Icma.az
close
up
RU
Qlobal nizam sadəcə böyük və müstəmləkə təfəkkürünə malik dövlətlərdən asılı deyil

Qlobal nizam sadəcə böyük və müstəmləkə təfəkkürünə malik dövlətlərdən asılı deyil

Icma.az bildirir, Bizimyol portalına istinadən.

“Fransa və Yeni Kaledoniya liderləri 2025-ci ilin iyulunda ərazinin siyasi mövqeyini dəyişdirərək Fransanın tərkibində "Yeni Kaledoniya Dövləti" yaratmaq üçün önəmli razılaşma əldə etdilər. 2024-cü ildə on illik siyasi durğunluq və şiddətli iğtişaşlardan sonra müqavilə Kanak muxtariyyətini Fransanın suverenliyi ilə uzlaşdırmağa çalışır. Bu razılaşma ikili vətəndaşlıq modeli, seçki məhdudiyyətləri və xüsusilə nikel sektorunda iqtisadi bərpa öhdəliklərini təqdim edir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov danışıb. Deputat qeyd edib ki, saziş dərhal sabitliyi təmin etməyi vəd etsə də bir sıra məqamlar qaranlıq qalır: “Məsələn, regional güc, resurslara çıxış və kənar təsir kimi uzunmüddətli strateji məsələlər ətrafında qeyri-müəyyənlik hələ də davam edir. Fransanın Yeni Kaledoniyada strateji məqsədlərini regional mövcudluğu qorumaq, xüsusən nikel olmaqla kritik mineral ehtiyatlara nəzarət etmək və müstəmləkəçilikdən sonrakı reaksiya nəticəsində beynəlxalq reputasiyanın zədələnməsinin qarşısını almaq kimi üç başlıq altında qruplaşdıra bilərik. Fransa nikeldə maraqlıdır. Çünki bu resura tələbat onun Çinə qarşı geosiyasi mövqeyini artırır”.

Azər Badamov

Azər Badamov vurğulayıb ki, sazişin siyasi tərəfləri 2026-cı ildə keçiriləcək referendum, davam edən Fransa vətəndaşlığı ilə birlikdə, Yeni Kaledoniya vətəndaşlığının təqdim edilməsi və səsvermə hüququ üçün minimum 10 illik yaşayış tələbi daxildir.

“Müqavilənin əsas iqtisadi istiqaməti maraqlıdır ki, bu da yerli iş yerləri və Fransa sənaye strategiyası üçün həyati əhəmiyyət kəsb edən ərazinin nikel sənayesini canlandırmaqdır. Saziş bəzi ekspertlər tərəfindən müsbət şərh edilsə də, bir qrup siyasətçi prosesə hələ də skeptik yanaşır. Düşüncə budur ki, etnik gərginlik, xarici müdaxilə və müstəqillik istəkləri sazişin uzunmüddətli uğurunu təhdid edir. İnsan tələfatına, ÜDM-in təxminən 10%-nə bərabər olan 2 milyard avroluq iqtisadi ziyana səbəb olan iğtişaşlar maddi və mənəvi baxımından bərpası çətin məsələ kimi görünür”-deyən deputat əlavə edib ki, Fransa Yeni Kaledoniya üzərində suverenliyini qoruyur.

“Bu, Kanak qruplarını sakitləşdirmək üçün simvolik addımlar olsa da, kanakları tam qane etməsə də hər bir halda təklif edilən muxtariyyəti irəliyə doğru atılan addım kimi qəbul edə bilərik. Davamı qətiyyətdən asılıdır. Bu baxımdan hər bir halda Sazişin olması müsbətdir. Bu, siyasi dialoqa və millətlərarası əməkdaşlığa gətirib çıxarır”-deyə Azər Badamov bildirib.

Azərbaycanın bu və buna bənzər məsələlərdə rolu ilə bağlı deputat qeyd edib ki, əldə etdiyimiz Şanlı Zəfər beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasından əziyyət çəkən dövlətlər və xalqlar üçün uğurlu bir nümunə oldu.

“Dövlət başçımız öz çıxışlarında dəfələrlə bəyan etdi ki, haqqı ayaqlanmış xalqların səsi olacağıq. Azərbaycan dövləti məcbur edir ki, Fransanın Azərbaycana qarşı sərgilədiyi subyektiv yanaşma onun öz subyektiv və haqsız siyasətinə güzgü tutsun. Beynəlxalq düzən artıq dəyişir. Qlobal nizam artıq sadəcə böyük və müstəmləkə təfəkkürünə malik dövlətlərdən asılı deyil”-deyə Azər Badamov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 16 İyul 2025 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri