Qızın kimlərdən olduğu öyrənilməlidir
Icma.az, Pravd.az-ə istinadən məlumat verir Qızın kimlərdən olduğu öyrənilməlidir.
Aparıcı Xoşqədəm Hidayətqızı boşanmaların sayının artmasından danışıb. Axşam.az xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişində valideynlərə məsləhət verib:
"İndiki zamanda övlad kimisə sevirsə ona "kimlərdəndir" sualı verilməlidir. İstər oğul, istər qız övladı... Əvvəllər bu sual verilirdi, indi də qızın kimlərdən olduğu öyrənilməlidir. Boşanmaların sayının artmasına səbəb bəlkə də elə budur. Köhnə adət-ənələrimizi qorumuruq. Bəlkə məni qınayacaqsınız ki, köhnəfikirliyəm. Altdan da tənqid yazacaqsınız. Tənqidlə təhqiri də səhv salırsınız. Canınız sağ olsun. Amma yenə də bunu deyirəm, fikirləşirəm ki, əvvəl ailə necə qurulurdu elə olmalıdır. Nəsillər bilməlidir ki, necə bağ qurulur. Beləcə, boşanmaların sayı azalacaq".
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)