Icma.az
close
up
RU
Qlobal idarəçilik təşəbbüsü və ədalətli sistemin qurulması

Qlobal idarəçilik təşəbbüsü və ədalətli sistemin qurulması

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Lyu MEY,
Çinin Azərbaycandakı səfiri

Cari ilin sentyabr ayının 1-də Çinin Tiencin şəhərində keçirilmiş “Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Plus” iclasında Çin Xalq Respublikasının Sədri Si Cinpin mühüm nitqlə çıxış edərək Qlobal İdarəçilik Təşəbbüsünü irəli sürdü. Qlobal İnkişaf Təşəbbüsü, Qlobal Təhlükəsizlik Təşəbbüsü və Qlobal Sivilizasiya Təşəbbüsündən sonra bu, Çinin beynəlxalq ictimaiyyətə verdiyi daha bir mühüm töhfədir. Bu təşəbbüs qlobal idarəçilik sistemində islahatların aparılması və təkmilləşdirilməsi üçün düzgün istiqaməti və praktik yolu müəyyənləşdirir, daha ədalətli və bərabər qlobal idarəçilik sisteminin qurulmasına güclü təkan verir və bəşəriyyətin ortaq gələcəyinin qurulmasına birgə irəliləyişə nail olunmasını təşviq edir.

Hazırda dünya son yüz ildə görünməmiş dərin dəyişikliklər yaşayır, qlobal dinamikaları yenidən formalaşdıran sürətli proseslər baş verir. Regional qeyri-sabitliklərin artması, iqtisadi artımın ləngiməsi, qlobalizasiyaya qarşı meyillərin güclənməsi, qaydaların və hüququn aliliyinin zəifləməsi müşahidə olunur. Bu problemlər qlobal idarəçilikdə yaranmış boşluqları daha da dərinləşdirib. Məhz belə bir şəraitdə Sədr Si Cinpin dövrümüzün ən mühüm sualına cavab vermək üçün Qlobal İdarəçilik Təşəbbüsünü irəli sürüb: necə bir qlobal idarəçilik sistemi qurulmalı və qlobal idarəçilikdə necə islahatlar aparılmalı, necə təkmilləşdirilməlidir? BMT Nizamnaməsinin məqsəd və prinsipləri əsasında geniş məsləhətləşməni, birgə töhfəni və ümumi faydanı önə çəkən idarəçilik fəlsəfəsinə sadiq qalmaqla, təşəbbüs daha ədalətli və bərabər qlobal idarəçilik çərçivəsinin inkişafını təşviq etməyi və bəşəriyyətin ortaq gələcəyi uğrunda kollektiv fəaliyyəti gücləndirməyi hədəfləyir.

Qlobal İdarəçilik Təşəbbüsünün əsas prinsipləri

Birincisi, suveren bərabərliyin qorunmasi. Bu, qlobal idarəçiliyin fundamental ilkin şərtidir. Suveren bərabərlik dövlətlərarası münasibətləri tənzimləyən ən mühüm norma və Birləşmiş Millətlər Təşkilatının, eləcə də bütün beynəlxalq institut və təşkilatların riayət etdiyi əsas prinsipdir. Suveren bərabərliyin mahiyyəti bütün ölkələrin ölçüsündən, gücündən və ya zənginliyindən asılı olmayaraq onların suverenliyinə və ləyaqətinə hörmət edilməsindədir. Onların daxili işlərinə qarışılmır, hər bir ölkə öz ictimai sistemini və inkişaf yolunu müstəqil seçmək hüququna malikdir. Bundan əlavə, onlar qlobal idarəçilik prosesində bərabər iştirak, qərarvermə və faydalanma hüququna sahibdir. Beynəlxalq münasibətlərin demokratikləşdirilməsini irəli aparmaq, qlobal idarəçilik sisteminin əksər ölkələrin maraqlarını və arzularını əks etdirməsinə çalışmaq, inkişaf etməkdə olan ölkələrin təmsilçiliyini və səsini gücləndirmək olduqca vacibdir.

İkincisi, beynəlxalq hüququn aliliyinə sadiqlik. Bu, qlobal idarəçiliyin əsas təminatıdır. BMT Nizamnaməsinin məqsəd və prinsipləri beynəlxalq münasibətləri tənzimləyən baza normaları kimi ümumən tanınır və qətiyyətlə qorunmalıdır. Yeni yaranan sahələrdə beynəlxalq qaydalar geniş konsensus əsasında müəyyənləşdirilməlidir. Beynəlxalq hüquq və qaydaların vahid və bərabər tətbiqinə nail olmaq, ikili standartlara və ya başqalarına zorla tətbiq edilməsinə yol verməmək mühümdür. Beynəlxalq hüququn nüfuzu və ciddiliyi təmin olunmalı, beynəlxalq hüququn aliliyinin müdafiəsi və təşviqində liderlik nümayiş etdirilməlidir.

Üçüncüsü, çoxtərəfli əməkdaşlığa sadiqlik. Bu, qlobal idarəçiliyin əsas yoludur. Mövcud beynəlxalq sistemin və nizamın mərkəzi konsepsiyası çoxtərəfli əməkdaşlığa əsaslanır. Geniş məsləhətləşmə, birgə töhfə və ümumi fayda prinsipi qorunmalıdır: qlobal məsələlər kollektiv müzakirə edilməli, idarəçilik sistemi birgə qurulmalı və idarəçiliyin nəticələrindən bütün ölkələr faydalanmalıdır. Təktərəfli yanaşma rədd edilməlidir. Birləşmiş Millətlər Təşkilatı çoxtərəfli əməkdaşlığın həyata keçirilməsi və qlobal idarəçiliyin irəlilədilməsi üçün əsas platformadır və onun rolu yalnız gücləndirilə bilər, zəiflədilə bilməz. Digər qlobal və regional çoxtərəfli mexanizmlər də öz üstünlüklərindən istifadə etməli, konstruktiv rol oynamalı və ayrı-seçkilik yaradan və ya istisnaedici formatlardan çəkinməlidir.

Dördüncüsü, insan mərkəzli yanaşmanın üstün tutulması. Bu, qlobal idarəçiliyin dəyər istiqamətidir. Bütün ölkələrin xalqları qlobal idarəçiliyin əsas iştirakçıları və faydalanan tərəfləridir. Yalnız insanların qazanclarına diqqət yetirməklə və onlara ardıcıl şəkildə inam və sabit gözləntilər təmin etməklə qlobal idarəçilik sistemi geniş dəstək qazana və səmərəli fəaliyyət göstərə bilər. Qlobal idarəçilikdə islahatların aparılması və təkmilləşdirilməsi vasitəsilə bütün ölkələrin xalqlarına ortaq inkişafın təşviqi ilə daha böyük qazanclar, bəşəriyyətin üzləşdiyi ortaq problemlərin daha yaxşı həlli ilə daha güclü təhlükəsizlik hissi və bütün ölkələrin və qrupların ortaq maraqlarının daha səmərəli təmin olunması ilə daha böyük xoşbəxtlik hissi bəxş edilə bilər.

Beşincisi, əməli nəticələrin təmin edilməsi. Bu, qlobal idarəçiliyin mühüm prinsipidir. Qlobal idarəçiliyin səmərəliliyi onun real problemləri həll etmək qabiliyyətindən asılıdır. Qlobal idarəçilik gündəliyinin müxtəlif məsələləri sıx qarşılıqlı bağlıdır və gücləndirilmiş koordinasiya, sistemli planlaşdırma və inteqrasiyalı irəliləyiş tələb edir. Həll yolları davamlılıq naminə həm simptomları, həm də əsas səbəbləri aradan qaldırmalıdır. Səylər yalnız təcili problemlərə deyil, həm də uzunmüddətli çağırışlara yönəldilməlidir. İnkişaf etmiş ölkələr daha çox resurs və ictimai nemət təqdim etməklə öz məsuliyyətlərini yerinə yetirməlidirlər. İnkişaf etməkdə olan ölkələr isə həmrəyliyi və öz gücünə arxalanmağı gücləndirməli və lazımi töhfələr verməlidirlər.

Qlobal İdarəçilik Təşəbbüsünün bu beş əsas prinsipi BMT Nizamnaməsinin məqsəd və prinsipləri ilə uzlaşır və ölkələrin böyük əksəriyyətinin ortaq arzuları ilə səsləşir. Qlobal idarəçilikdə islahatların aparılması və təkmilləşdirilməsi mövcud beynəlxalq nizamı devirmək və ya mövcud beynəlxalq sistemdən kənarda yenidən başlamaq demək deyil. Əksinə, məqsəd mövcud beynəlxalq sistem və mexanizmlərin icra qabiliyyətini və effektivliyini artırmaq, onları dəyişən şəraitə daha uyğun, müxtəlif qlobal çağırışlara vaxtında və səmərəli cavab verən və bütün ölkələrin, xüsusən də inkişaf etməkdə olanların maraqlarına daha yaxşı xidmət edən hala gətirməkdir.

Bəşəriyyətin ortaq gələcəyi cəmiyyətinin qurulması və “Bir kəmər, bir yol” təşəbbüsünün irəli sürülməsindən tutmuş dörd Qlobal Təşəbbüsün təqdim olunmasınadək, Sədr Si Cinpin bəşəriyyətin tərəqqisi naminə məsuliyyətli mövqe sərgiləmiş, dünyanın ümumi xeyrinə çalışmaq əzmini ardıcıl nümayiş etdirmiş və qlobal sülhü və inkişafı qorumaqda qətiyyət göstərmişdir. Qlobal İnkişaf Təşəbbüsü beynəlxalq inkişaf əməkdaşlığının təşviqinə yönəlir; Qlobal Təhlükəsizlik Təşəbbüsü beynəlxalq mübahisələrin dialoq və məsləhətləşmə yolu ilə həllini önə çəkir; Qlobal Sivilizasiya Təşəbbüsü mədəniyyətlərarası mübadilə və qarşılıqlı öyrənməni asanlaşdırmağa həsr olunur; Qlobal İdarəçilik Təşəbbüsü isə qlobal idarəçilik mexanizmləri və sistemlərində islahatların aparılması üçün istiqaməti, prinsipləri və yolları müəyyənləşdirir. Fokusları fərqli olsa da, bir-birini tamamlayan bu dörd Qlobal Təşəbbüs dəyişiklik və çalxalanmalar içində olan dünyaya daha çox müsbət enerji gətirəcək və insan inkişafı ilə tərəqqisinə daha güclü təkan verəcək.

Qlobal İdarəçilik Təşəbbüsü dünya xalqlarının ortaq arzularına cavab verir və müasir beynəlxalq ictimaiyyətin təcili ehtiyaclarını qarşılamağı hədəfləyir. Təklif olunduğu vaxtdan etibarən müxtəlif ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri tərəfindən rəğbətlə qarşılanmış və dəstəklənmişdir. ŞƏT Plus iclasındakı çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyib. Azərbaycan, həmçinin, Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəçilik Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin təkmilləşdirilməsinə yönəlmiş mühüm və vaxtında atılmış addım kimi alqışlayır.

Beynəlxalq mənzərənin necə dəyişməsindən asılı olmayaraq, Çin Birləşmiş Millətlər Təşkilatının mərkəzi rol oynadığı beynəlxalq sistemi və beynəlxalq hüquqa əsaslanan beynəlxalq nizamı qətiyyətlə müdafiə edəcək, tarixin düzgün tərəfində möhkəm dayanacaq, dünyanın bütün tərəqqipərvər qüvvələri ilə çiyin-çiyinə irəliləyəcək, bəşəriyyətin ortaq gələcəyi birliyinin qurulmasını davamlı şəkildə təşviq edəcək, sülh və inkişaf kimi uca amallar uğrunda yorulmadan çalışacaq. Həm Çin, həm də Azərbaycan Qlobal Cənubun üzvləri olaraq qlobal idarəçilikdə islahatların aparılması və təkmilləşdirilməsində təməl qüvvələr kimi çıxış edirlər. Çin Qlobal Cənuba daxil olan ölkələrlə, o cümlədən Azərbaycanla birgə əməkdaşlıq üçün nümunəvi təcrübə yaratmağa, Qlobal İdarəçilik Təşəbbüsünü irəli aparmaqda birgə səylər göstərməyə, daha ədalətli və bərabər qlobal idarəçilik sistemi formalaşdırmağa və bəşəriyyətin ortaq gələcəyi birliyinə doğru birgə irəliləməyə hazırdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri