Icma.az
close
up
RU
Qobustan rayonu Qurbançı kəndində “İçməli Su Sisteminin Quraşdırılması” layihəsinin təqdimatı olub

Qobustan rayonu Qurbançı kəndində “İçməli Su Sisteminin Quraşdırılması” layihəsinin təqdimatı olub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 18-də Qobustan rayonunun Qurbançı kəndində Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı” proqramı çərçivəsində icra olunan “Qobustan rayonu Qurbançı Kəndində İçməli Su Sisteminin Quraşdırılması” layihəsinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi Qobustan Rayonu Qurbançı və Ərəbşahverdi kəndlərində mövcud olan 200 tonluq su hovuzunun təmir edilməsi ilə yanaşı, yeni su hovuzu (60 ton), su nasosu, transformator, su borusu (ümumi uzunluq 6600 metr), 5 bulaq (tap-stand) ilə təmin olunmuş su sistemini inşa etməklə, kəndlərin su infrastrukturunun təkmilləşdirilməsi və yerli əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına nail olmaqdır.

Bu layihədə nəzərdə tutulan su sisteminin inşası, avadanlıqların alınması, quraşdırılması üçün Yaponiya hökuməti 90 min ABŞ dolları məbləğində qrant ayırıb.

“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı” proqramı təhsil, səhiyyə, ictimai səhiyyə və digər sahələrdə, bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. İndiyə qədər Azərbaycanda sözügedən proqram çərçivəsində icra olunan layihələrin sayı 287 olmaqla, ümumi qrant məbləği 24 milyon ABŞ dollarını ötüb.

Mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Katsuya, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və benefisiar təşkilat olan Qobustan Bələdiyyəsi nümayəndələri iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri