Qlobal bank qızılın qiymətilə bağlı proqnozunu 500 dollar yüksəltdi 5400 DOLLAR
Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
Qlobal investisiya bankı "Goldman Sachs Group Inc." mərkəzi bankların və investorlarn güclü tələbini əsas gətirərək qızılın qiymətinə dair ilin sonu proqnozunu yuxarı yönlü dəyişib.
Marja xəbər verir ki, bankın analitikləri tərəfindən yayımlanan analizə görə, daha əvvəl 4 min 900 dollar olaraq açıqlanan 2026-cı ilin dekabr ayı qızıl qiyməti hədəfi (proqnozu) 5 min 400 dollara yüksəldilib. Bu düzəliş, qiymətli metalın qlobal bazarlardakı strateji əhəmiyyətinin artdığı bir dövrdə həyata keçirilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Analitiklər proqnozdakı bu artımı iki əsas səbəblə əsaslandırırlar:
Mərkəzi bankların alışları: Mərkəzi bankların bu il ərzində ayda orta hesabla 60 ton külçə qızıl alacağı gözlənilir. Bu, institusional səviyyədə tələbin güclü qalacağını göstərir.
FED-in faiz endirimləri və ETF-lər: ABŞ Mərkəzi Bankının (FED) faiz endirimlərinə getməsi ilə birlikdə, qızıla əsaslanan fondlardakı (ETF) aktivlərin genişlənəcəyi proqnozlaşdırılır.
Yayımlanan hesabatda bazara məhdud qızıl təklifi olduğunuqeyd edən analitiklər, “Mərkəzi banklar özəl sektor investorları ilə məhdud sayda külçə qızıl üçün rəqabətə başlayıblar,” -qiymətləndirməsini veriblər.
Azalan faiz mühitinin, faiz gəliri olmayan qızıla olan marağı daha da artıracağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 22 Yanvar 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















