Icma.az
close
up
RU
Qlobal Sivilizasiya Təşəbbüsü dialoq və mübadilənin təşviqi

Qlobal Sivilizasiya Təşəbbüsü dialoq və mübadilənin təşviqi

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Lu Mey

Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri

Bu il 10 iyun tarixində ikinci dəfə Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü qeyd edilir. Bu xüsusi günü azərbaycanlı dostlarımla birgə keçirməkdən məmnunam.

2023-cü ilin mart ayında Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin təntənəli şəkildə Qlobal Sivilizasiya Təşəbbüsünü irəli sürdü və müxtəlif sivilizasiyalar arasında harmonik birgəyaşayış, qarşılıqlı zənginləşmə yolunu müəyyənləşdirdi. Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik və Qlobal İdarəetmə təşəbbüsləri ilə birlikdə bu, “Dörd Qlobal Təşəbbüs” konsepsiyasının tərkib hissəsidir və Çinin yeni dövrdə beynəlxalq ictimaiyyətə təqdim etdiyi mühüm töhfədir.  

2024-cü il iyun ayında BMT Baş Assambleyasının 78-ci sessiyasında Çinin təklif etdiyi, Azərbaycan da daxil olmaqla, BMT-yə üzv bütün dövlətlərin yekdil dəstəyini qazanan Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününün təsis edilməsi ilə bağlı qətnamə qəbul edildi. 2025-ci ildə Çin BMT də daxil olmaqla, beynəlxalq təşkilatlar, Azərbaycan və digər ölkələrlə birlikdə ilk Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününü qeyd etmək üçün müxtəlif tematik tədbirlər keçirdi və bunlar müsbət nəticələr verdi. Bu, sivilizasiyalararası dialoqun xalqların iradəsi və zamanın qaçılmaz bir tendensiyası olduğunu tam əks etdirir. Çin bundan sonra da beynəlxalq ictimaiyyətlə birgə Qlobal Sivilizasiya Təşəbbüsünün həyata keçirilməsi üçün fəaliyyət göstərəcək, Sivilizasiyalararası Dialoqun Beynəlxalq Günü kimi mühüm platformadan istifadə edərək dialoq vasitəsilə qarşılıqlı anlaşma və etimadı möhkəmləndirəcək, fikir mübadiləsi yolu ilə həmrəyliyi və ortaq mövqelərin formalaşmasını təşviq edəcək, bəşəriyyət üçün ortaq gələcəyi olan bir icma qurmaq üçün humanitar təməli davamlı olaraq gücləndirəcək.

Biz qarşılıqlı hörmət prinsipinə sadiq qalmalı və müxtəlif sivilizasiyaların harmonik birgəyaşayışını təşviq etməliyik. Bərabərlik, qarşılıqlı zənginləşmə, dialoq və inklüzivliyə əsaslanan sivilizasiya konsepsiyasına riayət etmək, “sivilizasiyaların üstünlüyü” və “sivilizasiyaların toqquşması” kimi dar nəzəriyyələri aradan qaldırmaq lazımdır. Müxtəlif sivilizasiyaların harmonik birgəyaşayışına və qarşılıqlı zənginləşməsinə çalışmaq, hər bir mədəniyyətin çiçəkləndiyi və bir-birini zənginləşdirdiyi ümumbəşəri sivilizasiyalar “bağçası”nın yaradılmasını təşviq etməliyik.

Biz insanı mərkəzə qoymalı və sivilizasiyalar arasında mübadilə, qarşılıqlı əlaqələrin əsaslarını daha da möhkəmləndirməliyik.

Bütün ölkələrin xalqları arasında qarşılıqlı anlaşmanın və yaxınlaşmanın təşviq edilməsi, sivilizasiya mübadiləsinin və qarşılıqlı zənginləşmənin nəticələrinin insanlar arasında daha geniş və birbaşa yayılmasının təmin edilməsi zəruridir. Çin yüksək səviyyəli açıqlıq siyasətinə sadiq qalır, vizasız rejim kimi davamlı olaraq asanlaşdırıcı tədbirlər tətbiq edir və praktiki fəaliyyətlərlə sivilizasiyalararası dialoq və mübadilənin inkişafına töhfə verir.

Çin, həmçinin digər ölkələrlə sivilizasiyalararası dialoqu gücləndirməyə, dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsini dərinləşdirməyə, müasir dövrün ümumi çağırışlarını birgə həll etməyə və qlobal modernləşmə yolunu genişləndirməyə hazırdır.

Biz davamlılığa və innovasiyaya sadiq qalmalı, sivilizasiyaların tərəqqisinin hərəkətverici qüvvəsini gücləndirməliyik.

Mədəni irsin qorunub saxlanılması və ötürülməsi təmin edilməli, ona innovativ təcrübə vasitəsilə yeni və müasir məzmun vermək lazımdır. Texnologiyanın üstünlüklərindən tam şəkildə istifadə edilməli, sivilizasiyalar arasında mübadilə, qarşılıqlı zənginləşmə, varislik və innovasiyaya dəstək göstərilməli, bəşər sivilizasiyasının ümumi inkişafı və rifahı təşviq olunmalıdır.

Biz mübadilə və qarşılıqlı zənginləşmə prinsipinə sadiq qalmalı, sivilizasiyalararası dialoq mexanizmlərini təkmilləşdirməliyik. Sivilizasiyalararası dialoq üzrə qlobal tərəfdaş şəbəkəsini fəal şəkildə genişləndirməli, Sivilizasiyalararası Dialoqun Beynəlxalq Gününün qeyd olunmasını ideoloji qərəzlərdən azad ünsiyyət platforması yaratmaq üçün bir fürsət kimi dəyərləndirməliyik.

Çin BMT-nin sivilizasiyalararası dialoqda mühüm rolunu dəstəkləyir, BMT Sivilizasiyalar Alyansı, UNESCO və Qədim Sivilizasiyalar Forumu kimi platformalardan daha səmərəli istifadə olunmasının tərəfdarıdır və sivilizasiyalararası dialoqla məşğul olan BMT qurumlarına maliyyə dəstəyini davam etdirməyə hazırdır.

Çin və Azərbaycan qədim tarixə və zəngin sivilizasiyaya malik ölkələrdir, münasibətlərimiz dərin tarixi köklərə əsaslanır. 2000 ildən çox əvvəl, Böyük İpək Yolu üzərində dəvə karvanlarının səsləri altında iki xalq arasında sivilizasiya mübadiləsi və qarşılıqlı öyrənmə prosesi başlayıb. "Sonrakı Han Tarixi"nin "Qərb diyarı" bölməsində qeyd olunur ki, eramızın 97-ci ilində Şərqi Han komandiri Ban Çao Xəzər dənizi bölgəsində bir missiyaya rəhbərlik edib və tabeliyindəki Qan İni oradan Avropaya göndərib. Beləliklə, Xəzər dənizi bölgəsi qədim İpək Yolunun ayrılmaz hissəsinə çevrilib. Orta əsrlərdə isə Azərbaycan şairi Nizami Gəncəvi “Yeddi gözəl” poemasında müdrik, cəsur və ağıllı bir Çin şahzadəsi obrazı yaradaraq Şərq sivilizasiyasının parlaq simvolunu təqdim edib.

Son illərdə Çin Sədri Si Cinpin və Prezident İlham Əliyevin strateji rəhbərliyi altında Çin-Azərbaycan münasibətləri hərtərəfli inkişaf edərək, tarixin ən yüksək səviyyəsinə - hərtərəfli strateji tərəfdaşlığa çataraq iki ölkə arasında münasibətlər və əməkdaşlıq tarixində yeni bir səhifə açıb. Hazırda Çin və Azərbaycan arasında yüksək səviyyəli təmaslar getdikcə daha da intensivləşir, siyasi etimad daim möhkəmlənir, “Bir kəmər, bir yol” çərçivəsində əməkdaşlıq bəhrəsini verir, ikitərəfli ticarət dövriyyəsi ardıcıl olaraq yeni rekordlar əldə edir. Xalqlarımız bir-birinin mədəniyyətini öyrənməyə getdikcə daha çox maraq göstərir, Azərbaycanda Çin dilinə və Çinə olan maraq artır, eyni zamanda Azərbaycan getdikcə daha çox çinli turistləri cəlb edir. Bu, iki ölkə xalqları arasında əlaqənin getdikcə daha da gücləndiyini göstərir.

Hər iki ölkənin mədəniyyəti Böyük İpək Yolu ilə dərindən bağlıdır. Hər iki ölkənin xalqlarının yazın gəlişini qeyd etmək ənənəsi, oxşar kulinariya mədəniyyətləri var və çay içmək hissləri bölüşmək üçün vacib bir ritual hesab olunur. Mədəniyyət və ənənələrdəki bu oxşarlıqlar iki xalqın ortaq dəyərlərini – həyata sevgi, təbiətə hörmət, əməksevərlik və ailəyə qayğıkeş münasibəti əks etdirir. Bu, dağlar və dənizlərlə ayrılmış iki ölkənin xalqları arasında ruhun birliyinin parlaq nümunəsidir və qədim "müxtəliflikdə harmoniya" müdrikliyinin müasir təfsiridir.

Çin Azərbaycanla birgə Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününün qeyd edilməsini Qlobal Sivilizasiya Təşəbbüsünü həyata keçirmək, sivilizasiyaların birliyinin pozulmasını praktiki addımlarla aradan qaldırmaq, ziddiyyətləri qarşılıqlı zənginləşmə yolu ilə həll etmək, birgəyaşayış vasitəsilə üstünlük iddialarını rədd etmək, Çin və Azərbaycan arasında əbədi dostluğun yeni səhifəsini yazmaq və bəşəriyyət üçün ortaq gələcəyi olan icmanı birgə qurmaq üçün bir imkan kimi istifadə etməyə, Azərbaycanla səylərini birləşdirməyə hazırdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://525.az
archiveBu xəbər 10 İyun 2026 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri