Icma.az
close
up
RU
Qlobal nizam dağılır: Böyük güclərin hegemonluq savaşı

Qlobal nizam dağılır: Böyük güclərin hegemonluq savaşı

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Bu gün dünyanın siyasi xəritəsinin əsaslı şəkildə deformasiyaya uğradığını müşahidə edirik. Köhnə düzən pozulmaqda, qloballaşma isə böhranlara səbəb olmaqdadır. Geosiyasi qarşıdurmalar, iqtisadi maraqlar uğrunda rəqabət, regional münaqişələrin genişlənməsi və böyük dövlətlərin hegemonluq cəhdləri mövcud beynəlxalq sistemi daha da zəiflədib. Bu proseslər həm qlobal təhlükəsizliyi, həm də regional sabitliyi ciddi təhdid altında saxlayır. Geosiyasi qarşıdurmalar və böyük dövlətlərin hegemonluq mübarizəsi  dünya üçün hansı təhlükələr yaradır?

Moderator.az-a danışan hüquqşünas Əli Qədimov deyib ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış qaydalara əsaslanan beynəlxalq nizam – BMT, Bretton Woods maliyyə institutları və çoxtərəfli ticarət sistemi – uzun müddət qlobal sabitlik və inkişafın əsas dayaqları kimi çıxış etmişdir. O qeyd edib ki,  lakin XXI əsrin üçüncü onilliyində bu sistem ciddi təzyiqlərlə üzləşir: geosiyasi gərginliklər, milli maraqların üstün tutulması və beynəlxalq hüququn selektiv tətbiqi mövcud nizamın dayanıqlığını zəiflədir:

“Avropa İttifaqının 2025-ci il Strateji Hesabatı ("Strategic Foresight Report 2025")  bu tənəzzülü açıq şəkildə qəbul edir. Hesabat üç əsas mesaj verir: birincisi, təhlükəsizlik və hibrid təhdidlərin yeni arxitekturası; ikincisi, qaydalar əsasında nizamın sistematik eroziyası; üçüncüsü, Aİ-nin texnologiya, enerji və xammal sahəsindəki strateji asılılıqlarının artması. Hesabatda “hər şey silaha çevrilə bilər” ifadəsi vurğulanaraq dezinformasiya, kiberhücumlar və enerji təzyiqlərinin klassik müharibə-sülh çərçivəsini aşdığı göstərilir

Nizamın zəifləməsinin əsas səbəbləri sırasında Rusiyanın Ukraynaya qarşı təcavüzü, ABŞ-Çin rəqabəti, multipolyarlığın yüksəlişi və beynəlxalq hüququn seçici tətbiqi qeyd olunur. Rusiya-Ukrayna müharibəsi Avropa Şurası tərəfindən qaydalar əsasında nizamın ən frontal pozuntusu kimi dəyərləndirilir. ABŞ-ın təcridçi siyasətləri, Çinin Tayvan və Cənubi Çin dənizindəki mövqeləri də mövcud sistemi daha da gərginləşdirir. Bununla yanaşı, BRICS və digər alternativ platformalar Qlobal Cənubun beynəlxalq arenada daha iddialı rol almasına səbəb olur.

Hüquqşünas əlavə edib ki,  beynəlxalq hüququn tətbiqindəki qeyri-ardıcıllıq da böhranı dərinləşdirir:

 “Məsələn, Ukrayna ilə bağlı prinsipial mövqeyin digər regional münaqişələrdə tətbiq edilməməsi Qlobal Cənubda ciddi etimadsızlıq yaradır. Bu, qaydalara əsaslanan nizamın universal ədalət iddiasını sarsıdır. Avropa İttifaqı qarşısında strateji dilemma yaranır: bir tərəfdən demokratiya və hüququn aliliyi kimi universal dəyərləri müdafiə etmək, digər tərəfdən isə təhlükəsizlik və iqtisadi maraqları önə çəkmək. Aİ müdafiə xərclərini artırır, strateji avtonomiyaya can atır, lakin seçici tətbiqləri və ikili standartları səbəbilə reputasiya riskləri ilə üzləşir. Hesabat açıq şəkildə bildirir ki, əvvəlki status-kvoya geri dönüş qeyri-mümkündür və Aİ yalnız daha çevik, inklüziv və proaktiv siyasətlə sabitliyini qoruyub saxlaya bilər. Bu, təkcə Avropaya deyil, bütün beynəlxalq ictimaiyyətə ciddi xəbərdarlıqdır. Tənəzzülün səbəbləri geosiyasi rəqabət, çoxqütblülük, ABŞ-ın təcridçi siyasətləri, regional müharibələr və beynəlxalq hüququn selektiv tətbiqindən qaynaqlanır”.

Sonda müsahibimiz bildirib ki, qaydalar əsasında beynəlxalq nizam tamamilə məhv olmaq üzrə deyil, lakin ciddi transformasiya tələb edir.:

“Avropa İttifaqının hesabatları və liderlərinin bəyanatları təhlükələrin reallığını qəbul edir və Aİ-ni daha çevik, proaktiv və inklüziv strategiyalar qurmağa çağırır. Qlobal miqyasda isə islahatın taleyi yalnız Avropanın deyil, həm də ABŞ, Çin, Rusiya və Qlobal Cənubun iradəsinə bağlı olacaq”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Sentyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri