Icma.az
close
up
RU
Qlobal hərbi xərclər 11 ildir artır və BMT büdcəsini 776 dəfə üstələyib

Qlobal hərbi xərclər 11 ildir artır və BMT büdcəsini 776 dəfə üstələyib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 28 aprel, AZƏRTAC

Qlobal hərbi xərclər artmaqda davam edir, dayanıqlı inkişaf və uzunmüddətli təhlükəsizliyin təmini olunması səylərinə mənfi təsir göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin silahsızlaşdırma məsələləri üzrə yüksəksəviyyəli nümayəndəsi İzumi Nakamitsu hərbi xərclər üzrə Qlobal fəaliyyət günləri münasibətilə müraciətində bildirib.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, qlobal hərbi xərclər 2025-ci ildə əvvəlki ilə nisbətən 2,9 faiz artımla 2,887 trilyon dollara çatıb.

Bu, ardıcıl on birinci artımdır. Müqayisə üçün qeyd olunub ki, xarici inkişaf yardımı 2024-cü illə müqayisədə 23 faiz azalaraq 174,3 milyard dollar təşkil edib. Beləliklə, hərbi xərclər xarici yardımı 16 dəfədən çox üstələyib.

BMT-nin 2025-ci il üçün büdcəsi 3,72 milyard dollar olub ki, bu da qlobal hərbi xərclərdən 776 dəfə azdır.

İzumi Nakamitsu vurğulayıb: “Bu tendensiyalar bizi düşünməyə vadar etməlidir”.

Davamlı İnkişaf Məqsədlərinə çatmaq üçün müəyyən edilən son tarixə dörd ildən az vaxt qaldığı nəzərə alındıqda, hədəflərin yalnız beşdəbiri yerinə yetirilir. Bu arada, davamlı inkişaf üçün illik qlobal maliyyələşdirmə çatışmazlığı 4 trilyon dollara çatıb.

BMT-nin silahsızlaşdırma məsələləri üzrə nümayəndəsi bildirib: “Bu, sadəcə resursların çatışmazlığı deyil, həm də düzgün prioritetlərin olmamasıdır”. O, vurğulayıb ki, hərbi xərclərin artırılması sülhü və sabitliyi gücləndirmir, əksinə, uzunmüddətli təhlükəsizliyin təməllərini sarsıda bilər.

Nakamitsu əlavə edib ki, silahlanma yarışı eskalasiyanı gücləndirir, inamsızlığı dərinləşdirir və səhv riskini artırır. Pis bir dövrə yaranır: təhlükəsizlik hissi hərbiləşməni haqlı çıxarır və bu, öz növbəsində, yeni qeyri-sabitlik şəraiti yaradır. Bu arada, əsas qlobal təhdidlər - iqlim dəyişikliyi, bərabərsizlik və ərzaq təhlükəsizliyi maliyyələşdirilməmiş qalır.

“Silahlara xərclənən hər bir dollar aclığın qarşısının alınmasına, təhsilin inkişafına və ya iqlim dəyişikliyinə qarşı dayanıqlığın yaradılmasına qoyulmayan vəsaitdir. Bu, diplomatiyaya, münaqişələrin qarşısının alınmasına və insan təhlükəsizliyinin gücləndirilməsinə xərclənə biləcək bir dollardır. Məsələ dövlətlərin müdafiəyə investisiya qoymaq hüququna malik olmasında deyil, əlbəttə ki, bu amil də var. Məsələ real təhdidlərin mövcudluğunda da deyil, onlar reallıqdır. Məsələ bizim hansı növ təhlükəsizliyi təmin etməyimizdə və bunun neçəyə başa gəlməyindədir”, -deyə Nakamitsu qeyd edib.

O, əsl təhlükəsizliyin silahların miqdarı ilə deyil, insanların rifahı və planetin vəziyyəti ilə müəyyən edildiyini bildirib.

Nakamitsu XXI əsrdə təhlükəsizliyə yanaşmanın yenidən nəzərdən keçirilməsinə çağırıb və BMT Baş katibinin təklif etdiyi konkret addımları xatırladıb: diplomatiyaya üstünlük vermək, etimad yaratmaq, hərbi büdcələri şəffaf etmək və bəzi vəsaitləri davamlı inkişafa yönəltmək.

O, çıxışının sonunda dünyadakı bütün hökumətlərə, vətəndaş cəmiyyətinə və vətəndaşlara müraciət edib: “Bəşəriyyətin daha çox silaha ehtiyacı yoxdur. Daha çox etibara, daha çox əməkdaşlığa və daha çox həmrəyliyə ehtiyacı var. Hər şeydən əvvəl isə, onun sülhə ehtiyacı var”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri