Icma.az
close
up
RU
Qlobal geosiyasətdə “türk ssenarisi”

Qlobal geosiyasətdə “türk ssenarisi”

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

IV MƏQALƏ

Türk dünyası qlobal geosiyasi dinamikada

Beləliklə, Türk dünyasında və ayrıca Türk Dövlətləri Təşkilatına (TDT) müasir tarixi dönəmdə geosiyasi dinamika fonunda xüsusi yanaşmaq bir zərurətdir. Uzun müddət türk xalqlarına (və həm də onların qurduqları dövlətlərə) müxtəlif imperialist dairələrin (etiraf edək ki, son 200 ildə bizim onlarla mübarizəyə gücümüz çatmamışdır) qərəzli və istilaçı münasibətləri xeyli problemlər əmələ gətirmişdir. Onlar geosiyasi, siyasi, mədəni, mənəvi, sosial olmaqla yanaşı, həm də psixoloji xarakterlidirlər.

Bütün bunlar türkləri bir qövm və dövlət olaraq özlərinin mövcudluq strategiyasını müəyyən etməyə məcbur buraxır. Bu tələbat prizmasında TDT-nin yaranmasının geosiyasi və strateji aspektlərinə baxmaq lazımdır. Yəni, “türk dövlətləri TDT-ni nə üçün yaratmışlar və məqsədləri nədir?” sualına ədalətli cavab axtarmaq istəyən varsa, son 300 ildə onlara olan münasibətin özəlliklərinə nəzər salsınlar.

Deməli, əslində, TDT türk qövmünün ayaqda qalması üçün hazırlamalı olduğu qlobal geosiyasətdə “türk ssenarisi”nin birbaşa rəmzidir. Onun praktiki geosiyasi anlamı və məqsədi də kifayət qədər aktual məsələdir. Doğrudan da, XXI əsrin şərtləri daxilində “türk dövləti olmaq nə deməkdir?”, “TDT bir təşkilat kimi qarşısına hansı məqsədləri qoymalıdır ki, tarixin indiki dolanbaclarında öz dövlətçiliyinin inkişafını təmin edə bilsin?” və s. kimi suallar aktualdır.

Bundan başqa, son illərin təcrübəsi bir daha göstərir ki, Türk dünyasını içindən parçalamaq üçün canfəşanlıq göstərən dairələr daha da fəallaşmışlar. Müxtəlif səviyyələrdə, yəni siyasi, diplomatik, ideoloji, geosiyasi, tarixi və s. elə “arqumentləri” ortaya atır və praktiki işlər görürlər ki, hər birinin əsas məqsədi türk xalqlarında bir-birinə şübhə oyatmaq, birliyin perspektivinin olmadığı təəssüratı yaratmaq çaları vardır. Son nümunələrdən biri Avropa İttifaqının Mərkəzi Asiya türk dövlətləri ilə sözdə iqtisadi əməkdaşlıq üçün onlara Türkiyənin əleyhinə olan BMT-nin Şimali Kiprlə bağlı iki qətnaməsini tanımağa məcbur etməsidir.

Əlbəttə, Mərkəzi Asiyadakı TDT üzvləri bunu etməyə də bilərdilər... Bu, ayrı mövzudur. Ancaq bizim demək istədiyimiz Aİ-nin hələ də türk dövlətçiliyinə ziyan vurmaq kimi işlərlə məşğul olmasından ibarətdir. Brüsselin “demokratiya”, “insan haqları”, “mehriban qonşuluq” kimi gəlişigözəl terminlərdən geninə-boluna istifadə etməsi diplomatik ibarədən, əsl niyyətini ört-basdır etməkdən başqa bir şey deyildir.

Başqa nümunələr də göstərə bilərik. Lakin vurğulanan məqamlar da göstərir ki, hazırkı mərhələdə Türk dünyasının müasir geosiyasi dinamikada yeri və rolu konkretləşməli və hər bir geosiyasi güc tərəfindən qəbul edilməlidir. Bu dinamika bizim üçün indi xeyli dərəcədə dramatik və ziddiyyətlidir. Lakin tarixin bu dönəmində onu sındırmasaq, ritmini ədalətə yönəltməsək, bütövlükdə, bəşəriyyətin gələcəyi yeni-yeni haqsızlıqlarla üzləşməkdən yayına bilməyəcəkdir. Bu kontekstdə TDT ilə əlaqələrin bir sıra mühüm məqamlarının təhlilinə keçə bilərik.

TDT-nin geosiyasi yeri və rolu

TDT ümumi halda müasir geosiyasətdə türk ssenarisinin əsas təmsilçisidir. Onun məqsədi haqqında Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə fikir bildirmişdir. TDT-nin türk dövlətlərinin müasir dünyada layiq olduqları yeri və rolu təmin etməkdən başqa məqsədi yoxdur. Buna nail olmaq üçün yalnız sivil üsullardan istifadə edir. Sivil üsullar kimi, TDT daxilində siyasi, mədəni, iqtisadi, sosial, mənəvi, informasiya–kommunikasiya əlaqələrini konkret layihələr vasitəsilə təmin etməkdən yararlanır. Bura müxtəlif sferalara aid və faktiki olaraq Türk dünyasının sərhədindən kənarda olan regionları da əhatə edən layihələrin reallaşması daxildir.

Hazırda TDT-nin nüfuz dairəsi Çindən başlayaraq Avropa və Yaxın Şərqə qədər geniş geosiyasi məkanı əhatə edir. Onun praktiki nümunələri kimi, Orta dəhliz, enerji layihələrini, informasiya sferasında nəzərdə tutulan proqramları, gömrük sferasında həyata keçirilən tədbirləri, mədəniyyət, elm, təhsil və başqa istiqamətlərdə reallaşmaqda olan proqramları göstərmək olar. Buradan TDT-nin qlobal geosiyasətdə rolu və yeri ilə bağlı mühüm nəticələr çıxara bilərik.

Birincisi, TDT, praktiki olaraq, fayda verən və geniş bir məkanda çoxlu sayda toplumun inkişafına xidmət göstərən proqramları gerçəkdən reallaşdırır. Bunun iki aspekti indi özünü daha qabarıq göstərir – enerji və kommunikasiya. Hər iki istiqamət üzrə aparıcı rolu Azərbaycan oynayır. Belə ki, vurğulanan aspektlərdə həyata keçirilən bütün layihələrin TDT tərəfdən təşəbbüskarı Azərbaycandır!

İkincisi, TDT fəaliyyəti ilə regionlararası miqyasda enerji təhlükəsizliyi ilə dövlətlərin milli təhlükəsizliyinin təminatı arasında harmoniya yaradan ciddi qüvvədir. Bunu indi açıqca dünyanın bütün böyük geosiyasi gücləri etiraf edirlər. Nümunələrə baxaq.

TDT təklif etdiyti enerji və nəqliyyat-loqistika layihələri ilə Çindən başlayaraq marşrut yolu üzərində olan hər bir dövlətin iştirakına təkan verir. Ondan Rusiya, Pakistan, Hindistan, İran, Gürcüstan və Aİ dövlətləri də yararlanırlar. Xüsusilə, “yaşıl enerji” sahəsində TDT-nin təklifləri diqqətçəkəndir. Aİ üzvləri etiraf edirlər ki, Azərbaycan onların enerji və milli təhlükəsizliklərində mühüm rol oynayır. Azərbaycanın fəaliyyətində isə TDT-nin geosiyasi mövqeyi əsaslı rol oynayır. Dövlət başçısı İlham Əliyev layihələrdə hər bir türk dövlətinin iştirakının təmin olunmasını prioritetlərdən biri sayır.

Digər məqam TDT ərazisinin praktiki olaraq nəqliyyat-loqistika ilə bağlı yeni infrastrukturda mühüm rol oynaması ilə bağlıdır. Bunun da birbaşa təşəbbüskarı və reallaşdıranı Azərbaycandır. Bakı Orta dəhlizi həmin kontekstdə çox aktuallaşdırır və ona beynəlxalq dəstəyin daha da artması üçün ciddi töhfələr verir. Artıq bu prosesdə TDT-nin Mərkəzi Asiyada olan əraziləri ilə Cənubi Qafqaz və Türkiyə ərazisi vahid nəqliyyat-logistika sistemi halına gəlmişdir. O, elə qurulmuşdur ki, TDT üzvləri bir-birinə sıx bağlıdır. Bu mənada Qazaxıstan, Özbəkistan, Qırğızıstan və qismən Türkmənistan Azərbaycan və Türkiyəsiz enerji, nəqliyyat və milli təhlükəsizliklərini təmin edə bilməzlər.

Bu kontekstdə başqa bir sual meydana çıxa bilər: vurğulanan aspektdə, TDT üzvləri üçün TDT-dən başqa təşkilat və ya geosiyasi güc alternativ ola bilməzlərmi? Konkret olaraq, Rusiya, Çin, ABŞ və Aİ türk dövlətləri üçün TDT-ni əvəz edə bilərlərmi?

Geosiyasi alternativsizlik situasiyası

Məsələ də ondan ibarətdir ki, nəinki türk dövlətləri rəsmiləri, hətta bütün dünya İlham Əliyevin bir müdrik kəlamına çox diqqət etməlidirlər. Prezident 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimində demişdir ki, “ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir”. Səbəbini də aydın və dəqiq ifadə etmişdir: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Öz məzmunu, strateji hədəfi və reallaşma mexanizmləri baxımından bu kəlam “bir millət, iki dövlət” kəlamı ilə birlikdə XXI əsrdə Türk dünyasının mayak ideyası, siyasi-diplomatik fəaliyyət anatomiyası və Türk dünyasının iki dövlətinin münasibətlərindən bütöv türk dövlətlərinə uğurlu proyeksiyanın məhək formuludur. Bu anlam TDT-nin inkişafının “geosiyasi konstitusiyası”dır!

“Türk dünyası”nın İlham Əliyevin təbirincə, ailə elan edilməsinin siyasi hikmətini heç də hər kəs tam qavraya bilmir. Çünki Azərbaycan Prezidenti “ailə” anlayışına etnik, tarixi və mədəni ilə yanaşı, həm də dərin siyasi və geosiyasi anlam verir. O anlamı dərk etmədən “bizim Türk dünyasından başqa ailəmiz yoxdur” vurğusunun Azərbaycan Prezidentinin təqdimatı kimi təsəvvür edilməsi mümkün deyildir – çünki hikmətli kəlam təhrif oluna bilər!

Bizcə, məsələnin bu tərəfinə xüsusilə Şimali Kiprlə bağlı Mərkəzi Asiyadakı qardaş dövlətlərin atdığı addımın fonunda bir də aydınlıq gətirməliyik. Onların hansı tarixi, etnik, mədəni, siyasi-diplomatik və geosiyasi yanlışlıq etdiyini göstərməliyik. Bunun fonunda həm də Prezident İlham Əliyevin hansı səbəbdən kiprli qardaşlarımızı çox aktiv müdafiə etdiyini anlamış olarıq. Antalyada Azərbaycan Prezidentinin niyə ilk olaraq Ərsin Tatarla görüşdüyünü və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevə emosiyalar, inam, etibarlılıq və intellektual əminliklə dolu “necəsən, qardaşım?”, deyə müraciət etməsinin maraqlı anlamı olduğuna şübhə yoxdur!

Türk dünyasının “ailə” kimi geosiyasi anlamının açılışları

Azərbaycan Prezidenti müxtəlif tədbirlərdə ifadə etdiyi tezislərlə “Türk dünyası ailədir” deyiminin faktiki olaraq başlıca siyasi və geosiyasi mənalarını açmışdır və bu proses davam edir. Bu baxımdan dövlət başçısının ADA-da 2025-ci il aprelin 9-da “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışı və verilən suallara cavabları olduqca əlamətdardır. Antalya Diplomatik Forumunda (11 aprel 2025-ci il) Azərbaycan Prezidentinin keçirdiyi görüşlərdə irəli sürdüyü fikirlər və digər məqamları ümumiləşdirərək, TDT kontesktində əhəmiyyəti böyük olan bir sıra tezisi vurgulaya bilərik.

Həmin bağlılıqda Prezidentin postmüharibə dövründə Cənubi Qafqazda sülh təşəbbüsləri haqqında fikirləri əhəmiyyətlidir. Bununla yanaşı, Zəngəzur dəhlizinin regional inteqrasiyaya təsiri ilə əlaqədar etdiyi mühüm vurğular aktualdır. Azərbaycan liderinin Türk dünyasından vahid diplomatik strategiya kontekstində ayrıca bəhs etməsi çox vacib siyasi, geosiyasi və diplomatik anlamı olan tezisdir. Nəhayət, İlham Əliyev bütövlükdə müasir politologiya və diplomatiya təlimləri üçün tədqiqat predmeti ola biləcək multikulturalizm və Bakı prosesinin regionlararası və qlobal miqyaslara proyeksiyasını məharətlə ifadə etməsi xüsusi hadisədir.

Vurğuladığımız dörd istiqamətin (tezisin) TDT-nin qlobal geosiyasətdə türk ssenarisinin başlıca təmsilçisi olması yönündə ayrıca təhlil edilməsi gərəkdir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Aprel 2025 01:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Ermənistanı Rusiyanın siyasi orbitindən tamamilə çıxarmağa çalışır

25 May 2026 17:14see369

Milyon avroluq avtomobilləri oğurladılar

25 May 2026 01:58see210

Dəmir Yolları əhaliyə xidmət göstərir, ya imtiyazdan istifadə edir? KONKRET

25 May 2026 13:29see205

Millinin sabiq futbolçusu narkotik alverinə görə həbs olundu

25 May 2026 02:08see179

Mourinyo Real da ildə 6 milyon avro qazanacaq İDDİA

25 May 2026 04:06see176

Braziliya prezidenti radioterapiya kursuna başladı

25 May 2026 23:41see176

“Bu məsələdə ABŞ rəhbərliyi vacibdir”

26 May 2026 00:47see174

Yastığın yuxuya təsiri

26 May 2026 00:12see173

“Molla Nəsrəddin” jurnalının irsi Ürəklərinin qanı ilə yazılan sözün 120 illik məktəbi FOTO

25 May 2026 14:28see172

İyunda bu bürclərin yeni şansları olacaq

25 May 2026 08:20see165

Real ın ulduzu hamını geridə qoydu

25 May 2026 02:20see164

Bakı sakini: Əminəm ki, gələcəkdə ölkəmiz təbii qazla yanaşı dünya bazarına alternativ enerji də ixrac edəcək

25 May 2026 18:28see163

Tramp razılaşdıq deyir, Tehran isə ... Açıqlamalar

25 May 2026 14:33see159

Real Holannla bağlı planlar qurur

26 May 2026 04:15see157

Yağışlı hava ilə bağlı XƏBƏRDARLIQ

25 May 2026 18:23see152

Naxçıvanda qəzada xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb

26 May 2026 00:31see147

Dövlətçilik tariximizin qürur günü

25 May 2026 15:44see146

Apellyasiya məhkəməsi Azər Qasımlı ilə bağlı qərar verdi

25 May 2026 20:28see145

Zelenski elan etdi: Müharibə bu tarixdə başa çatacaq!

26 May 2026 07:00see144

Dandan İlham Əliyevə məktub: Sizi ölkəmə dəvət edirəm!

25 May 2026 20:56see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri