Icma.az
close
up
RU
Bakıda həmkarlarını təhqir edən müəllimə ŞİDDƏTLİ TÖHMƏT verildi

Bakıda həmkarlarını təhqir edən müəllimə ŞİDDƏTLİ TÖHMƏT verildi

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

216 nömrəli tam orta ümumtəhsil məktəbin ingilis dili müəlliminə şiddətli töhmət verilib.

Modern.az-ın məlumatına görə, sözügedən məktəblə bağlı yayılan görüntülərlə əlaqədar təhsil müəssisəsindən bildirilib ki, ingilis dili müəlliminin (müvafiq səbəbdən adı qeyd olunmur) davranışları ilə bağlı bir qrup valideyn və müəllimlər tərəfindən dəfələrlə rəhbərliyə şikayət olunub.

Məlumatda qeyd olunub ki, nəticədə ingilis dili müəlliminə "Təhsilverənlərin etik davranış Qaydaları"nı pozduğuna, vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib:

"Noyabrın 4-də məktəbin direktor əvəzi, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı, məktəb Həmkarlar Komitəsinin sədri ingilis dili müəllimi ilə söhbət aparıb. Söhbət zamanı müəllim məktəbin kollektiv üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədib, müəllimlərin nüfuzuna xələl gətirəcək fikirlər səsləndirib, "Təhsilverənlərin etik davranış Qaydaları"na uyğun olmayan hərəkətlər sərgiləyib. Otaqda nalayiq hərəkətlər etməsinə baxmayaraq, məktəb rəhbərliyi onun ifrat emosional vəziyyətini və halının pisləşdiyini nəzərə alaraq təcili tibbi yardım çağırıb".

Məlumatda vurğulanıb ki, həmin gün müəllimlər otağında məktəb rəhbərliyi tərəfindən bir neçə müəllimin iştirakı ilə söhbət aparılıb:

"Bu zaman ingilis dili müəllimi yenidən yüksək səslə müəllim adına uyğun olmayan fikirlər səsləndirib, emosional davranışlar nümayiş etdirib.

Qeyd olunan müəllimin şagirdlərin qarşısında da davam etdirilən uyğunsuz davranışları tədris prosesinin pozulmasına, müəllim nüfuzuna, məktəb mühitinə və uşaq hüquqlarına zidd hesab olunur.

İngilis dili müəlliminin davamlı xarakter almış bu kimi davranışları ilə bağlı pedaqoji kollektivin üzvləri aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edəcəklər". (Mənbə: oxu.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Noyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri