Icma.az
close
up
RU
Qızılın qiymətinin bahalaşması dünya iqtisadiyyatının böhrana doğru yaxınlaşmasından xəbər verir

Qızılın qiymətinin bahalaşması dünya iqtisadiyyatının böhrana doğru yaxınlaşmasından xəbər verir

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qlobal bazarlarda dolların ucuzlaşmasının yeni dalğası, ABŞ Prezidenti Donald Trampın Federal Ehtiyat Sistemini (FED) tənqid etməsi və davam edən ticarət müharibəsi narahatlıqları fonunda təhlükəsiz "sığınacaq" tələbinin artması səbəbindən qızılın qiyməti rekord həddə yüksəlib. Marja.az xəbər verir ki, külçə qızılın qiyməti bir unsiya üçün 3417 dollara qalxıb. Bu gün qızıl 2,7% də bahalaşıb (Bakı vaxtı ilə 17:44-ə olan məlumat). Eyni zamanda, dollar 2024-cü ilin əvvəlindən bəri ən aşağı səviyyəyə düşüb.Qızılın qiymətinin rekordla artması kağız pulların dəyərinə, imicinə və etibarına necə təsir edəcək?

İqtisadçı Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hazırda qızılın qiymətinin bahalaşması dünya iqtisadiyyatının böhrana doğru yaxınlaşmasından xəbər verir.

Akif Nəsirli

“Biz yanvar ayında düşünürdük ki, Trampın hakimiyyətə gəlməsi, dünyanın böhrana doğru irəliləməsinin qarşısını ala bilər. Lakin Tramp da siyasi prosesləri əsas diqqət mərkəzində saxladı. Siyasi prosesləri yalnız danışıqlar və sövdələşmələr vasitəsilə yoluna qoymağa çalışdı. Ona görə də iqtisadi rıçaqlardan istifadə etməsi, ümumi götürəndə ənənəvi olaraq, iqtisadiyyatın siyasətə qurban verilməsi praktikası təcrübəsidir. Bu, əksər ölkələrdə var, lakin çox vaxt Amerika Birləşmiş Ştatlarında iqtisadiyyatın siyasətə görə çöküşünə getmirlər. Düzü, bütün prezidentlərdə belə qurbanların verilməsi var idi. Baydenin dövründə də iqtisadiyyatın siyasətə qurban verilməsi prosesi ondan əvvəl başlamışdı və onun dövründə davam etdi. Tramp bu kursu dəyişmək istədi, lakin dəyişə bilmədi”-deyən Akif Nəsirliqeyd edib ki, hazırda dünya daha sürətlə böhrana doğru irəliləyir.

“Ən etibarlı pul olan dolların məzənnəsi düşür. Bu da Amerika iqtisadiyyatındakı dalğalanmalarla bağlıdır. Bu dalğalanmaları Trampın sanksiyaları, daha doğrusu, idxal rüsumları üzərindən iqtisadi müharibəsi bir qədər də kəskinləşdirdi. Ona görə də bir tərəfdən dollar ucuzlaşır, digər tərəfdən böhrana doğru dünya irəlilədiyinə görə qızıl bahalaşır. Çünki sahibkarlar görürlər ki, onların kapitalları dövriyyə ərzində mənfəət gətirmir və yaxud mənfəətləri azalır. Bu səbəbdən də onlar kapitalı dövriyyədən çıxardıb, ən etibarlı dəfnə olan qızıla yatırtmağa qərar verirlər. Hamı eyni qərarı verdiyinə görə, dünya bazarında qızıla tələbat artır. Tələbat artır, təklif əvvəlki formadadır. Ona görə də təklif tələb təklifi üstələyir və bazar qanunlarına görə təbii ki, qızılın qiyməti bahalaşır”-deyə iqtisaçı bildirib.

Qızıl və kağız pul məsələsi ilə bağlı Akif Nəsirli qeyd edib ki, qızılın bahalaşmasının kağız pula o qədər də ciddi təsiri yoxdur.

“Qızıl mübadilə vasitəsi kimi müasir dünyada iştirak etmir. Qızıl əsasən dəfinə vasitəsi kimi iştirak edir. Tutaq ki, biz indiyə qədər dollara güvənirdik və pulumuzu dollar edib, saxlayırdıq. İndi artıq dollar da zəifləməyə başlayır, dolların kursu düşür və bizim ehtiyat üçün saxladığımız pul öz dəyərini itirir. Ona görə də hamı istəyir ki, pullarını, yəni öz dəfnəsini, kapitalını, dövriyyədə olmayan və ehtiyatda qalan kapitalını qızıla çevrilsin. Qızıl ona görə bahalaşır. Amma kağız pulla onun demək olar ki, dəxli yoxdur.

Azərbaycanda ona görə dəfnə vasitəsi kimi dolları dollardan istifadə edirlər ki, Azərbaycan hökuməti dolların qiymətini sabit saxlayır, onun ucuzlaşmasına və ya bahalaşmasına imkan vermir. Yəni sabit valyuta hesab edib, onu Azərbaycanda insanlar dəfnə kimi istifadə edirlər. Amma qızıl daha etibarlıdır. Ona görə də bu gün hamı qızıl almağa çalışır”-deyə Akif Nəsirli vurğulayıb.

İqtisadçı bildirib ki, kağız pul hər bir ölkənin valyutası onun ölkəsinin daxilindən xaricə dünya bazarlarına çıxan məhsulla dəyərləndirilir: “Rüsumlar tətbiq ediləndə bəlli oldu ki, Amerika daxilində demək olar ki, heç nə istehsal olunmur. Sözsüz ki, belə halda dolların qiymətinin düşməsi, məzənnəsinin zəifləməsi və dolların inflyasiyaya uğraması təbii haldır”.

Akif Nəsirli vurğulayıb ki, hazırda Azərbaycan hökuməti dollara istinadən Azərbaycan manatının sabitliyini qoruyur. İqtisadçı bildirib ki, dolların zəifləməsi davam edərsə, Azərbaycan hökuməti manatı saxlamaq üçün xərclərini azaldacaq və bu kursu saxlamaqda davam edəcək.

“Hələ elə bir məqam gəlməyib ki, bizim neft gəlirlərimiz azalsın və hökumətin manatı sabit saxlamaq imkanları tükənsin. Belə bir hal hələ yoxdur. Dövlət Neft Fondunun 60 milyard aktivləri var, Mərkəzi Bankın 11 milyard strateji valyuta ehtiyatı var. Neftin qiyməti büdcə qiymətindən bir qədər aşağı olmasına baxmayaraq, neft hələ də bizə gəlir gətirir. Yəni bizim imkanlarımız tükənməyib. Bu, qısa müddət davam etsə, ümumiyyətlə, bu prosesdən Azərbaycan iqtisadiyyatı uğurla çıxacaq. Amma uzun müddət davam etsə, neftin qiyməti düşəcək, imkanlar tükənəcək və Azərbaycan hökuməti devalvasiyaya getmək məcburiyyətində qalacaq. Qısa müddət olsa, bəzi itkilərlə iqtisadiyyatı bu prosesdən sağ salamat keçirə bilərik”-deyə iqtisadçı bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Aprel 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see139

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see137

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see128

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see126

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see125

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see125

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

05 Sentyabr 2025 17:51see123

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see122

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see122

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see121

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see120

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see120

Telefonu bir əlində tutub digər əllə yazmaq ciddi xəstəliyə səbəb OLA BİLƏR

05 Sentyabr 2025 13:14see119

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

05 Sentyabr 2025 20:41see119

Azərbaycandan 8 ölkəyə ilginc bağlama göndərilir Siyahı yayıldı

05 Sentyabr 2025 07:02see119

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see119

Nobel mükafatları bu tarixlərdə veriləcək

05 Sentyabr 2025 14:11see116

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see116

Bayden yenə xərçəngdən əməliyyat olundu

05 Sentyabr 2025 05:33see114

2040 cı ilə qədər Orta Dəhliz üzrə konteyner tutumu 865 min TEU ya yüksələcək

05 Sentyabr 2025 17:54see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri