Icma.az
close
up
RU
Qlobal enerji birliyinə yaşıl imza: Azərbaycan beynəlxaq əməkdaşlıq imkanlarını artırır

Qlobal enerji birliyinə yaşıl imza: Azərbaycan beynəlxaq əməkdaşlıq imkanlarını artırır

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Bu gündən Bakı Enerji Həftəsi çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 30-cu Yubiley "Baku Energy Forum", "Caspian Oil and Gas" və "Caspian Power" sərgiləri Bakı Ekspo Mərkəzində, "Baku Energy Forum" isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, forum çərçivəsində aparılacaq müzakirələrdə enerji sahəsində innovasiyaların tətbiqi, regional və qlobal əməkdaşlığın gücləndirilməsi, həmçinin dayanıqlı və çevik enerji sistemlərinin qurulması mövzuları əsas yeri tutacaq.

"Baku Energy Week" çərçivəsində keçirilən tədbirlər ölkəmizin iqtisadi və siyasi inkişafına necə təsir edəcək?

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu il "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən tədbirlərdə energetika sahəsində mövcud vəziyyəti, yeni imkanları və perspektivləri müzakirə etmək üçün 39 ölkədən 267 şirkətin nümayəndəsi iştirak edir.

Onun sözlərinə görə, regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən "Bakı Enerji Həftəsi" həm regional, həm də beynəlxalq səviyyədə etibarlı platforma olaraq mühüm və gözlənilən hadisələrdən birinə çevrilib. "Bakı Enerji Həftəsi" əsasını müstəqil Azərbaycanın beynəlxalq ixtisaslaşmış sərgisi olan "Caspian Oil and Gas" sərgisindən götürüb:

"Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış bu tədbir Prezident İlham Əliyevin dəstəyi ilə dünyanın ən nüfuzlu enerji tədbirlərindən birinə çevrilib. Yarandığı gündən etibarən "Caspian Oil and Gas" sərgisi neft, qaz və energetika sahələrinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı məkana çevrilib. Keçirildiyi 30 il ərzində "Bakı Enerji Həftəsi" Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə verib, dünyanın 80 ölkəsindən 9 mindən çox şirkəti, 170 mindən artıq ziyarətçini cəlb edib. Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər, qalanını isə xarici şirkətlər təşkil edir ki, bu da yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Ümumilikdə isə Azərbaycanda ilk neft-qaz sərgisi hələ 1994-cü ildə təşkil edilib və həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar "Əsrin müqaviləsi" adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzalayıb".

Politoloq qeyd edib ki, o zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində yüz minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Belə bir şəraitdə həyata keçirilən uğurlu enerji siyasəti ölkəmizin iqtisadi və siyasi uğurları üçün aparıcı qüvvə oldu.

Yusif Bağırzadə: "Bakı Enerji Həftəsi" etibarlı platforma olaraq mühüm və gözlənilən hadisələrdən birinə çevrilib

"Tam məsuliyyətlə deyə bilərik ki, məhz Azərbaycanın həyata keçirdiyi enerji layihələri sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edildi. Azərbaycan öz tərəfdaşları ilə birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etdi və bunlardan da ən önəmlisi Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3600 kilometrlik Cənub Qaz Dəhlizidir. Keçən dövr ərzində Azərbaycan bir sıra olduqca böyük uğurlara imza atdı və bu uğurlar hər keçən il özünü daha qabarıq şəkildə göstərir. Məsələn, keçən il Azərbaycan səkkiz ölkəyə təbii qaz ixrac edirdisə, hazırda bu ölkələrin sayı 12-yə çatıb və artıq 25 milyard kubmetr qaz ixrac olunur", - müsahibimiz əlavə edib.

Y.Bağırzadə vurğulayıb ki, 2030-cu ilədək qaz ixracının daha 8 milyard kubmetrə qədər artırılacağı proqnozlaşdırılır:

"Sadalananlara yaşıl enerji sahəsində həyata keçirilən siyasəti və əldə olunan uğurlarına gəldikdə, ölkəmizin enerji təhlükəsizliyindəki rolunu daha qabarıq şəkildə görmək mümkün olur. Belə ki, artıq imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, ölkəmiz 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacaq. Bu da bizim ümumi enerji istehsalımızın 35 faizdən çoxunu təşkil edəcək. "Bakı Enerji Həftəsi" çərçivəsində həyata keçirilən tədbirlər bir daha Azərbaycanın iqtisadi potensialını, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni əyani şəkildə ortaya qoymağa və ölkəmizin bu istiqamətdə beynəlxaq əməkdaşlıq imkanlarının artırılmağa imkan verəcək".

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 İyun 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri