Icma.az
close
up
RU
Qızımın ad günündə atası öldürüldü Məhkəmədə qandonduran ifadələr...

Qızımın ad günündə atası öldürüldü Məhkəmədə qandonduran ifadələr...

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyunun 17-də davam etdirilib.

Bakupost.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Əlizamin Qənbərov ifadəsində övladı Rəşad Qənbərlinin Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində Laçın rayonunda həlak olduğunu deyib. Ə.Qənbərov ona dəyən zərərin ödənilməsinin qeyri-mümkün olduğunu vurğulayıb.

İfadə verən Sarıbala Həsənov övladı Səid Həsənovun Kəlbəcər rayonunda düşmən tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu bildirib.

Füzuli Qasımov Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında oğlu İnqilab Qasımzadənin Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində Xankəndi şəhərində həyatını itirdiyini söyləyib.

İlahə Eyvazova ifadəsində həyat yoldaşı Tural Cahangirovun Kəlbəcərdə düşmən tərəfindən odlu silahdan açılmış atəş nəticəsində həlak olduğunu deyib. "Həmin gün qızımın ad günü idi", - deyə o əlavə edib.

Aynur Mürsəlova ifadəsində həyat yoldaşı Zahir Əliyevin Kəlbəcərdə düşmən tərəfindən açılan atəş nəticəsində həyatını itirdiyini bildirib.

Zərərçəkmiş Hüseyn Babayev ifadəsində Ağdamda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələr tərəfindən atılmış mərminin partlaması nəticəsində sol qulaq və boyun nahiyəsindən xəsarətlər aldığını söyləyib.

Məhkəmədə ifadə verən Əsgər Dövlətov düşmənin törətdiyi genişmiqyaslı təxribat nəticəsində yaralanıb. Zərərçəkmiş bildirib ki, həmin gün Şuşa rayonunun Xəlfəli kəndində düşmənin açdığı atəşlər nəticəsində onunla birlikdə Ayxan Kərimli, Musa Orucov və Yusif Məcidli də müxtəlif növ bədən xəsarətləri alıb, bir neçə nəfər isə həlak olub. O, dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında deyib ki, həmin vaxt düşmən mütəmadi olaraq təxribatlar törədərək ərazilərimizə müxtəlif silahlardan atəş açıb.

Zərərçəkmiş şəxs Sübhan Qardaşxanov Ağdam rayonu istiqamətində atılmış mərminin yaxınlığa düşüb partlaması nəticəsində çoxsaylı qəlpə xəsarətləri alıb. Hadisə zamanı Mehdi Abbasov, Devid Cəlilov, Rəsul Teymurov, Əli Tağıyev və Cavad Məhərrəmov həlak olub, daha bir neçə nəfər isə yaralanıb. O, hadisədən əvvəl də düşmən tərəfin mütəmadi olaraq təxribat törətdiyini, atəş açdığını bildirib.

Zərərçəkmiş Rövşən Xəlilov Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında qeyd edib ki, Ağdamda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin snayper atəşi və atdıqları artilleriya mərmisinin partlaması nəticəsində xəsarətlər alıb. Həmin vaxt yanında olan İsmayıl Həşimov da yaralanıb.

Zərərçəkmiş Nicat Qasımov düşmənin açdığı artilleriya atəşi nəticəsində Füzulidə yaralandığını deyib.

Ayaz Həsənli ifadəsində Ağdam istiqamətində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində xəsarətlər aldığını söyləyib.

Dövlət ittihamçıları Fuad Musayev və Vüsal Abdullayevin suallarına cavablarında zərərçəkmiş şəxslər bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri ərazilərimizdə intensiv şəkildə genişmiqyaslı təxribatlar törədiblər.

Ceyhun Hüseynov Zəngilan rayonunda düşmən tərəfindən atılmış qumbaraatan mərmisinin partlaması nəticəsində xəsarət alıb. "Düşmən əvvəlcə artilleriya atəşi açdı, sonra isə canlı qüvvə ilə hücuma keçməyə cəhd etdi", - deyə o bildirib.

Zərərçəkmiş şəxslər Tural Zeynalov, Şahin Əhmədov, Zeynal Cəbrayılov, Mehdi Yusifov, Rəsul Feyzullayev ifadələrində Zəngilan rayonunda düşmən tərəfindən açılmış atəşlər nəticəsində yaralandıqlarını diqqətə çatdırıblar.

Təbriz Abuşov ifadəsində Xocalı rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində güllə yarası aldığını söyləyib.

Zərərçəkənlər İlham İsrayılov və Namiq Əliyev Ağdamda artilleriya mərmisinin partlaması nəticəsində yaralandığını söyləyib.

Zərərçəkən Atalı Soltanəli də düşmənin genişmiqyaslı təxribatı nəticəsində Ağdərə istiqamətində yaralanıb. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında o deyib ki, hadisə zamanı yanındakı şəxslər həlak olublar.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası iyunun 24-nə təyin olunub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 İyun 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri