Icma.az
close
up
RU
Qızılqaya qəsəbəsinin sakinləri qazın tez tez kəsilməsindən narazıdırlar

Qızılqaya qəsəbəsinin sakinləri qazın tez tez kəsilməsindən narazıdırlar

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

Göygöl rayonunun Qızılqaya qəsəbəsinin bir qrup sakini tərəfindən redaksiyamıza şikayət daxil olub.

Onlar Missiya.Az-a müraciətlərində bildiriblər ki, Qaz İdarəsi sözügedən qəsəbədə yeni tikililərə qaz xətti çəkdiyi üçün ərazinin qaz təchizatını mütəmadi dayandırırlar.

“Həm də heç bir xəbərdarlıq olunmadan qazlar kəsilir, saatlarla belə qalır. Zəng edəndə isə söyləyirlər: “Məlumatımız yoxdur”. O cümlədən təzyiqi azaldırlar, sərfiyyatı isə çox göstərirlər. Biz narazılıq etdiyimiz zaman isə məhkəməyə verirlər. Baxın havalar yenə soyuyub, əziyyət çəkirik”, - deyə sakinlər vurğulayıblar.

Problemi araşdırmaq üçün Gəncə regional Qaz İstismar İdarəsinin Göygöl rayon Xidmət Sahəsinin rəisi Şahlar Məmmədovla əlaqə saxladıq. O, açıqlamasında bildirib ki, doğrudur, deyilən ərazilərdə qaz sızması üzrə abonentlərimizdən müraciətlər daxil olur:

“Sızmaların ləğvi isə bəzən qaynaq vasitəsilə icra olunur. Yanğına səbəb olmamaq üçün qazla bağlı qəza hallarında qaz təminatını dayandırmaq məcburiyyətində qalırıq. Göygöl Xidmət Sahəsi olaraq abonentlərin daim fasiləsiz təbii qazdan istifadə edə bilməsi bizim üçün də çox önəmlidir. Həmin şikayətlər üzrə bu gün bir abonentin mənzilinə dair məsələni şəxsən maraqlanmışam. Mənzilində 35 mBar qaz təzyiqi olmasına baxmayaraq yenə də təzyiqdən şikayət edir. Ətraflı maraqlandıqda isə sözügedən abonentin kommersiya məqsədi güddüyü ortaya çıxdı. Bu isə bizə sözügedən qəsəbədə yaşayış məntəqəsi olduğundan qaz təzyiqini qaldırmağa əsas vermir. İnanın ki, qaz dayanma halları qərəzli deyil. Sadəcə təcili olduğu hallarda məcburiyyətimizdir”.

Şahlar Məmmədov əlavə edib ki, məhkəmə müraciətləri isə hazırda yalnız debitor borcunu uzun müddət ödəməyən və qaz təminatının dayandırılmasına şərait yaratmayan abonentlərə tətbiq olunur:

“Bu barədə məhkəmədən də məlumat alsanız təsdiqləyərlər. Sayğac göstəricisində nə qeyd olunubsa, sistemə də o daxil edilir və abonentə bildiriş verilir. Bildiyiniz kimi, həmin sayğaclar dövlət tərəfindən Antiinhisar İdarəsinin iştirakı ilə yoxlamadan keçirilmiş, standarta uyğunlaşdırılmış sayğaclardır. Qaz sərfinin çox yazılması halı yoxdur. Hava şəraiti ilə əlaqədar qazdan istifadə artıb. Buna sübut əsas iki statistik rəqəmdir. 1-ci Göygöl Xidmət Sahəsi üzrə əvvəlki illərə nəzərən tələbata uyğun magistraldan daha çox qaz qəbul etməyimiz; 2-ci isə 19806 abonentimiz üzrə orta qaz sərfində keçən illərə nisbətən çox olmağıdır”.

Zərintac Mayisqızı
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://missiya.az
archiveBu xəbər 15 Aprel 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see216

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see194

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see186

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see183

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see170

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri