Icma.az
close
up
RU
Azərbaycanın sülh doktrinası və qlobal təhlükəsizlikdə Bakı dialoqu

Azərbaycanın sülh doktrinası və qlobal təhlükəsizlikdə Bakı dialoqu

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müasir beynəlxalq münasibətlər sisteminin köklü və kəskin transformasiyaya uğradığı, qlobal qütbləşmənin dərinləşdiyi bir dövrdə Azərbaycan artıq sadəcə regional oyunçu deyil, həm də mühüm intellektual mərkəz və strateji dialoq platforması kimi çıxış edir. 12 mart 2026-cı il tarixində paytaxt Bakıda öz işinə başlayan “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusundakı XIII Qlobal Bakı Forumu bu missiyanın növbəti bariz təzahürüdür. Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin proqram xarakterli geniş nitqi həm regionun gələcəyi, həm də qlobal təhlükəsizlik arxitekturası ilə bağlı mühüm yol xəritəsini cızmış oldu. Dövlət başçısı öz çıxışında regional təhlükəsizliyin Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olduğunu xüsusi vurğuladı. Sabitlik olmadan heç bir tərəqqinin mümkün olmadığını qeyd edən Prezident bildirdi ki, Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi kəsişmədə yerləşən Azərbaycan üçün təhlükəsizlik həm də dövlətin varlığı və inkişafının təməl şərtidir. Azərbaycanın hərbi və siyasi gücünün vəhdəti olan zəfər düsturu regionda illərdir davam edən ədalətsiz status-kvonu dəyişərək, davamlı sülh üçün real zəmin yaratmışdır. Azərbaycanın sülh istəyi təkcə diplomatik bəyanatlarda deyil, həm də real humanitar və iqtisadi addımlarda özünü göstərir. Prezident İlham Əliyev nitqində bu məqama toxunaraq bildirdi ki, Bakı Ermənistana müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulmuş bütün məhdudiyyətləri artıq aradan qaldırıb. Blokadaların ləğvi və kommunikasiya xətlərinin açılması Ermənistanın iqtisadi təcridini bitirəcək bir xilas yolu kimi qiymətləndirilir. Bu addım Bakının düşmənçilik səhifəsini birdəfəlik bağlamaq və regionda qarşılıqlı etimad mühiti yaratmaq iradəsinin göstəricisidir. Sülhün gətirdiyi ən böyük dividentlərdən biri də logistik imkanların genişlənməsidir. Ermənistanla münasibətlərin normallaşması və sülh sazişinin praktiki nəticələri fonunda Azərbaycan hazırda Orta Dəhlizin yeni istiqamətləri üzərində fəal işləyir. Azərbaycan hazırda Çindən Avropaya qədər uzanan ən etibarlı marşrutun ana həlqəsidir. Ölkəmizin Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaş kimi mövqeyi Bakını həm Şərqi Qərblə, həm də Şimalı Cənubla birləşdirən qlobal ticarət qovşağına çevirmişdir. Dünya nizamının ciddi sınaqlar qarşısında olduğunu vurğulayan dövlət başçısı qeyd etdi ki, indi təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir suveren dövlətin gündəliyində mütləq prioritet olmalıdır. Sülh prosesinin hüquqi tərəflərinə toxunan Prezident xatırlatdı ki, Ermənistanla sülh artıq sadəcə bir niyyət deyil, konkret sənədlərlə təsdiqlənmiş reallıqdır. Sülh sazişinin yeddi ay əvvəl paraflanması və birgə bəyanatın qəbulu Cənubi Qafqazda yeni bir tarixin başladığını rəsmiləşdirmişdir. Sərhədlərin delimitasiyası və qarşılıqlı etimadın artması göstərir ki, tərəflər artıq sülhün gətirdiyi üstünlükləri praktikada görürlər. Eyni zamanda, enerji amili qlobal gündəliyin ayrılmaz hissəsi olaraq qalır. Prezident qeyd etdi ki, enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin tərkib hissəsidir və Azərbaycan bu sahədə etibarlı tərəfdaş rolunu hər keçən gün daha da gücləndirir. Prezident İlham Əliyev kənar müdaxilələrin sülh prosesinə vurduğu zərəri də kəskin şəkildə ifşa etdi. O bildirdi ki, Azərbaycan və Ermənistan dırnaqarası vasitəçilik cəhdlərindən qurtularaq ikitərəfli formatda fəaliyyətə başlayan kimi real nəticələrə və sülhə nail olundu. Bu fakt sübut edir ki, regionun taleyi kənar güclərin maraqları ilə deyil, məhz region dövlətlərinin iradəsi ilə təyin edilməlidir. Azərbaycanın işğal olunmuş əraziləri hərbi yolla azad edib, sülhə siyasi yollarla nail olması həm döyüş meydanında, həm də diplomatiya masasında qazanılmış tarixi qələbənin təsdiqidir. XIII Qlobal Bakı Forumu Azərbaycanın dünyaya sabitlik, əməkdaşlıq və ədalətli nizam mesajı verdiyi ən yüksək kürsüdür.

Nicat Quliyev

YAP Laçın rayon təşkilatının məsləhətçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Mart 2026 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see387

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see365

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see352

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see314

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see293

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see275

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see264

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see262

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see259

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see254

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see238

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see238

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see237

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see231

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see226

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see206

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see206

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see203

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri