Icma.az
close
up
RU
QMİ sədri Nyu Yorkda BMT rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirib

QMİ sədri Nyu Yorkda BMT rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 14 oktyabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) şeyxülislam Allahşükür Paşazadə ABŞ səfəri çərçivəsində BMT Baş katibinin müavini Migel Anxel Moratinosla görüşüb.

QMİ-nin Mətbuat Xidmətindən AZƏRTAC-a bildirilib ki, Migel Anxel Moratinos şeyxülislam A.Paşazadəni təşkilatın ofisi və işçi heyətilə tanış edib. Sonra tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər və gələcək üçün birgə fəaliyyət ətrafında fikir mübadiləsi aparılıb.

M.A.Moratinos Azərbaycan xalqını Ermənistanla sülhün bərqərar olması münasibətilə təbrik edib. Bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansı olaraq bundan sonra da Azərbaycanla sıx əlaqələri davam etdirmək niyyətindədirlər.

Tərəflər, həmçinin gələn il Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi, Müsəlman Ağsaqqalları Şurası və BMT-nin Sivilizasiyalar Alyansının təşkilatçılığı ilə keçiriləcək İslamofobiya ilə mübarizə konfransını, eləcə də BMT-nin Sivilizasiyalar Alyansının bu ilin dekabr ayında Səudiyyə Ərəbistanında təşkil edəcəyi növbəti qlobal forumu müzakirə ediblər.

Bundan başqa, QMİ sədri "Dinlər Sülh Uğrunda" Təşkilatının həmprezidenti və Ümumdünya Şurasına üzv seçilməsi ilə əlaqədar rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə təşkilatın Nyu-Yorkdakı baş ofisini ziyarət edib.

Nümayəndə heyətini Təşkilatın Baş katibi Frensis Kuria qarşılayıb, onlara rəhbərlik etdiyi qurumun strukturu və fəaliyyəti barədə ətraflı məlumat verib.

Şeyxülislam isə F.Kurianı Azərbaycandakı multikulturalizm və dinlərarası harmoniya mühiti haqqında məlumatlandırıb, bu mühitin formalaşmasında Ulu Öndər Heydər Əliyevin müstəsna rolundan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısından, ölkəmizdə fəaliyyət göstərən Dini Konfessiyaların Məşvərət Şurası haqqında danışıb.

Baş katib "Dinlər Sülh Uğrunda" təşkilatının Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində malik olduğu böyük təcrübədən bəhrələnəcəyini qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri