Icma.az
close
up
RU
Qohum nikahları və erkən evliliklər problemi

Qohum nikahları və erkən evliliklər problemi

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İlk növbədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri hörmətli Bahar Muradovaya “2025-ci il üzrə Gender bərabərliyinin təminatına dair Məlumat”ın hazırlanmasına görə təşəkkürümü bildirirəm.
303 səhifədən ibarət olan bu sənədlə diqqətlə tanış oldum və qeyd etməliyəm ki, məlumat kifayət qədər əhatəli və sistemli şəkildə hazırlanıb. Sənəddə bütün mühüm sahələr üzrə statistik göstəricilər təhlil olunub, görülmüş işlər, əldə edilmiş nəticələr və mövcud problemlər obyektiv şəkildə əks etdirilib.
Təbiidir ki, məlumatda yer alan bütün məsələlərə çıxış çərçivəsində münasibət bildirmək zaman baxımından mümkün deyil.
Buna görə də mən cəmiyyəti daha çox narahat edən bir məsələyə qısa şəkildə toxunmaq istərdim.
Baxmayaraq ki, bu problemlər həm Komitə, həm də Milli Məclisin üzvləri tərəfindən dəfələrlə qeyd olunub, onlar əsas çağırışlar kimi hələ də aktuallığını qoruyub saxlayır. Hesab edirəm ki, biz bu məsələləri daim ictimaiyyətin diqqətinə çatdırmalıyıq.
Bunlardan biri həm yaxın qohumlar arasında nikahlar, həm də erkən nikah problemidir.
Yaxın qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların 2020–2025-ci illər üzrə statistikası ciddi narahatlıq doğurur:
2020-ci il – 395
2021-ci il – 2200
2022-ci il – 2542
2023-cü il – 1950
2024-cü il – 2058
2025-ci il – 1412
Bu rəqəmlər göstərir ki, 2024-cü ilin iyun ayında qəbul edilmiş və 2025-ci ildən qüvvəyə minmiş qohum nikahlarını qadağan edən qanun problemin tam həllinə hələ də yetərli təsir göstərə bilməyib. Yəni,  bəzi vətəndaşlar qanunun tələblərinə baxmayaraq, yenə də qohumlar arasında nikaha üstünlük verirlər.
Eyni zamanda, 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı da ciddi narahatlıq doğurur. 2024-cü ildə bu göstərici 1279, 2025-ci ildə isə 877 olub. Son bir ildə müəyyən azalma müşahidə olunsa da, bu arzuolunmaz hal hələ də davam edir.
Hesab edirəm ki, hər iki problemin əsas səbəblərindən biri bəzi valideynlərin qız uşaqlarını təhsildən yayındırmaq istəyi ilə bağlıdır. Elə 2025–2026-cı tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların cins bölgüsü də buna əyani nümunədir:
Qızlar – 786 957 nəfər
Oğlanlar – 892 774 nəfər
Göründüyü kimi, təhsil alanlar arasında fərq 105 817 nəfər, yəni 6,5 faiz təşkil edir.
Məlumatdan da aydın görünür ki, ən ciddi azalma əsasən 9-cu sinifdən 10-cu sinfə keçid mərhələsində baş verir. Bu isə onu göstərir ki, bir çox qızlar 9-cu sinifdən sonra təhsilini davam etdirmir, yəni təhsildən ysyınır, onların müəyyən hissəsi erkən nikaha cəlb olunur.
Təəssüf ki, bu uşaqların valideynləri hələ də köhnə düşüncə tərzindən uzaqlaşa bilmirlər.
2025-ci ildə Daxili lşlər Nazirliyi erkən nikahın və yaxın qohumlar arasında nikahların qarşısını almaq, qanunun tələblərini pozan vətəndaşlara münasibətdə müvafiq tədbirlər görmək məqsədilə çox işlər görüb. 

Görünür, problemin həllinə yalnız inzibati və ya hüquqi məsuliyyət tədbirləri ilə nail olmaq mümkün deyil. Bu məsələdə cəmiyyətin özü, həmin şəxslərin yaxınları, qohumları və qonşuları da prinsipial mövqe nümayiş etdirməlidirlər. 

Hesab edirəm ki, sosial şəbəkələr belə ciddi ictimai problemlərə daha çox diqqət ayırmalı, erkən nikahların və qohum evliliklərinin yaratdığı fəsadları cəmiyyətə daha fəal şəkildə çatdırmalıdırlar. Xüsusilə də övladlarını erkən nikaha və ya qohum evliliyinə məcbur edən valideynlərin yanaşmasının nə qədər zərərli olduğu ictimai şəkildə qınanmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 May 2026 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri