Icma.az
close
up
RU
Menu

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

Qlobal memarlıq çağırışları Bakıda cavablandırılacaq

Qlobal memarlıq çağırışları Bakıda cavablandırılacaq

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Ümumdünya Şəhərsalma Forumu – 13

Bir neçə gündən sonra paytaxt Bakı dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edəcək. Bu forumun Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun göstəricisi və urbanizasiya sahəsində qazandığı uğurların beynəlxalq miqyasda tanınmasının daha bir sübutudur.

WUF 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dünyanın üzləşdiyi ən aktual problemlərdən olan sürətli urbanizasiya və onun şəhərlərə, iqtisadiyyatlara və iqlim dəyişikliyinə təsirini tənzimləmək məqsədilə təsis olunub. Forum ilk dəfə 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilib və sonrakı illərdə Braziliya, İspaniya, Çin, Kolumbiya, Malayziya və digər ölkələr ev sahibliyi edib. Bu təşəbbüs memarlıq və tikinti sahəsinə diqqətin artırılması ilə yanaşı, urbanizasiya proseslərinin müasir çağırışlara uyğun şəkildə tənzimlənməsi baxımından strateji əhəmiyyət daşıyır.

Eyni zamanda, bu ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi də ölkənin sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsidir. 2022-ci ildən etibarən Azərbaycanda Milli Şəhərsalma Forumunun keçirilməsinə başlanılıb və bu təşəbbüs də müasir şəhərsalma siyasətinin öyrənilməsi, yerli təcrübənin xarici mütəxəssislərlə bölüşdürülməsi baxımından ilkin zəmin rolunu oynayır.

Böyük şəhərsalma layihələri çərçivəsində müasir binalar, ofislər, parklar və piyada zonaları yaradılır, “ağıllı şəhər” prinsipləri tətbiq olunur, yaşıllıq və parkların əhatə dairəsi genişləndirilir. Bu layihələr, sözsüz ki, Bakının daha rahat yaşayış mühiti olan ekoloji şəhərə çevrilməsi məqsədini gücləndirir, müasir, funksional şəhərsalma sahəsində bir çox layihələrin həyata keçirilməsinə təkan verir. Paytaxtda bu istiqamətdə görülən işlər kifayət qədər genişdir və bir neçə əsas istiqaməti əhatə edir.

Professor, tanınmış memar Cahid Həsənov sözügedən mövzu ilə bağlı XQ-yə açıqlamasında bildirdi ki, Bakıda WUF13-ün keçirilməsi təsadüfi deyil və bu, Azərbaycanın urban inkişafda yeni mərhələyə keçidə hazır olduğunu göstərir. Müasir çağırışlar fonunda şəhərsalma və memarlıq sahəsində yanaşmalar köklü şəkildə dəyişir, xüsusilə iqlim dəyişiklikləri və urban sıxlıq kimi amillər yeni standartlar formalaşdırır. Həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi mühüm əhəmiyyət daşıyır. Bu, bir daha memarlıq baxımından yeni dövr üçün işlərin görülməsinə böyük töhfədir. Azərbaycan yeganə ölkədir ki, dünyanın memarlıq və şəhərsalma ilə üzləşdiyi qlobal problemin həlli istiqamətində müəyyən addımlar atır.

Cahid Həsənov daha sonra qeyd etdi ki, əvvəllər insanlar hansısa bir mənzərəli yerdə rahatlığı üçün bir ev tikirdi. Şübhəsiz ki, 10 milyondan çox insanın çayqırağı və yaxud dəniz qırağında məskunlaşması təbii ki, qeyri-mümkündür. Amma Azərbaycanda görülən işlər, bundan sonrakı dövr üçün biz memarlar yeni layihələndirmə işlərinə başlamışıq ki, hər bir Azərbaycan vətəndaşı yaşadığı ərazidə komfort həyat tərzi ilə üzləşsin. 10-20 il əvvəl, hətta Sovetlər Birliyi dövründə insanlar rayonlardan Bakıya gəlirdilər ki, yay günlərini park-bulvarda səmərəli keçirsinlər. Eləcə də paytaxt sakinləri asudə vaxtlarında dənizkənarı bulvara üz tuturdular. Sonralar gördük ki, artıq Bakının hər bir rayonunda, eləcə də regionlarda əlavə parklar yarandı. Yəni insanlar bir daha şəhər mərkəzinə uzun məsafə qət etməməklə öz rayon ərazilərində yaşıl parklarda, yaşıl şəhərdə dincəlib istirahət edirlər.

Azərbaycanda memarlar yeni dövr layihə işləyirlər ki, bu da binaların seyrək, MTK-lar tərəfindən tikililərin təbii işıqlandırılmasının təmini, havalandırma sisteminin yaxşı olmasıdır. Dövlət tikililəri ilə paralel özəl sektora da qaydalar tətbiq olunub ki, insan amili rahat yaşayış tərzinə dəlalət etsin.

Memarın fikrincə, daha bir uğurumuz Prezident İlham Əliyevin qətiyyəti ilə 20 faiz torpaqlarımızın 44 gün müddətində tam azad olunması idi. 30 illik işğal nəticəsində darmadağın olunmuş torpaqlarda şəhərsalma tam sıfırdan başlayıb: “Biz bunu neçə ildir görürük və bundan sonrakı dövrdə də bu, öz əksini tapacaq. Bir daha sübut edəcəyik ki, 5-10 il içində yeni şəhərlər necə salınır. Həmçinin bu ərazilərdə seyrangahlar, müxtəlif təyinatlı, statuslu parklar, xiyabanlar, yolkənarı yaşayış məskənlərində, məhəllələrdə, binaların da ərazisində yaşıllıq zolaqları salınır. Son illər xüsusilə azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri göstərir ki, dövlət şəhərsalmanı uzunmüddətli baxışla, müasir memarlıq yanaşmaları və milli kimlik arasında balans əsasında qurmaq niyyətindədir”.

Memar onu da vurğuladı ki, memarlıq və şəhərsalma ilə bağlı beynəlxalq forumun keçirilməsinin üstün cəhəti ondan ibarətdir ki, Azərbaycan bu işlərə tədbirdən qat-qat əvvəl başlayıb. Növbəti dövr üçün dünya memarları, ekoloqları, mühəndisləri Azərbaycan memarlığına körpü salınmasına böyük təkan verəcəklər. Bununla da WUF13 tədbirində yerli və xarici memarların birgə fəaliyyət dövrü başlayacaq. Söhbət onların bura gəlib hansısa görəcəkləri işlərdən getmir. C.Həsənovun sözlərinə görə, artıq bu mərhələdən sonra layihələrimizi qiymətləndirməklə bizi öz ölkələrinə dəvət edəcəklər ki, gəlin, o layihələrdən bizim ölkələrimizə də tətbiq edin. Əlaqələr, yeni layihələr bu müstəvidə onilliklərlə davam edəcək. Bu kontekstdə respublikamıza turist axınının sayı da çoxalacaq.

Sonda memar bildirdi ki, memarlıq və şəhərsalma insanların yaşayış tərzini quran bünövrədir. Bu tədbirdə əsas amillərdən biri də növbəti onilliklərdə əlaqələrin genişləndirilməsinə zəmin yaradılması olacaqdır.

Beləliklə, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması və WUF13 kimi mötəbər forumun Bakıda keçirilməsi Azərbaycanın bu sahədə apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Bu proseslər ölkəmizin şəhərsalma tarixində yeni səhifə açmaqla yanaşı, gələcək nəsillər üçün daha yaşanıqlı, müasir və milli dəyərlərə söykənən şəhər mühitinin formalaşmasına xidmət edəcək. Əsas hədəf yalnız müasir tikinti deyil, şəhər mühitinin funksionallığı, estetik görünüşü və ekoloji dayanıqlılığının təmin olunmasıdır.

Müşfiq MİRZƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 May 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see358

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see357

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see345

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see273

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see242

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see242

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see231

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see226

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see224

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see218

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see192

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see189

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see176

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see175

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see170

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see169

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see166

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see162

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see161

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri