Qızıldan sonra ən çox pomidor və karbamid ixrac edirik
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artaraq 2,99 milyard dollar olub.
Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (276,8 milyon dollar) birinci olub.
Bu siyahıda pomidor (tomat) (159,8 milyon dollar) ikinci, karbamid (153 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
Bu ilin on ayında Rusiyaya 968,9 milyon dollar, Türkiyəyə 486,3 milyon dollar, İsveçrəyə 288,3 milyon dollar, Gürcüstana 273,6 milyon dollar, Ukraynaya isə 171,4 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Dünyanın ən bahalı ədviyyatı niyə qızıldan qiymətlidir?
25 İyun 2026 22:53
Dünyanın ən bahalı və qızıldan 17 dəfə qiymətli metalı...
05 Noyabr 2024 10:54
Bu daş qızıldan daha çox qazandırır: Eşidənlər inanmır
24 Mart 2026 00:18
Dünyanın ən bahalı ədviyyatı niyə qızıldan baha satılır?
11 İyun 2026 20:12
Qızıldan daha bir rekord
28 Mart 2025 10:38
Baxış sayı:169
Bu xəbər 28 Noyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















