Icma.az
close
up
RU
Qlobal müharibənin başlanma zamanı məlum oldu: Rusiya, Avropa Birliyi və NATO bu savaşa eyni vaxtda qərar verib

Qlobal müharibənin başlanma zamanı məlum oldu: Rusiya, Avropa Birliyi və NATO bu savaşa eyni vaxtda qərar verib

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Həm Rusiya, həm də NATO üzvü olan Avropa Birliyi ölkələri bir-birinə paralel olaraq, müharibəyə hazırlaşırlar... Deməli, belə bir dağıdıcı qlobal savaşın baş vermə ehtimalı indi əvvəlki dövrlərdən daha qaçılmaz xarakter daşıyır...

Dünyada qlobal xaosun ilkin əlamətləri açıq şəkildə müşahidə olunmağa başlayıb. Belə ki, yaxın gələcəkdə daha dağıdıcı və geniş areala yayıla biləcək savaş təhlükəsinin mövcud olduğu artıq qətiyyən şübhə doğurmur. Dünya dövlətləri arasında münasibətlər kəskin ziddiyyətlər və qarşıdurma mərhələsinə keçmiş kimi görünür. Hər halda, hazırda strateji müttəfiqlik və hərbi-siyasi düşmənçilik demək olar ki, formal xarakter daşıyır. Ənənəvi müttəfiqlərin potensial xarici düşmənə çevrilmə prosesi intensivlik qazanıb. Və bundan sonra belə qeyri-müəyyən situasiya bir çox regionlarda savaş ehtimalını daha aktual varianta çevirə bilər.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşının inkişaf istiqamətləri hazırda yeni qlobal müharibənin stimulverici faktoru kimi ön planda dayanır. Tramp adminstrasiyasının Ukrayna savaşını dayandırmaq vədləri boşa çıxır, bu istiqamətdə atılan bütün addımlar iflasa yaxınlaşır. İndiki mərhələdə dünya dövlətləri yaxın gələcəkdə savaşa məcbur qala biləcəkləri əsas düşmən ölkələri konkret olaraq, müəyyən etməyə çalışırlar. Və yaranmış vəziyyətə görə hər bir dövlətin istənilən ölkə ilə müharibə məcburiyyətində qala biləcəyi daha inandırıcı görünür.

Maraqlıdır ki, indi Avropa Birliyi ölkələri tezliklə Rusiyanın hərbi təcavüzünə məruz qalacaqlarına böyük ölçüdə əmin olduqlarını biruzə verirlər. Hətta "qoca qitə" ölkələrinin Rusiya ilə müharibə hazırlığına başladığı da inkaredilməz reallıqdır. Avropa Birliyi məkanının ən müasir hərbi texnika ilə silahlandırılmasına 800 milyard avro maliyyə vəsaiti ayrılıb. Üstəlik, bu məbləğ növbəti mərhələdə daha da artırıla bilər. Və belə nəhəng məbləğ silah şirkətlərini daha da şirnikləndirir.

Digər tərəfdən, Avropa Birliyinin savaşa hazırlıq üçün ayırdığı nəhəng məbləğ bu quruma daxil olan ölkələr üçün əlavə ziddiyyət qaynağına da çevrilməyə başlayıb. Belə ki, "qoca qitə" dövlətləri bu fantastik məbləği hansı ölkənin istehsalı olan ölkələrdən silah almağa yönəldəcəkləri ilə bağlı məsələdə anlaşa bilmirlər. Rəsmi Paris Avropa Birliyinin bu məbləğin Fransa hərbi-sənaye kompleksinin istehsalı olan silahların alınmasına xərclənməsində israr edir. Və Fransa silahlarının Avropa Birliyi ölkələrinin hərbi standart tələblərinə tam uyğun olmadığına görə bu məsələ ciddi ziddiyyətlər yaradır.

Eyni zamanda, Tramp adminstrasiyası da Avropa Birliyinin hərbi xərclər üçün ayırdığı məbləğə göz dikib. Belə ki, Ağ Ev Avropa Birliyinə birmənalı şəkildə yalnız ABŞ silahlarının alınmasını tələb edir. Üstəlik, Tramp adminstrasiyası Avropa Birliyinə təzyiq göstərir və Ağ Evin tələbi icra olunmayacağı təqdirdə, "qoca qitə" ölkələrini ağır iqtisadi-ticari sanksiyalarla hədələyir. Və belə anlaşılır ki, Rusiya ilə müharibəyə hazırlıq prosesi Avropa Birliyi üçün yeni, həm də çox qəliz problemlər vəd edir.

Ancaq bütün bunlara paralel olaraq, Avropa Birliyinin bəzi ölkələri, xüsusilə də, Almaniya Rusiya ilə savaşa hazırlıq üçün elə də çox vaxtın olmadığını qabardır. Almaniya başda olmaqla, həmin ölkələr yaxın 4-5 il ərzində Rusiyanın Avropa məkanına ağır hərbi zərbələr endirmək üçün bütün imkanlara malik olacağını vurğulayırlar. Ona görə də, tələsməyin vacib olduğunu israrla qabardırlar. Və gecikmə halında, bütün Avropanın 5-10 ildən sonra rus dilini öyrənmək məcburiyyətində qala biləcəyini iddia edirlər.

Göründüyü kimi, Avropa Birliyi üçün olduqca qəliz situasiya yaranıb. Rusiya ilə savaşa hazırlaşmalı olan "qoca qitə" ölkələri hələlik bu istiqamətdə irəliləyişə nail ola bilmirlər. Üstəlik, ABŞ-la kəskin ziddiyyətlər də dərinləşir, buna paralel olaraq, NATO-nun "təhlükəsizlik çətiri" də tədricən Avropa Birliyini qoruya bilməyəcək səviyyədə zəifləmə mərhələsinə keçməyə başlayıb. Və NATO-nun avanqard hərbi güc mərkəzi olan ABŞ Avropadakı hərbi kontingentini ixtisar etmək planlarını inkişaf etdirir.

Nəhayət, Avropa Birliyi üçün Rusiyadan da olduqca təhlükəli mesajlar verilir. Belə ki, Kremlə yaxın Rusiya siyasi dairələri Avropa Birliyi və NATO ilə yaxın gələcəkdə dağıdıcı müharibənin qaçılmaz olduğunu vurğulayırlar. Ona görə də, Kremlin yaxınlaşan qlobal müharibə ehtimalına maksimum səviyyədə hazırlaşmağın vacibliyini qabardırlar. Yəni, Ukrayna savaşının hələ də davam etdiyi bir şəraitdə Rusiya Avropa Birliyi və NATO ilə müharibə planları qurmağa başlayıb. Və bu, dünyanı uzunmüddətli silahlanma mərhələsinin gözlədiyini düşünməyə tamamilə əsas verir.

Təbii ki, belə vəziyyətdə dünyanın daha sabit mühitdə inkişaf imkanlarından danışmaq tamamilə yersizdir. Çünki həm Rusiya, həm də NATO üzvü olan Avropa Birliyi ölkələri bir-birinə paralel olaraq, müharibəyə hazırlaşırlar. Deməli, belə bir dağıdıcı qlobal savaşın baş vermə ehtimalı indi əvvəlki dövrlərdən daha realdır. Üstəlik, hər iki tərəf üçün ortaq xarakter daşıyan savaşa başlama zamanı da müəyyənləşmiş kimi görünür. Yəni, hər iki tərəf ən uzağı yaxın 5-10 il ərzində baş verə biləcək savaşa hazırlaşır. Və bu, o deməkdir ki, yaxın onillik bütün dünya üçün taleyüklü zaman intervalına çevrilə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 Aprel 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see183

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see154

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see154

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see127

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see127

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see125

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri