Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Qlobal Bakı Forumu: Gələcək geosiyasi düzənin əsas istiqamətlərini müəyyən edən platforma

Qlobal Bakı Forumu: Gələcək geosiyasi düzənin əsas istiqamətlərini müəyyən edən platforma

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

XII Qlobal Bakı Forumu ildən-ilə beynəlxalq əməkdaşlığı gücləndirərək, qarşılaşdığımız çağırışlara birlikdə həll yolları tapmağa imkanlar yaradır. Artıq 12 ildir ki, ölkəmizin ev sahibliyi etdiyi Bakı Forumu beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında vacib rola malikdir. Forum həm istər ev sahibi, istərsə də qlobal proseslərin fəal iştirakçısı kimi Azərbaycanın təqdimatıdır.

Ötən il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin iqlim konfransı - COP29-un uğurları Qlobal Bakı Forumunda da təqdir olundu. Artıq Bakı Forumu bütün kontekstlərdə beynəlxalq marağa və əməkdaşlıq imkanlarına sahib dialoq vasitəsinə çevrilib.13-15 mart tarixlərində keçirilən Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək ölkəmizin beynəlxalq arenada artan rolunu vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda apardığı mübarizəni bir daha qeyd edib və ədalətli dünya düzəni ilə əlaqədar ölkəmizin mövqeyini ortaya qoyub.
Cənab İlham Əliyev çıxışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu platformanın təşkili və inkişafında oynadığı rolu qeyd edərək, onun dünya miqyaslı fəaliyyətini xüsusi vurğulayıb. Mərkəzin üzvlərinin COP29 kimi qlobal tədbirdə fəal iştirakı, 16 panel müzakirəsinə ev sahibliyi etməsi və müstəqil pavilyonla çıxış etməsi bu təşkilatın fəaliyyət miqyasını və əhəmiyyətini bir daha nümayiş etdirib. Bu, həm də Azərbaycanın elmi-siyasi dialoq mədəniyyətinə verdiyi töhfənin göstəricisidir.
Dövlətimizin başçısı çıxışında enerji siyasəti ilə bağlı strateji istiqamətləri daimi prioritet kimi diqqətə çatdırıb. Ənənəvi enerji resurslarına malik olan Azərbaycanın paralel şəkildə yaşıl enerjiyə keçid üzrə apardığı işlər nümunəvi siyasət kimi təqdim olunub. Qeyd edilib ki, 2030-cu ilə qədər bərpaolunan enerjidən, əsasən günəş və küləkdən, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərdə hidroresurslardan əlavə 6.5 giqavatlıq enerji gücləri alınacaq. Bu yanaşma yalnız daxili ehtiyaclara deyil, regional və qlobal enerji təhlükəsizliyinə də töhfə verir. Azərbaycan artıq təkcə karbohidrogen ixracatçısı deyil, eyni zamanda yaşıl enerji ixracatçısı kimi yeni status qazanmaqdadır.
Forum zamanı ölkəmizin enerji siyasəti barədə də aydın faktlar sadalanıb. Qeyd edilib ki, Azərbaycanın hazırda 12 ölkəyə, əsasən Avropa dövlətlərinə təbii qaz ixrac etməsi ölkənin enerji diplomatiyasını real nəticəyə çevirib. Avropa Komissiyasının Azərbaycanı “etibarlı tərəfdaş” kimi tanıması bu siyasətin uğurunu sübut edir. Yeni enerji kabeli layihəsinin reallaşması isə Azərbaycanı Pan-Avropa enerji təhlükəsizliyində daha strateji oyunçuya çevirəcək. Bu, sadəcə enerji tədarükü deyil, həm də çoxtərəfli siyasi əməkdaşlığın mühüm dayağıdır.
Təxminən 200 ölkənin yekdil qərarı ilə COP29 tədbirinin Azərbaycanda keçirilməsi, beynəlxalq ictimaiyyətin dövlətimizə göstərdiyi hörmət və etimadın ifadəsi kimi dəyərləndirilir. Bu qərar, həmçinin Azərbaycanın iqlim gündəliyinə inteqrasiya səviyyəsinin və qlobal ekoloji məsələlərdə tərəfdaşlıq potensialının göstəricisidir. Forumda ətraf mühitə məsuliyyətli münasibət və yaşıl iqtisadiyyatın təşviqi faktorları dövlət başçısı tərəfindən Azərbaycanın gələcək inkişaf modelinin əsasını təşkil edən hədəflərin tərkib hissəsi kimi təqdim olunub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazilərini azad edərək beynəlxalq hüququn prinsiplərini bərpa edib. Azərbaycan Prezidentinin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizəsidir. Dövlət başçısı diqqətə çatdırıb ki, bəzi qüvvələr Azərbaycanın bu siyasətini dəyişdirməyə çalışsalar da, həmin cəhdlər uğursuz olub: “Onlar o faktla razılaşa bilmirdilər ki, burada, Qafqazda öz milli maraqlarını güdən ölkə, yəni böyük bosslar qarşısında hər zaman “bəli, cənab” deməyən ölkə var. Əfsuslar olsun ki, Fransa hökuməti hətta COP29-u boykot etmək üçün bir çox ölkələri təhrik edərək, daha uzağa getdi. COP29-da iştirak etmiş dünya liderlərindən etibarlı informasiyamız var və onlar bizə bu haqda məlumat verdilər. Hətta gəlməyən rəhbərlər mesaj göndərdilər ki, şəxsən Fransa prezidenti COP29-a qarşı kampaniya aparırdı. Bu, elə bir siyasətdir ki, heç bir kəsə başucalığı gətirmir. Buna baxmayaraq, böyük tərkibdə iştirak oldu. Qeydiyyata alınmış 77 min iştirakçı oldu. Onların sırasında 197 ölkədən təmsilçilər, 70 dövlət və hökumət başçısı var idi. COP29-u boykot edən yeganə ölkə Ermənistan idi”.
Eyni zamanda, ATƏT-in Minsk qrupunun funksional anlamda artıq mövcudluğunu itirdiyi vurğulanaraq, onun buraxılması ilə bağlı beynəlxalq dəstəyə çağırış edilib. Bu, diplomatik sahədə konstruktiv və realist yanaşmanın təzahürüdür. Cənab İlham Əliyev qeyd edib ki, Ermənistana etimad səviyyəsi sıfra bərabərdir, beləliklə, onların hər hansı bir sözünə inanmırıq. Gələcəkdə hər hansı razılaşmalar yalnız yazılı hüquqi sənədlərlə müşayiət olunmalı, şifahi bəyanatlarla kifayətlənilməməlidir. Bu, diplomatik etimadın qurulması üçün minimal şərt kimi təqdim olunur.
Forum zamanı diqqəti çəkən daha bir məqamı da vurğulamalıyıq. Belə ki, Forum zamanı vurğulanıb ki, Paris Sazişinin 6-cı maddəsi üzrə konsensusun əldə edilməsi və karbon bazarının praktik mexanizmə çevrilməsi “Bakı sıçrayışı” anlayışının formalaşmasına zəmin yaratdı. Bu hadisə iqlim dəyişikliklərinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq və mexanizmlərin effektivliyinin artırılmasında mühüm addım kimi qiymətləndirilə bilər. Bərpaolunan enerji sektoruna yönələn investisiya həcminin 300 milyard dollara çatdırılması isə sadəcə iqtisadi məsələ deyil, həm də dövlətin “yaşıl enerji” keçidinə verdiyi önəm və töhfənin göstəricisidir.
Beləliklə, bu gün hamıya aydın olan daha bir tarixi reallığı qiymətləndirməliyik. Artıq XII Qlobal Bakı Forumu yalnız cari reallıqların müzakirəsi üçün tribuna deyil, gələcək geosiyasi düzənin əsas istiqamətlərini müəyyən edən fikir və təşəbbüslərin mənbəyi kimi mühüm rol oynayır.

Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Mart 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see519

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see340

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see288

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see216

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see199

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see158

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see158

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see150

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see148

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see142

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see141

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see139

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see138

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see134

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see134

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see131

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see131

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see130

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see129

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri