Qızını öldürdüyünü etiraf edən ana barədə QƏRAR
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin Samsun şəhərində yaşanan dəhşətli hadisədə övladını öldürməkdə günahlandırılan ana məhkəmə qarşısına çıxarıldı.
Sherg.az xəbər verir ki, 8 aprel 2025‑ci il tarixində Samsun Atakum rayonunun Esenevler məhəlləsində baş verən olayda 34 yaşlı müəllim Tuba Günaydın həyatını itirmişdi. İlk baxışda hadisə intihar kimi qiymətləndirilsə də, aparılan otopsiya nəticəsində onun boğularaq öldürüldüyü müəyyən edilmişdi.
İstintaq zamanı məlum oldu ki, atası 2021‑ci ildə Hakkaridə şəhid olmuş Tuba Günaydın bir müddət psixoloji çətinliklərlə üzləşib və 2022‑ci ildə boşanmışdı. Təkrar sağlamlıq problemləri yaşayan Günaydın, sonradan anası Sultan Günaydın (61) ilə birlikdə yaşayırdı.
Cinayət işi üzrə məhkəmədə sübutlar əsasında qərar çıxarıldı: Tuba Günaydını boğaraq öldürən və sonra hadisəni intihar kimi göstərmək üçün onun biləklərini kəsən ana Sultan Günaydın endirim tətbiq edilmədən ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edildi. Onun həbsdə qalmasına qərar verildi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 03 Mart 2026 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















