Qlobal Təzminat Hərəkatının Prezidenti: Fransa hökumətinin təbii fəlakət baş verən anda verdiyi sözlər boş vəd olaraq qalır
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransa hökumətinin dənizaşırı ərazilərində baş verən təbii fəlakətlərlə bağlı hazır planı yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutacaq “Kolonializm: Milli-dini kimliyin silinməsi” adlı beynəlxalq konfransdan bir gün öncə keçirilən mətbuat konfransında Qlobal Təzminat Hərəkatının Prezidenti, Beynəlxalq Dekolinizasiya Cəbhəsinin katibi Joze Marten Jan-Pyer deyib.
O bildirib ki, hər dəfə təbii fəlakətlərdən sonra Fransa hökuməti kömək edəcəyini desə də, bu, aldatma xarakterli olur.
“Onlar çıxış edir ki, sizə ancaq biz kömək edə bilərik. Bir növ gözdağı verirlər. Əvvəlcədən qurulmuş kommunikasiya var, sadəcə bizi susdurmaq istəyirlər ki, sizə yalnız biz kömək edə bilərik. Lakin bu sözlər yalnız boş vəd olaraq qalır. Bu, bizi sakitləşdirmək üçün formal xarakterli sözlərdən başqa bir şey deyil”, - o deyə qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 28 Mart 2025 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















