Icma.az
close
up
RU
Qocalmanın qarşısını alan 3 ÜSUL Alimlərdən MÖHTƏŞƏM ARAŞDIRMA

Qocalmanın qarşısını alan 3 ÜSUL Alimlərdən MÖHTƏŞƏM ARAŞDIRMA

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Alimlərin apardığı araşdırmalar bir daha sübut edir ki, beynin qocalması bütün orqanizmin qocalma prosesinin başlamasına birbaşa təsir edir: neyronların fəallığının azalması zaman keçdikcə hormonal prosesləri ləngidir, onlar isə öz növbəsində maddələr mübadiləsinə və hüceyrələrin yenilənməsi sürətinə təsir edir.

Odur ki, beyin hüceyrələrinin "parçalanması"nı yavaşladan və ya tamamilə dayandıran mexanizm insanlığa əbədi gənclik bəxş edən "müqəddəs kasa" olacaq.

Tədqiqatçılar onun axtarışı üzərində çalışmağa davam etsin, biz isə bu müddətdə beyin qocalmasını sürətləndirən faktorları aradan qaldırmağı və ya minimuma endirməyi təklif edirik.

Publika.Az beynin qocalmasını sürətləndirən 3 səbəblə tanış edir.

Zərərli vərdişlər

Həddən artıq duz, alkoqol, siqaret və sair zərərli qidalanma vərdişləri həqiqətən də qocalığı yaxınlaşdırır və bu, şişirdilmiş fakt deyil. Bütün bunlar damarlara mənfi təsir edir, bu isə beyində qan dövranını zəiflədir. Amma neyronlara və sinapslara ən güclü zərbəni marixuana vurur.

Con Hopkins Universitetinin amerikalı alimləri və Kaliforniya Universitetinin professorları 9 yaşdan 105 yaşa qədər olan 30 min nəfərin üzərində apardığı tədqiqatın nəticələrini "Journal of Alzheimer" jurnalında dərc edib. Araşdırmanın nəticələrinə əsasən, yaşlanmağın əsas amilləri müəyyən edilib.

Məlum olub ki, mariuxana beyinə demək olar ki, şizofreniya kimi dağıdıcı təsir göstərir. Odur ki, marixuana sağlam beyinin və güclü bir yaddaşın əsas düşmənləri siyahısında ikinci yer tutur.

Stress

Nənələr və analar həmişə təkrar edir ki, bütün xəstəliklərin səbəbi əsəb və stressdir. Müasir elm adamları və psixoloqlar bu fərziyyəni təsdiqləyir. Məlum olub ki, stress hormonu kortizol beynin həcmini azaldır və yaşlanmasını sürətləndirir. Yüksək səviyyəli kortizol limbik sistemə, xüsusilə məlumatların yadda saxlanması və unudulmasına görə məsuliyyət daşıyan hipokampusa zərər verir. Hipokampusun zədələnməsi beynin kortizolun təsirlərinə qarşı təsirini zəiflədir və zamanla beynin digər hissələri də stressdən əziyyət çəkir. Beləliklə, "baş kompüter"in yaşlanması sürətlənir.

Tənbəllik

Biz sizi həftə sonlarında divana uzanıb televiziya şoularına baxmaqdan yayındırmırıq. Ancaq bu cür vaxt itkisi təkcə köklüyə deyil, həm də erkən qırışların yaranmasına yol açır. Faktiki olaraq, fiziki və intellektualın stressin olmaması, beynin, dolayısı ilə bütün bədənin yaşlanma prosesini sürətləndirir. Bunun qarşısını almaq üçün faydalı məşğuliyyətlər və ya xarici dil kursuna yazılın. Daha dəqiq desək, yeni bacarıqların əldə edilməsi prosesi beynin neyron əlaqələrini gücləndirir, idman isə qan dövranını yaxşılaşdıraraq beyni müsbət hormonlarla təmin edir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri