Qızılağac Milli Parkında yanğın təhlükəsizliyinə dair tədbir keçirilib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Milli Parkı ilə birgə “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi” mövzusunda nəzəri-praktiki tədbir keçirib.
FHN-dən APA-ya verilən xəbərə görə, Qızılağac Milli Parkında keçirilən tədbirə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin aidiyyəti yerli qurumlarının canlı qüvvə və texnikaları qüvvələri cəlb edilib.
Tədbirin nəzəri hissəsində açıq ərazilərdə yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin əhəmiyyətindən danışılıb, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb, birgə əməkdaşlığın daha da genişləndirilməsinə dair məsələlər müzakirə olunub.
Tədbirin praktiki hissəsində təbiət ərazilərində, o cümlədən meşə sahələrində yanğınların söndürülməsi və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 17 İyul 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















