Qızlarına qarşı əxlaqsızlıq edən ataya AĞIR CƏZA
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı Apellyasiya Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Tahir Bahadurovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Redaktor.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2019-cu illərdə Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, Tahir Bahadurov 2006- və 2008-ci il təvəllüdlü qızlarına qarşı köməksiz vəziyyətindən istifadə etməklə dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 11 ay 28 gün müddətində azadlıqdan məhrum edilib.
Baxış sayı:121
Bu xəbər 31 İyul 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















