in sədri Kəmalə Ağazadə qonaqlara layihə çərçivəsində icra edilən fəaliyyətlər haqqında məlumat verib.

O qeyd edib ki, 4 ay müddətində Bakıda yaşayan və xüsusi qayğıya ehtiyacı olan, potensial erkən nikah, məişət zorakılığına məruz, təhsildən kənar qalan və hazırda reabilitasiya keçən yeniyetmə qızlar, Naxçıvan Muxtar Respublikası ərazisində isə Naxçıvan Qızlar Liseyinin müdavimləri və eləcə də Ordubad şəhər tam orta internat məktəbinin qız şagirdləri arasında gənc qızların maarifləndirilməsi üçün motivasiya təlimləri və art-terapiya kursları baş tutub. Ötən müddət ərzində onlarda özünəinam və fərdi inkişafı təmin etməklə yeniyetmə qızların həyatda uğur qazanmasında təhsilin vacibliyini göstərən modeli özündə əks etdirən “7 uğurlu gözəl” adlı qısa videoçarxlar nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, bu gün sevindirici haldır ki, komitə ailə, qadın və uşaq məsələləri ilə bağlı qeyri-hökumət təşkilatları ilə birgə əməkdaşlıq edir. Layihəyə qoşulan qızlar, həmçinin lisey və internat məktəblərinin uşaqları birgə fikir mübadiləsi aparmaq imkanı qazanıblar ki, bu da olduqca müsbət haldır.

Komitə sədri vurğulayıb ki, ölkəmizdə uşaqların hüquqlarının qorunması məsələsində təhsil sistemi əsas prioritetlərdən biridir. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq biz də öz fəaliyyətimizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların diqqətdə saxlanılmasına, təhsildən yayınanların isə yenidən məktəbə cəlb olunmasına xüsusi önəm veririk. Belə ki, may ayı ərzində 22 uşağın təhsilə cəlb olunması təmin edilib.

Ramilə Seyidova əlavə edib ki, qızlarımızın təhsilə və peşəyə yönləndirilməsi əsas hədəflərdəndir. Onun sözlərinə görə, Naxçıvanda erkən nikah hallarının minimuma endirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir.

Festivalda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elmar Rzayev layihənin sosial vacibliyini və bu cür fəaliyyətlərin xüsusilə ölkəmizin regionlarında daha çox sayda təşkil olunmasını vurğulayıb.

Festival çərçivəsində layihəyə cəlb edilmiş benefisiarların əl işlərindən ibarət sərgi nümayiş etdirilib, qonaqlar “7 uğurlu gözəl” videoçarxlarını izləyib, eləcə də istedadlı yeniyetmələrin mahnı və rəqsləri, şerləri səsləndirilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Uşaqları” İctimai Birliyinin iştirakçılarına hədiyyələr təqdim edilib.

Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı, Ordubad Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 01:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri