Icma.az
close
up
RU
QMİ sədri: Erməni kilsəsi Ermənistanla qonşu olan bütün region ölkələri üçün böyük təhlükə kəsb edir

QMİ sədri: Erməni kilsəsi Ermənistanla qonşu olan bütün region ölkələri üçün böyük təhlükə kəsb edir

Icma.az, Apa.az saytına istinadən bildirir.

Bu bir faktdır ki, erməni dini dairələri soydaşlarımızın uyuduğu tarixi Azərbaycan torpağı Üçmüədzində – Eçmiədzin adlandırdıqları məkanda əyləşib onlara aidiyyatı olmayan ərazilərdə dini təmsilçiliklərini qurmaqla məşğul olublar.

APA xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında deyib.

QMİ sədri bildirib ki, Qarabağda Artsax Yeparxiyası, Naxçıvanın adı ilə Rusiyada Novo-Naxçivan Yeparxiyası təsis ediblər: “Xristianlıq tarixinə dair saxta mülahizələrlə özlərini əlahiddə icma – dünyada ilk xristianlar kimi təqdim edən ermənilərin dini mərkəzinin yeganə məqsədi “Böyük Ermənistan” kimi xəstə erməni xülyasına dəstək vermək olub. Min cür saxtakarlıqlarla başqa xalqların mədəni-mənəvi irsinə sahiblənən Üçmüədzində və Kilikiyada dini mərkəzləri vasitəsilə dünyaya yalan, iftira, qarayaxmalarla dolu müraciətlər yayan, xristian dininin sülh, qardaşlıq, dinc qonşuluq postulatlarından uzaq olan, daima nifaq, düşmənçilik təbliğ edən, xəstə təxəyyülləri naminə revanşizmə və qarşıdurmaya çağıran bir zehniyyətlə qarşı-qarşıyayıq. Erməni yalanlarına inanmaqda maraqlı olan dövlət və dairələr onlara bu işdə dəstək və yardım edirlər. Bəli, reallıq budur – dünya erməniliyi erməni milli kilsəsinə söykənərək tarixi-siyasi riyakarlıqları ilə beynəlxalq ictimaiyyəti aldatmaqda davam edirlər. Hədəfləri budur ki, erməni dövləti siyasi səriştəsizlik ucbatından əldən gedərsə, erməni milli kilsəsi səfərbəredici mərkəz missiyasını davam etdirsin, Vatikansayağı qriqoryan dini dövləti yaratsınlar və özləri rəhbərlik etsinlər. Beləliklə, erməni kilsəsi tarixi torpaqlarımızda varlığını bu və ya digər yolla davam etdirmək kimi məkrli niyyətdədir. Bu, Ermənistanla qonşu olan bütün region ölkələri üçün böyük təhlükə kəsb edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 May 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri