Qlobal Tolerantlıq və Sülh Şurasının prezidenti: COP28də razılaşdırılmış məsələlərin COP29da gerçəkləşəcəyinə inanıram
“COP29 çox vacib tədbirdir. Medianın da buna nə qədər ciddi yanaşdığını, hər kəsin tədbirin uğurlu keçməsinə dəstək olduğunu görürük”.
APA xəbər veriri ki, bunu COP29-da iştirak edən Qlobal Tolerantlıq və Sülh Şurasının prezidenti Əhməd Məhəmməd Əl-Cərvan deyib.
“Keçən il Birləşmiş Ərəb Əmirliklərində - Dubayda baş tutan COP28 zamanı razılaşdırılmış layihələr, ideyalar, təklif və alınan qərarları COP29-da gerçəkləşdirə biləcəyimizə inanıram.
Bunların Braziliyada getdikcə daha da təkmilləşdiriləcəyimizə də inamım böyükdür”, - deyə o qeyd edib.
Sahilə Cabbar
Baxış sayı:38
Mənbə:https://apa.az