Icma.az
close
up
RU
QMİ sədri: Qlobal problemlərin həllində multikulturalizm ideyaları xüsusi əhəmiyyət daşıyır AZƏRTAC

QMİ sədri: Qlobal problemlərin həllində multikulturalizm ideyaları xüsusi əhəmiyyət daşıyır AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 28 noyabr, AZƏRTAC

Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının (UNAOC) “Sülhdə birlik - etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” mövzusunda 10-cu Yubiley Qlobal Forumunda iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 27-də Forum çərçivəsində keçirilən Dini Abidələrin Qorunması üzrə Qlobal Konfransa qatılıb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən şeyxülislam A. Paşazadə qütbləşən, real nüvə təhlükəsi ilə üz-üzə qalan dünyada ksenofobiya təzahürlərinin, milli, dini, irqi zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının artmaqda olduğu hazırkı dövrdə qlobal miqyasda etimadın bərpası ədalətli və rifahlı gələcəyin formalaşdırılması üçün zəruri şərtdir.

“Sülh və gələcəyə dair qlobal problemlərin həllində dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti, sivilizasiyalararası və dinlərarası dialoq və əməkdaşlıq, multikulturalizm ideyaları xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun təşkili dünyada əhəmiyyət baxımından ən təxirəsalınmaz vəzifələrdən biridir. Təqdirəlayiqdir ki, BMT və onun 20 illik tarixə malik Sivilizasiyalar Alyansı bu mühüm istiqaməti daim diqqətdə saxlayır”,- deyə o bildirib.

İki yüz ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etməyə layiq görülmüş multikultural Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyini məhz BMT-nin Nizamnaməsinə və təşkilatın Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq təmin etdiyini vurğulayan A.Paşazadə bu gün ölkəmizin işğaldan azad olunmuş ərazilərdə şəhər və kəndləri yenidən qurması, dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi irs nümunələrini, bütün dinlərə məxsus abidələri yenidən bərpa və inşa etməsi barədə danışıb.

“Kultursidə məruz qalmış ərazilərimizdə dini-mənəvi irsin bərpası və qorunması istiqamətində gördüyümüz işlərə BMT Sivilizasiyalar Alyansının dəstəyini hər zaman hiss etmişik və buna görə də hədsiz minnətdarıq. Azərbaycanda dəfələrlə səfərdə olmuş Migel Anxel Moratinos ölkəmizin sivilizasiyalararası dialoq prosesində rolu, multikultural mühit, dinlərarası səmərəli əməkdaşlığın və din-dövlət münasibətlərinin səviyyəsi barədə kifayət qədər məlumatlıdır. Bildiririk ki, dinlərarası əməkdaşlığın və məzhəblərarası anlaşmanın nadir nümunəsinə malik Azərbaycan sivilizasiyalararası dialoqa hər zaman töhfələr vermək iqtidarındadır”,- deyə QMİ sədri əlavə edib.

COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammiti zamanı qəbul edilmiş Bakı Bəyannaməsində dini liderlərin Yaşıl Dünya naminə səylərini uğurla koordinasiya etmək üçün COP nəzdində Məşvərət Şurasının təsis olunmasının təklif edildiyini xatırladan şeyxülislam artıq qurumun yaradılmasının zamanının çatdığını vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Noyabr 2024 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri