Qlobal Qətiyyət Donanmasına yüksək riskli bölgəyə daxil olmayın çağırışı edildi
Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.
İspaniyanın sol azlıqlı koalisiya hökuməti, humanitar yardım dəhlizi açmaq və İsrailin mühasirəsini yarmaq məqsədilə dəniz yolu ilə Qəzzaya doğru irəliləyən Qlobal Qətiyyət Donanmasına yüksək riskli bölgəyə daxil olmamaq çağırışı edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Hökumət, İsrail hərbçilərinin mümkün müdaxiləsinə qarşı donanmaya "yüksək riskli bölgə" kimi tanınan dəniz sərhədinə daxil olmamağı tövsiyə edib.
"Hökumət mövcud şəraitdə donanmanın qadağan olunmuş bölgəyə girməməsini qətiyyətlə tövsiyə edir, çünki bu addım öz təhlükəsizliyini ciddi şəkildə riskə atacaq. Donanmanın missiyası təqdirəlayiq və legitimdir, lakin üzvlərinin həyatı hər şeydən önəmlidir", - Baş Nazirlik mənbələrindən bildirib.
Həmin mənbələr həmçinin əlavə ediblər ki, İspaniyanın bölgəyə göndərdiyi hərbi gəmi zərurət yarandıqda xilasetmə əməliyyatları aparmaq üçün əməliyyat məsafəsindədir, lakin heyətinin və donanmanın fiziki təhlükəsizliyini riskə atacağı üçün İsrail ordusu tərəfindən təyin olunan qadağan olunmuş əraziyə daxil ola bilməz.
Təxminən 40 gəmidən ibarət olan Qlobal Qətiyyət Donanması Qəzzaya 120 dəniz mili məsafədə olduğunu açıqlayıb və yoluna davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 01 Oktyabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















