Icma.az
close
up
RU
Qobustana ayrılan 417 min manatı mənimsəyib Vəzifəli şəxslərin adı keçən cinayət işi

Qobustana ayrılan 417 min manatı mənimsəyib Vəzifəli şəxslərin adı keçən cinayət işi

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət  Məcəlləsinin 179.3.2-ci və 193.1.3.2-ci maddələri ilə təqsirli bilinən Fəqani Rəhimovun məhkəməsinin ilkin baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə, hakim ilk olaraq ittiham aktını elan etmək üçün sözü dövlət ittihamçısı Rauf Malışova verib. İttiham aktından məlum olub ki, Fəqani Rəhimov ayrı-ayrı vəzifəli şəxslərlə birləşərək müxtəlif MMC-lər açaraq qeyd olunan cinayəti törədib.

Belə ki, Qobustan şəhərinin abadlaşdırılması üçün ayrılan 417 min manatı Qobustan rayonunun inzibati ərazi nümayəndəsi Məlikağa Əhədov ilə birləşərək həmin pulu öz adamlarına məxsus "İnşaat F" MMC-yə köçürüb. 
Həmçinin Suraxanı Maşınqayırma zavodunun məsul şəxsi Həsən Pirverdiyev ilə birləşərək 29 min 886 manatı "Pola" MMC-nin bank hesabına köçürüb. Ondan 27 min manatı mal-materiala xərcləyib. Ümumilikdə 65 MMC vasitəsi ilə 570 min 960 manat pul vəsaitini mənimsəyib. Onun 62 min manatını özünün xeyrinə  leqallaşdıraraq 193.1.3.2 və 179.3.2-ci maddələrini ilə cinayət törətməkdə şübhəli bilinib. 

Hakimin sualına cavab olaraq təqsirləndirilən şəxs Fəqani Rəhimov baş vermiş cinayətdə özünü qismən təqsirli bilib və məlum olub ki, Fəqani Rəhimov öz üzərinə düşən ziyanı ödəyib. 

Sonra təqsirləndirilən şəxsin vəkilinin təqdim etdiyi bir neçə vəsatət müzakirə olunub. Məlum olub ki, təqsirləndirilən şəxsin səhhətində problem var, ürəyinə bir neçə stent qoyulub. Həmçinin ibtidai istintaq vaxtı ona düzgün maddə tövsif edilməyib. Dövlət

ittihamçısı Rauf Malışov maddənin tövsif ilə bağlı vəsatətə baxılmamış saxlanılmasını təklif etdi. 

Sonra hakim Rasim Sadıxov təqsirləndirilən şəxsin ev dustaqlığı ilə bağlı verdiyi  vəsatətinə münasibət bildirdi: "Xəstəliyi ilə bağlı sənədləri elektron məhkəmə sistemindən tədqiq edəndən sonra vəsatətə münasibət bildirəcəyik".

Qeyd edək ki, Fəqani Rəhimov barədə ibtidai istintaq bitən zaman həbs qətimkan tədbiri seçilib.

Məhkəmə prosesi 7 yanvar tarixinə kimi təxirə salınıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Dekabr 2024 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri