Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Qlobal Cənub və Bakının təşəbbüskar mövqeyi

Qlobal Cənub və Bakının təşəbbüskar mövqeyi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan beynəlxalq siyasətdə yeni ideoloji xətt müəyyənləşdirir

XX əsrin ortalarınadək Asiya və Afrika qitələrinin böyük bir hissəsi Avropa imperiyalarının sərt müstəmləkəçilik siyasətinin qurbanı oldu. Ərazilərin işğalı, sərvətlərin talanı, xalqların kimlik və mədəniyyətlərinin sıxışdırılması yüz illərlə davam etdi. Müstəmləkəçilik iqtisadi istismar, sosial inkişafın əngəllənməsi və xalqların taleyində dərin izlər idi. Qlobal Cənub ölkələrinin bu gün də qarşılaşdığı bir çox problemlərin kökləri həmin dövrdən qalır.

Sentyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına ünvanladığı, “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” mövzusuna həsr olunmuş müraciətində vacib məqamlardan biri xüsusi önəm daşıyır: “Qlobal Cənubun tarixən üzləşdiyi ədalətsizliklərdən biri də Asiya və Afrika xalqlarının taleyində ağrılı izlər buraxmış müstəmləkəçilik siyasəti olmuşdur. Azərbaycan müasir dövrdə müstəmləkəçiliyin utancverici mirasının aradan qaldırılması və neokolonializm təzahürlərinin ifşa olunması sahəsində yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Biz bu vacib məsələ ilə əlaqədar beynəlxalq həmrəyliyin səfərbər edilməsi yolunda səylərimizi bundan sonra da qətiyyətlə davam etdirəcəyik”.

Burada söhbət Azərbaycanın beynəlxalq siyasətində yeni ideoloji xəttin təqdimatından gedir. İki məqam diqqəti cəlb edir: birincisi, müstəmləkəçilik və onun mirasının qlobal ədalətsizliklərin mənbəyi kimi təqdim edilməsi və Azərbaycanın bu məsələdə liderlik iddiası ilə çıxış etməsi. Əslində, bu yanaşma son illər ölkəmizin xarici siyasət kursunda özünü daha qabarıq formada göstərir.

Mövcud reallıqda neokolonializm, sadəcə, tarixi yaddaşda qalmış anlayış deyil. Beynəlxalq münasibətlərdə maliyyə tələləri, resurs asılılığı və qeyri-bərabər iqtisadi şərtlər yeni müstəmləkə mexanizmini formalaşdırır. Məsələn, Afrika İttifaqının hesabatına görə, 2024-cü ildə qitənin xarici borcu 1,1 trilyon dollara çatıb, bunun 60 faizi isə yüksək faizli kreditlərin hesabına formalaşıb. Asiya ölkələrinin bəzilərində isə ixracın 40 faizdən çoxu hələ də sabiq müstəmləkə güclərinin bazarlarına bağlıdır. Rəqəmlər göstərir ki, neokolonial münasibətlər sadəcə siyasi ritorika deyil, gündəlik iqtisadi reallıqdır.

Azərbaycan bu fonda özünü fərqli təqdim edir. Qoşulmama Hərəkatında fəal fəaliyyət göstərən rəsmi Bakı müstəmləkəçiliyin qalıqlarına qarşı vahid mövqenin formalaşdırılmasına çalışır. Təkcə 2019–2023-cü illər arasında Azərbaycan Hərəkat çərçivəsində 120-dən çox tədbirə ev sahibliyi edib və bir neçə qətnamənin qəbuluna təşəbbüs göstərib.

Eyni zamanda, iqtisadi diplomatiya da bu siyasətin təməl sütunlarından biridir. Azərbaycanın Afrika ilə ticarət dövriyyəsi 2024-cü ildə 1,3 milyard dollara çatıb ki, bu da beş il əvvəlki göstəricidən təxminən üç dəfə çoxdur. Asiya ilə yalnız enerji sahəsində deyil, həm də logistika və nəqliyyat dəhlizlərində əməkdaşlıq genişlənir. Orta Dəhliz layihəsi üzərindən Çin–Azərbaycan–Türkiyə xəttində daşınan yüklərin həcmi 2024-cü ildə 3,2 milyon ton təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 35 faiz artım deməkdir. Bu faktlar Prezidentin tezisini konkret iqtisadi alternativlər fonunda gücləndirir.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi də Qlobal Cənubun maraqlarına xidmət edir. Çünki iqlim gündəliyində ən çox zərər çəkən məhz inkişaf etməkdə olan ölkələrdir. Beynəlxalq hesabatlara görə, iqlim dəyişmələrinin fəsadlarından ən çox təsirlənən 20 ölkənin 15-i Afrika və Asiyada yerləşir. Bakı bu mövzunu “ədalətli keçid” şüarı ilə gündəmə gətirərək, Qlobal Cənubun səsinin qlobal tribunada eşidilməsini təmin etmək niyyətindədir.

Prezidentin vurğuladığı “beynəlxalq həmrəyliyin səfərbər edilməsi” çağırışı həm siyasi, həm də praktiki planda ciddi əhəmiyyət kəsb edir. Bu çağırış Azərbaycanın qlobal miqyasda fikir formalaşdıran dövlət olmağa çalışdığını göstərir. Son illər ölkəmizin bu müstəvidə fəallığı konkret addımlarda özünü göstərib. Rəsmi Bakı həm Uzaq Şərqdə, həm də ərəb dünyasında diplomatik və iqtisadi yaxınlaşmanı gücləndirib. Vyetnamla münasibətlər mayın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamı qəbul etməsi və “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın imzalanması fonunda yeni müsbət impulslar qazandı. Həmçinin enerji, ədliyyə və müdafiə sahələrində sənədlər mübadiləsi, eləcə də 2025–2027-ci illər üçün 17 mövzu üzrə əməkdaşlıq planı kimi konkret mexanizmlər imzalandı. Əlavə olaraq bu il iyulun 17-də Hanoy şəhərində Azərbaycan–Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası iki ölkə arasında çoxşaxəli əməkdaşlığın inkişafı üçün yol xəritəsi oldu.

Eyni zamanda, Bəhreynlə əlaqələrdə də parlamentlərarası və diplomatik fəaliyyət sürətlənib. Ötən gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb. Bu addım regionda Azərbaycanın nüfuzunun möhkəmlənməsinə və tərəfdaşlıq platformalarının genişləndirilməsinə təkan verəcək, qarşılıqlı siyasi və iqtisadi maraqların reallaşmasına şərait yaradacaq. Bəhreyndə səfirliyin açılması ilə Azərbaycanın dünyada diplomatik nümayəndəliklərinin sayı 93-ə yüksələcək ki, bu da rəsmi Bakı üçün unikal siyasi xəttin formalaşdığını göstərir.

Azərbaycanın son illər Qlobal Cənub ölkələri ilə inkişaf etdirdiyi diplomatik və iqtisadi əlaqələr göstərir ki, ölkə beynəlxalq siyasətdə fəal və təşəbbüskar mövqedədir. Prezident İlham Əliyevin çağırışları çərçivəsində həyata keçirilən layihələr ölkəmizin beynəlxalq arenada yeni ideoloji xəttini, yəni, ədalət və əməkdaşlıq prinsiplərinə əsaslanan xarici siyasətini praktik olaraq təsdiqləyir. Bu siyasət ölkənin Qlobal Cənubun üzləşdiyi problemləri anlamaq və onları həll etmək istiqamətində lider mövqeyini ortaya qoyur və beynəlxalq nüfuzun artırılmasına xidmət edir.

Zaur MƏMMƏDOV,
“Bakı” Politoloqlar Klubunun rəhbəri, siyasi ekspert

– Qlobal Cənub mövzusu bu gün beynəlxalq proseslərin ən vacib istiqamətlərindən birinə çevrilib. Bakı Forumu məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır və geniş coğrafiyanı – Asiya və Afrika ölkələrini əhatə edir. Hər iki region artıq uzun illərdir ki, dünya iqtisadiyyatında artım templəri, iqtisadi şaxələndirmə siyasətləri, informasiya və kibertəhlükəsizlik, cəmiyyətlərin müdafiəsi və müasir idarəetmə metodları ilə seçilirlər.

Prezident İlham Əliyev bu gün beynəlxalq miqyasda tanınan və qlobal proseslərə mühüm təsir göstərən liderlərdən biridir. Dövlət başçısı uzun illər Afrika və Asiya xalqlarının üzləşdiyi çağırışları beynəlxalq gündəmə çıxarmağı bacarıb və bu istiqamətdə real nəticələr əldə edib.

Qlobal Cənuba qarşı tarixi ədalətsizlik artıq aradan qaldırılmalıdır. XXI əsrdə müstəmləkəçilik və neokolonializm kimi təzahürlərin hələ də mövcudluğu təəssüf doğurur. Azərbaycan bu istiqamətdə böyük uğurlar qazanıb – neokolonializm siyasətinə qarşı aparılan mübarizədə fəal mövqe tutub, yeni platformalar yaradıb, həmin platformaların üzvlərinin sayının ildən-ilə artmasına töhfə verib. Bu platformalarda təmsil olunan ölkələrin cəsarətlə, çəkinmədən öz sözlərini deməsi, azadlıqlarını müdafiə etməsi Azərbaycanın coğrafiyasında qlobal miqyasda nə qədər mühüm işlər gördüyünü sübut edir.

Təəssüf ki, beynəlxalq təşkilatlar və özlərini “dünyanın ağası” hesab edən bəzi dövlətlər bu sahədə çox az iş görür, bəzən isə heç bir addım atmırlar. Əgər bu proseslər vaxtında idarə olunmasa, gələcəkdə bütün bəşəriyyət üçün ciddi fəsadlar yarada bilər.

Tacir SADIQOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see638

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see331

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see319

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see232

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see229

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see228

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see226

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see220

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see216

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see212

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see212

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see212

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see211

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see209

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see208

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see206

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see205

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see205

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see204

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri