Qlobal fəlakət zamanı harada yaşamaq daha təhlükəsiz olar? Araşdırma
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qlobal fəlakət baş verəcəyi təqdirdə insanların hansı ölkələrdə sağ qalmaq şansının daha yüksək olduğu araşdırılıb.
Yeniavaz.com xəbər verir ki, “Global Challenges” jurnalında dərc olunan araşdırmada ölkələrin əhalisinin sayı, coğrafi mövqeyi, ərzaq və enerji ehtiyatları, həmçinin böhran zamanı dövlət idarəçiliyinin sabitliyi nəzərə alınıb.
Tədqiqatçılar hesab edirlər ki, qlobal fəlakət zamanı ən əlverişli məkanlar böyük şəhərlərdən uzaqda yerləşən, kifayət qədər ərzaq və enerji resurslarına malik və böhranı idarə edə biləcək effektiv hökuməti olan ərazilərdir.
Araşdırmaya görə, dünyanın ən dayanıqlı yerlərindən biri Avstraliya, xüsusilə də Tasmaniya adası hesab olunur.
Bunun əsas səbəbləri Avstraliyanın digər ölkələrdən uzaqda yerləşməsi, enerji istehsalında istifadə oluna biləcək təbii ehtiyatlara və yüksək ərzaq istehsalına malik olmasıdır.
Araşdırmanın rəhbəri, Frankfurtun Höte Universitetinin professoru Florian Yen isə belə bir vəziyyətdə Rusiyadan uzaq durmağı tövsiyə edib. Onun sözlərinə görə, Rusiya nüvə zərbəsi üçün potensial hədəflərdən biri olmaqla yanaşı, dövlət idarəçiliyi, bərabərsizlik və korrupsiya göstəricilərinə görə də aşağı qiymətləndirilib.
Böyük Britaniya da ən təhlükəsiz seçimlər sırasında göstərilmir. Ölkənin ada olması müəyyən üstünlük yaratsa da, nüvə zərbəsi üçün potensial hədəf olması və güclü kosmik hava hadisələrinin təsirinə məruz qala bilməsi risklər sırasında qeyd edilir.
Araşdırmada Avstraliyanın da tam təhlükəsiz olmadığı vurğulanır. Ölkədə meşə yanğınları və daşqınlar ciddi risk yarada bilər. Bundan başqa, ölkənin dünyadan uzaqda yerləşməsi uzunmüddətli böhran zamanı xarici dünya ilə əlaqələrin saxlanılmasını çətinləşdirə bilər.
Tədqiqatçıların yekun qənaəti isə belədir: qlobal fəlakət zamanı tam təhlükəsiz sığınacaq tapmaq demək olar ki, mümkün deyil.
Bu mövzuda digər xəbərlər:Qlobal fəlakət zamanı yaşamaq üçün ən təhlükəsiz ölkə müəyyənləşib
29 Avqust 2026 17:25
Planetin ən təhlükəsiz yeri qlobal fəlakət zamanı harada sağ qalmaq olar?
28 Sentyabr 2026 18:44
Qlobal fəlakət zamanı Yerdə ən təhlükəsiz yer haradır? Konkret məkanlar
31 Avqust 2026 14:47
Daha uzun yaşamaq istəyənlər üçün maraqlı araşdırma
19 Oktyabr 2026 20:03
Qadın simaları niyə daha cəlbedici görünür? Qlobal araşdırma
01 İyun 2026 15:58
Baxış sayı:165
Bu xəbər 15 Sentyabr 2026 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















