Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qlobal internetin arxasında gizlənən həqiqətlər

Qlobal internetin arxasında gizlənən həqiqətlər

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 13 aprel, AZƏRTAC

İnternet və internet texnologiyalar ilə bağlı şəxsi münasibətinin məzmunundan asılı olmayaraq dünyada müşahidə edilən müasir tendensiyalarının təbiəti haqqında düşünən hər bir insan tez-gec o qənaətə gəlir ki, qlobal internet sosial mühəndisliyin universal aləti kimi qaçılmaz dəyişikliklərin katalizatorudur. Kiçik remarka: qlobal tendensiyalar, ideoloji tənəzzül, münaqişəli situasiyalar, sosial apatiya, ənənəvi dəyərlərin təhrif olunması, sosial məsuliyyətsizlik, siyasətdə populizmə meyllilik, sosial depressiya, etiraz mədəniyyəti, yanlış sosial-siyasi stereotiplər, estetik zövqün cılızlaşması və digər bu kimi təzahürlər məhz sosial mühəndisliyin “məhsuludur”. “Sosial mühəndisliyin” cəmiyyət və dövlət üçün nə dərəcədə qorxunc və hətta təhlükəli “silah” olduğunu indi hər kəs daha aydın şəkildə təsəvvür edə bilir. Hətta onu da əlavə edə bilərik ki, informasiya texnologiyaları dövründə “sosial mühəndislik” nüvə silahı kimidir: onun dağıdıcı və ya yaradıcı qüvvə olması sözügedən “silahdan” kimlər istifadə edəcəyindən asılıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər politoloq Asif Adilin “Qlobal internetin arxasında gizlənən həqiqətlər” sərlövhəli məqaləsində yer alıb.

Yazıda, həmçinin bildirilir: “Mütəmadi olaraq dünyada müxtəlif siyasi stressli situasiyalara şahidlik edən müasir vətəndaş çoxdan təxmin edib ki, qlobal gücləri təmsil edən nəhəng maliyyə və informasiya korporasiyaları reallaşdırdıqları layihələrinin əsasında heçdə onların “dünyasevərliyi” dayanmır. Uzun onilliklər ərzində dünya ölkələrinin cəmiyyətlərinə xas olan “siyasi sadəlövhlük” adlı sosial-mədəni keyfiyyət antik mədəniyyət nümunələri kimi tədricən tarixə qovuşur. Qlobal internet siyasəti əlçatan edib, “yanlış həqiqətləri” tirajlayan informasiya mənbələrinin sayı isə sürətlə artır. Bununla da, öncə mədəniyyət və incəsənətimiz, sonra ictimai-siyasi münasibətlərimiz mənəvi “əyləclərdən” məhrum oldu, bəzi proseslər isə geriyədönməz səviyyəyə qədər inkişaf etdi.

Dünyada informasiya bolluğunun yaranmasının əsas “səbəbkarı” olan internetin bəzi xüsusiyyətlərini və milyonlarla “informasiya tullantılarının” mövcudluğunu nəzərə alaraq, şahidlik etdiyimiz informasiya bolluğunun heç də təsadüfi təzahür olmadığını rahat şəkildə isbat edə bilərik. Burada tərəddüdsüz onu da əlavə etməliyik ki, “informasiya bolluğu” olan yerdən mütləq sosial mühəndisliyin “ecazkar” ətri də gəlməlidir. Məlumat çox, peşəkarlıq isə az olan yerdə qərəzli şərhlər artır, manipulyasiya adi hala çevrilir, habelə idarəetmə sistemində mütəmadi olaraq “qısaqapanmalar” müşahidə olunur”.

Müəllif qeyd edib ki, mövcud kontekstin inkişafında bilməyimiz vacib olan qlobal internetin bilavasitə gizli tərəflərinin üstünə çıxmış oluruq. Peşəkarlıq səviyyəsi və analitik təhlil bacarığı olmayan sistemlərdə nəzarətsiz və tükənməyən informasiya axını idarəetmə böhranına gətirib çıxara bilir. Buna görə də biz davamlı olaraq süni şəkildə təhrik olunan geosiyasi transformasiya proseslərinə şahidlik edirik. Qlobal sosial mühəndislərin bu cür addımları dünyada süni stresslərin çoxalmasına hesablanıb. “Stressli” situasiyalar isə dövlətlərin idarəetmə sistemlərində “boşluqları” ifşa edir. Əlbəttə ki, təsir coğrafiyalarının artması uğrunda mübarizə aparan qlobal güclərin “yırtıcı” geostrategiyalarının əsas hədəflərindən biri də məhz müstəqil dövlətlərin idarəetmə sistemlərində müxtəlif xarakterli “böhranların” yaradılmasıdır. Ən azından ona görə ki, bu cür böhranlar “super güclərin” konkret ölkələrin daxili məsələlərinə müdaxilə etmək imkanlarını artırır.

“Beynəlxalq təcrübəyə istinadən deyə bilərik ki, yalnız inzibati resurslara arxalanan və peşəkarlıq səviyyəsi real situasiyalara adekvat olmayan sistemlərdə nəzarətsiz məlumat bolluğu növbəti əsas neqativ fəsadlara gətirib çıxara bilər: stressli mühit, inersiyalı davranış, emosional qərarlar, strateji hədəf və prioritetlərin davamlı dəyişilməsi, sistem daxilində mübarizə tendensiyalarının yaranması, ardı kəsilməyən problemlərin həlli üçün əlavə vəsaitinin ayrılması, iqtidar komanda daxilində əlavə “sığorta kartlarının” əldə olunması istəyi, total ehtiyatlılıq və qarşılıqlı şübhə mühiti, səhvlərin artması və s. Analoji tendensiyalar inkişaf edəndən sonra konkret dövlətin hakimiyyəti yaşanan çətinliklərinin çarəsini ölkənin xaricində axtarmağa başlayır və bununla da geosiyasi tələyə düşə bilir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev öz rəsmi çıxışlarında hər zaman Azərbaycanın müstəqil siyasət aparmaq bacarığını prinsipial olaraq dövlətin toxunulmaz strateji resursu kimi qeyd edir. Burada dövlətimizin başçısının 2020-ci il 10 mart tarixində keçirilmiş altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında səsləndirilmiş növbəti fikirlərini bir daha yada salaq: “Bizi istəməyə bilərlər məhz bu hərəkətlərimizə görə, bu müstəqil siyasətimizə görə”, “Biz Azərbaycan olaraq bu şər-böhtan kampaniyaları ilə çoxdan üz-üzəyik. Bunun əsas səbəbi bizim müstəqil siyasətimizdir, heç kimin qarşısında baş əyməməyimizdir.”, “Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın”.

Odur ki, bilavasitə milli maraqlar üzərində qurulmuş müstəqil siyasətinin məhdudlaşdırılmasına yönəlmiş bütün cəhdlərinin qarşısı sərt şəkildə alınmalıdır. “Demokratiya” adı altında təhlükəli manipulyasiyalarla məşğul olan qüvvələrin internet üzərində informasiya təxribatlarına göz yummaq olmaz. Müstəqil siyasəti müstəqilliyimiz qədər qorumalıyıq. Gələcək nəsillər qarşısında olan məsuliyyəti dərk edərək ərazimizin növbəti dəfə kimlərinsə nüfuz və təsir etmə uğrunda aparılan sərt geosiyasi mübarizənin meydançasına çevrilməsinə imkan verməməliyik.

Yeni dövr idarəetmə sistemlərindən yeni keyfiyyət və bacarıqları tələb edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə davamlı şəkildə aparılan sistemli islahatlar məhz dəyişən reallıqlara adekvat olan zəruri keyfiyyətlərin formalaşmasına yönəlib. Bəli, mövcud istiqamətdə atılan addımlar bəzən populyar olmaya bilər, ancaq onlar mütləq ki, gələcəyə yönəlmiş və milli siyasi sisteminin müqavimət potensialının artmasına xidmət edir. Beləliklə, məlumatlılıq idarəetmədə önəmli amil sayılsa da, müasir dövrün xüsusiyyətləri dövlət siyasətində “analitika” və “kreativliyi” önə çəkir”, - deyə Asif Adil bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Aprel 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri