Icma.az
close
up
RU
Qızlardan ibarət Hüquq fakültəsi Oğlanların bu sahəyə marağı niyə AZALIB?

Qızlardan ibarət Hüquq fakültəsi Oğlanların bu sahəyə marağı niyə AZALIB?

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Əvvəllər Hüquq fakültəsində 3-4 qız görərdin. İndi isə qrupda oğlan tapmaq olmur.  Bu gün Hüquq fakültəsi qızlar kollecinə çevrilib”.
Bunu BDU-nun hüquq fakültəsinin professoru Məhəbbət Dəmirçiyeva deyib.
Professor fakültədə oğlan tələbələrin, kişi hüquqşünasların getdikcə azalmasından narahatlığını bildirib.
Maraqlıdır, vaxtilə oğlanlara cazibədar görünən, ən “prestijli” fakultə sayılan, az qala hər beş oğlandan birinin can atdığı hüquq fakultəsi indi niyə öz aktuallığını itirib?
Yaxud, hüquqşünas olmaq istəyən qızları bu sahəyə nə cəlb edir?
Mütəxəssislərin fikrincə, bu, sosial və iqtisadi səbəblərlə bağlıdır.
Təhsil eksperti Elşən Qafarovun fikrincə, indi gənclər ixtisas seçərkən iş tapa bilib-bilməyəcəyini düşünürlər:
 

MÖVZU İLƏ BAĞLI:
"Bu gün hüquq fakültəsi qızlar kollecinə çevrilib" - VİDEO


“Gənc oğlanların böyük hissəsi indi İT mühəndisliyi, qızlar isə müəllimliyə yönəlirlər. Çünki burada iş tapmaq, əmək bazarı daha uyğundur. Hüquq sahəsinə gəlincə, bu ixtisasa üz tutanların sayı getdikcə azalır. Çünki iş tapmaq asan deyil. Orda ən yaxşı halda vəkil kimi çalışa bilirlər. Amma hər kəs də uğurlu vəkil ola bilmir. Səbəblər sırf bununla bağlıdır. Oğlanlar gələcəkdə ailə başçısı olacaqlar. Ona görə də daha gəlirli iş tapmaq haqda düşünürlər. Bu baxımdan son illərdə daha təlabatlı sahə məhz  IT -dir. Ona görə də texnologiya sahəsinə üz tutanların sayı həddən artıq çoxdur”.
Elşən müəllim deyir ki, qızların ayrı-ayrı sahələrə üz tutmaları isə normaldır. Çünki müasir dövrdə qadınlar daha çox karyera qurmağa meyllidir və hüquq sahəsi onlara güclü, müstəqil bir imic qazandırır. Hüquq təhsili həm də qadınların ictimai mövqelərini gücləndirə biləcək sahə kimi qəbul edilir:
“Əvvəla, bizim qanunvericiliyimizdə gender bərabərliyi var. İstər təhsil müəssisələrində, istər işə qəbulda olsun, hər kəs eyni hüquqa malikdir. Eyni zamanda Dövlət Konstitusiyanın 42-ci maddəsinə görə hər bir şəxsin təhsil almaq hüququnu təmin edir. Sonrası da, indi bir çox sahələrdə qadınlar üstünlük təşkil edir. Biz çoxdandır buna alışmışıq. Məsələn, məktəblərdə müəllmlərin əksəriyyəti qadındır. Pedoqoji sahə demək olar ki, tamamilə qadınlaşıb. Tibb sahəsi, də həmçinin. Bunun  da əsas səbəbi qadınların getdikcə ictimai-mədəni həyatda rolunun, çəkisinin artmasıdır”.
Rəna Cumaqızı, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Yanvar 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri