Icma.az
close
up
RU
Qlobal Cənub QHT Platformasının ilk yan tədbiri 32 ölkədən QHT lərin iştirakı ilə Almaniyada keçirilib

Qlobal Cənub QHT Platformasının ilk yan tədbiri 32 ölkədən QHT lərin iştirakı ilə Almaniyada keçirilib

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Bu gün Qlobal Cənub QHT Platforması BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Yardımçı Orqanlarının 62-ci sessiyası (SB62) çərçivəsində Bonnda “Ədalətli dünya naminə birləşmək: bərabər iqlim həlləri üçün Cənub-Cənub həmrəyliyi və tərəfdaşlıqlarının gücləndirilməsi” adlı yan tədbir keçirib.

APA xəbər verir ki, Qlobal Cənub QHT Platformasının müvəqqəti baş katibi Ramil İskəndərli bildirib ki, 32 ölkədən 47 QHT təmsilçisinin, iqlim fəallarının bu toplantıya qatılması Platformanın elan etdiyi “Bakı prosesi”nin davamıdır.

O, qlobal təklənməyə qarşı birləşmə texnikası kimi Qlobal Cənub QHT Platformasının mühüm əhəmiyyətini qeyd edib. R.İskəndərli COP29-un qalıcı töhfəsi kimi Platformanın ilk yan tədbirinin məhz dünyanın iqlim mərkəzi olan Bonnda keçirilməsinin rəmzi mahiyyət daşıdığını da vurğulayıb.

Daha sonra panel müzakirələri keçirilib. Müzakirələrdə iqlim böhranının təsirlərinə qarşı Azərbaycanın fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün əzmlə çalışmasına diqqət çəkilib. Qeyd olunub ki, bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsız mühitidir, Platforma bu etimad quruculuğu işinə mühüm töhfə verə bilər.

Platforma Katibliyinin əməkdaşı Nədimə Rəhimlinin moderatorluğu ilə baş tutan müzakirələrdə UNFCCC-nin iqlim uyğunlaşması üzrə təmsilçisi, Afrika və Qlobal Cənub üzrə siyasət tədqiqatçısı Soha Bençekrun (Soha Benchekroun), ARROW təşkilatının Asiya-Sakit okean regionu üzrə Proqram direktoru Menka Qundan (Menka Goundan), “Gender Hub Azerbaijan” İctimai Birliyinin sədri Məryəm Məcidova, az inkişaf etmiş ölkə universitetlərinin İqlim Dəyişmələri Konsorsiumunun rəhbəri, COP29 Elmi Şurasının üzvü Professor Mizan R.Xan (Mizan R. Khan), “Qadın İnkişaf və Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova spiker qismində çıxış ediblər.

Spikerlər Azərbaycanın COP29 çərçivəsində fəaliyyətini yüksək qiymətləndirib, xüsusilə az inkişaf etmiş ölkələrə, ada dövlətlərinə dəstəyini alqışlayıblar.

Panel iştirakçıları Bakının Qlobal Cənub QHT-lərinin mövqelərinin möhkəmlənməsinə kömək etməklə, Şimalla daha balanslı və konstruktiv dialoq üçün ilkin şərtlər yaratmasını yüksək qiymətləndiriblər. Bir da inam ifadə edilib ki, bu Platforma beynəlxalq maliyyə arxitekturasının islahatı, texnologiya transferi və iqlim dəyişmələri ilə mübarizə üçün resursların ədalətli bölüşdürülməsi kimi məsələlərin müzakirəsi üçün əlverişli format olacaq.
Sessiyanın sonunda çıxışçılar gender bərabərliyi məsələsinə dair fikirlərini bölüşərək, bu mövzunun gələcək əməkdaşlıq və birgə fəaliyyətin əsas istiqamətlərindən biri olacağını bildiriblər.

Tədbir zamanı Qlobal Cənub QHT Platformasının təsis konfransının videoçarxı da nümayiş etdirilib. Xarici QHT-lər Qlobal Cənub QHT Platforması ilə sıx tərəfdaşlığa görə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 İyun 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri