Icma.az
close
up
RU
Qlobal Cənub QHT ləri Bakıya toplaşır

Qlobal Cənub QHT ləri Bakıya toplaşır

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci il aprelin 28-29-da Bakıda Konqres Mərkəzində Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək.

2024-cü il noyabrın 15-də COP29 çərçivəsində Qoşulmama Hərəkatı regionu QHT-lərin “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfransı keçirilib. Konfransda dünyanın aparıcı QHT-lərin rəhbərləri 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrliyi dövründə Azərbaycanın mühüm qlobal təşəbbüslərə imza atmasını, qısa müddətdə ən yüksək təşkilatçılıq bacarığı nümayiş etdirərək COP29-a uğurla evsahibliyi etməsini xüsusi qeyd ediblər. Beynəlxalq konfransın yekununda Qoşulmama Hərəkatı ölkələrini təmsil edən QHT-lər Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafında QHT-lərin roluna dair birgə bəyanat mətnini razılaşdırıb və bəyanata qoşulmağı bütün COP29-da iştirak edən QHT-lər üçün açıq elan ediblər. Bəyanatda Azərbaycana güclü dəstək ifadə olunub, onun qlobal roluna diqqət çəkilib, ən yaxşı təcrübələri bölüşmək, dayanıqlı inkişafa təkan vermək üçün əməkdaşlıq şəbəkəsi kimi Azərbaycan Milli QHT Forumunun təşəbbüsünə dəstək olaraq, Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığı bildirilib. COP29-da təmsil olunan vətəndaş cəmiyyəti üzvlərinə açıq olan bəyanata 137 ölkədən 1023 QHT təmsilçisi, ictimai fəal imza atıb. Dünya ölkələrinin 71%-ni əhatə edən regionlardan vətəndaş cəmiyyəti təsisatlarının Azərbaycan QHT-lərinin təşəbbüsünə dəstək ifadə etməsi Azərbaycanın QHT tarixində ilk dəfə baş verib.

Azərbaycan QHT-lərinin flaqmanı olan Azərbaycan Milli QHT Forumunun Qlobal Cənub QHT Platformasının yaradılması barədə təşəbbüsü 100-dən çox ölkədən 500-ə yaxın QHT-nin birləşdiyi COP29 QHT Koalisiyasının “Bakı dönüşü” ilə əlaqədar yaydığı bəyanatda da beynəlxalq dəstək qazanıb. COP29 QHT Koalisiyası Qlobal Cənub QHT Platformasının təsisatlandırılması üçün məsələ qaldırıb.

COP29 dövründə başlanmış prosesin məntiqi nəticəsi olaraq, Qlobal Cənubun aparıcı QHT-ləri Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə Qlobal Cənub QHT Platformasının təsis konfransı üçün Bakıya toplaşacaq. 2 gün davam edəcək mötəbər tədbirdə yeni və ədalətli dünya nizamı üçün Qlobal Cənub QHT-ləri birgə müzakirələr aparacaq, üzləşdikləri çətinlikləri və çağırışları dilə gətirəcək, mühüm mesajlar verəcəklər.

Beləliklə, Azərbaycan Qlobal Şimal və Qlobal Cənub arasında daha bir vasitəçi, körpü rolunu oynayacaq.

Bu tədbir Azərbaycan vətəndaş cəmiyyətinin həyatında da əlamətdar hadisə olacaq. Azərbaycan QHT-ləri Qlobal Cənub regionu ölkələrinin QHT-ləri ilə yeni təmaslar quracaq, əməkdaşlığı daha da dərinləşdirəcək.

Qeyd edək ki, həm Qoşulmama Hərəkatına, həm də COP29-a sədrliyi zamanı Azərbaycanın inkişaf etməkdə olan, az inkişaf etmiş ölkələrə, su altında qalmaq təhlükəsi ilə üzləşmiş kiçik ada dövlətlərə bütün beynəlxalq tribunalarda ədalətli münasibət, müvafiq yardım tələb etməsi, bu sahədə nümunəvi fəaliyyət göstərməsi Qlobal Cənubda Azərbaycana qarşı böyük rəğbət yaradıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://pravda.az
archiveBu xəbər 11 Aprel 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see180

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see144

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see139

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see138

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see138

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see135

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see130

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see129

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see126

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see123

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see116

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see115

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see113

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri