Icma.az
close
up
RU
Qobustanın dəmyə buğda çörəyi

Qobustanın dəmyə buğda çörəyi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Qobustan ölkəmizin ən böyük taxılçılıq rayonlarındandır. Burada ildə orta hesabla 40 min tondan çox arpa və buğda yetişdirilərək tədarük edilir. Rayon əhalisi sayı 40 min nəfərə yaxın olduğunu nəzərə alsaq, deməli, hər sakinə 1 min tondan çox taxıl düşür.

Bu, yaxşı göstəricidir. Öz əhalisini taxılla təmin edən azsaylı rayonlardandır Qobustan! Təəssüf ki, belə bölgələrimiz çox deyil. Qobustanda taxıl və arpa sahələri əsasən dəmyə torpaqlarda yerləşir. Taxılçılar yaxşı bilirlər ki, dəmyə sahələrdə bol məhsul yetişdirmək heç də asan iş deyil. Bəzən təbiət yağmur sarıdan xəsislik edir. Bir də görürsən ki, həftələrlə göydən yerə bir damla yağış belə düşmür.

Lakin qobustanlı fermerlər çox səriştəlidirlər. Onların çoxu hava şəraitinin əlverişsiz olduğu illərdə belə növbəli əkin üsullarından və zəruri aqrotexniki tədbirlərdən bəhrələndikləri üçün sahələrdə məhsuldarlığın kəskin azalmasına imkan vermirlər. Qobustanda torpağın yaxşı dilini bilən fermerlər çoxdur. Yerli fermerlərin uğuru, ilk növbədə, yüksək reproduksiyalı buğda və arpa toxumlarından istifadə etmələrindən qaynaqlanır.

Məlumdur ki, rayonda fəaliyyət göstərən Qobustan Bölgə Təcrübə Stansiyası seleksiya və toxumçuluq istiqamətində ixtisaslaşıb. Stansiyada hər il 350-400 tona qədər rayonlaşmış elit reproduksiyalı yumşaq buğda, arpa, noxud sortlarının toxumları istehsal olunur və Kənd Təsərrüfatı Nazirliyinin (KTN) bölgüsü əsasında ölkəmizin bir çox dövlət və özəl toxumçuluq təsərrüfatlarına verilir.

KTN rəhbərliyi qobustanlı fermerlərin təcrübəsinin ölkə ərazisində geniş yayılması üçün əməli işlər görür. Bir müddət əvvəl rayonda nazirliyin Aqrar İnnovasiya Mərkəzi, rayon icra hakimiyyəti və Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib.

Yarmarkada Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən toxum istehsalçıları, eləcə də dövlət qurumları və özəl şirkətlərin nümayəndələri iştirak ediblər. Yarmarka çərçivəsində KTN mütəxəssisləri tərəfindən yaradılan vahid stenddə ölkənin müxtəlif bölgələri üçün sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxum nümunələri nümayiş etdirilib, fermerlərin diqqətinə torpaq və iqlim xüsusiyyətlərinə uyğun toxumların seçilməsinin əhəmiyyəti çatdırılıb.

Bildirilib ki, Dağlıq Şirvan iqtisadi rayonu üzrə “Lider”, “Ləyaqətli-80”, “Yubiley-90”, “Gaudio”, “Maurizio”, “Lucilla” yumşaq buğda sortları, eləcə də “İdra”, “Dəyanətli” və “Finola” arpa sortlarının istifadəsi daha məqsədəuyğundur.

Festival çərçivəsində “EMA Agro” şirkətinin təcrübəli aqronomları fermerlərə “Dənli bitkilərin əkinqabağı mühafizəsi qaydaları” mövzusunda təlim keçiblər. Təlimdə əkindən öncə profilaktik aqrotexniki tədbirlərin görülməsi və məhsul itkisinin əhəmiyyətli dərəcədə azaldılmasına nail olmağın yolları barədə məlumat verilib.

Festivalda iştirak edən fermerlərdən biri bizimlə söhbət zamanı dedi ki, bu cür festivallar onların bilik və bacarıqlarını artırmağa kömək edir. Bundan başqa, fermerlər dövlətin dəstək proqramları barədə maarifləndirilir ki, bu da, öz növbəsində, taxılçılığın səmərəliliyinə müsbət təsir göstərir.

Bu yerdə bu kiçik yazıya nöqtə qoymaq olardı. Amma bir məqamı yada salmağa ehtiyac duyuruq. O da budur ki, rayonun dəmyə torpaqlarında min bir zəhmət hesabına araya-ərsəyə gətirilən buğdadan hazırlanan çörəyin ətri və dadı, bir başqadır.

M.HACIXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see765

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see730

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see725

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see526

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see521

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see495

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see428

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see380

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see379

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see367

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see360

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see354

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see342

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see341

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see336

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see327

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see322

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see283

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see266

14 milyon tona yaxın yük daşınıb

07 Oktyabr 2026 16:38see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri