Icma.az
close
up
RU
Qızıla tələbatın artmasının əsas səbəbi dünya iqtisadiyyatının böhrana doğru irəliləməsidir

Qızıla tələbatın artmasının əsas səbəbi dünya iqtisadiyyatının böhrana doğru irəliləməsidir

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana 2 milyard 527 milyon 305.1 min ABŞ dolları dəyərində 26 min 929.56 kiloqram qızıl idxal edilib. Ölkəyə qızılın gətirilməsinin artmasının müxtəlif səbəbləri var. Bura dünyada iqtisadi böhranın ba verməsi də daxildir. Dünyada böhran baş verirsə, Azərbaycandan da yan keçməyəcək.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hazırda dünyada qızıla tələbat artıb və qızıla tələbatın artmasının əsas səbəbi dünya iqtisadiyyatının böhrana doğru irəliləməsidir.

Akif Nəsirli

“İqtisadiyyat ümumi böhrana doğru gedəndə qızıla tələbat artır. Ümumi böhran dönəmində ilk olaraq böhranın simptomlarını sahibkarlar hiss edir. Sahibkarlar bunu o indikatorlarla hiss edirlər ki, dövriyyə mənfəət gətirmir və yaxud kapital dövriyyəsinin mənfəəti aşağı düşür. Bəzən ümumiyyətlə kapital mənfəətsiz işləməyə başlayır, o halda mənfəətsiz işləyən kapital və yaxud az mənfəətlə işləyən kapitalı sahibkarlar ehtiyata yönəldir, dəfnəyə çevirir. Dəfnənin də ən etibarlı demək vasitəsi, ən etibarlı növü qızıldır və qızıl almağa başlayırlar. O halda qızılın qiyməti bahalaşır”-deyən iqtisadçı qeyd edib ki, bu gün Azərbaycanda da görünür ki, bir çox sahibkarların qızıla tələbatı çoxalıb.

“Azərbaycanın daxilində də oxşar proses gedir, istehsal zəifləyir. İstehsal zəifləyirsə, dövriyyədən kapital da çıxır. Həmin kapitalı qızıla çevrilmək perspektivi yaranır və bu da daxildə qızıla tələbatı artırır”-deyən Akif Nəsirli qeyd edib ki, əslində, Azərbaycan hökuməti son vaxtlar daha çox qızıl ixrac edir.

İqtisadçının fikrincə, qızıl idxalının artması  özəl sektorun qızıla tələbatının artması ilə bağlıdır: “Qızıl ehtiyatlarının ölkəmizdə artması o qədər də zərərli bir məsələ deyil. Amma məsələ burasındadır ki, qızılın öz dəyərinin artması, yəni qızılın bahalaşması yaxınlaşan dünya iqtisadiyyatının böhranından xəbər verir”.

Akif Nəsirli bildirib ki, hazırkı geosiyasi proses və müharibələr də dünya iqtisadiyyatının böhrana doğru irəliləməsini daha da sürətləndirir.

“Bu ilin əvvəlində Donald Tramp hakimiyyətə gələndə hamıda, əsasən iqtisadçılarda belə bir qənaət var idi ki, Tramp özü də iqtisadçı biznesmendir və dünya iqtisadiyyatının böhrana doğru irəliləməsini ləngidə bilər. Amma təəssüflər olsun ki, bu proses baş vermədi. Tramp tam tərsinə, dünya iqtisadiyyatının böhrana doğru irəliləməsini formalaşdıran siyasət həyata keçirdi. Yeni proses bundan ibarətdir”-deyə iqtisadçı bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 İyun 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri