Icma.az
close
up
RU
Qondarma “erməni soyqırımı”: Ermənistan hakimiyyəti reallıqla hesablaşmalı olduğunu anlayır

Qondarma “erməni soyqırımı”: Ermənistan hakimiyyəti reallıqla hesablaşmalı olduğunu anlayır

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan hökumətinin başçısı bu gün “erməni soyqırımı”ndan danışmamağı seçir, sabah birdəfəlik imtina etdiyini açıqlayacaq. Bu barədə “Hraparak” nəşrinin məqaləsində qeyd olunur. Nəşr yazır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan artıq soyqırımı məsələsinin dəstəklənməməli olduğunu deyib, sadəcə aydınlaşdırılması üçün türk və erməni tarixçilərin birlikdə araşdırma aparması üçün çağırış edib. Məqalədə qeyd olunur ki, Birinci Qarabağ müharibəsində Ermənistan qalib mövqeyində olduğu üçün bu məsələni istədiyi şəkildə diktə edirdi. O zamankı erməni hökuməti də “soyqırım”ın tanıdılmasını dəstəkləyib. Sonrakı prezident Serj Sərkisyan Türkiyə ilə diplomatik münasibətlərin qurulması üçün “futbol diplomatiyası”ndan istifadə edib. Lakin bu cəhd uğurlu olmayıb. Nəşr “erməni soyqırımı” məsələsinin xaricdəki böyük erməni diasporunu aktiv saxlamaq üçün zəruri adlandırır. 


Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a söyləyib ki, Ermənistanın bu mövqeyə gəlməsini alqışlamaq lazımdır:


“İllər  öncə qardaş Türkiyədə prezident Abdullah Gülün rəhbərliyi altında təşəbbüs irəli sürüldü ki, Ermənistan, Türkiyə və neytral tərəflərin tarixçiləri sözügedən məsələni araşdırsın və ona uyğun şəkildə hər iki tərəf razılaşsın. Eyni zamanda rəsmi Ankara təklif etdi ki, Türkiyə və Ermənistan arxivlərini neytral tərəf üçün açsın. Amma həmin vaxt Ermənistan hakimiyyəti buna müsbət cavab vermədi. Demək ki, ermənilər başa düşür ki, arxivlər açılsa, yalandan uydurduqları milyon yarım erməninin soyqrıma uğradılması əfsanəsi havaya uçacaq. İndi isə Nikol Paşinyan hakimiyyəti başa düşür ki, hasar qurtarıb və dalana dirəniblər. Ermənistanın dövlət olaraq mövcudluğu üçün tək çıxış yolu Azərbaycan və Türkiyə ilə anlaşmaqdır. Eyni zamanda prespektivdə Cənubi azərbaycanlıların azadlığa qovuşması var. Ermənistan Respubilikası üç tərəfdən də türk dövləti ilə əhatə olunur. Belə bir halda gəmidə oturub, gəmiçi ilə dava edə bilməyəcəklərini anlayırlar. Ona görə də Nikol Paşinyan höküməti belə çağırışlar edərək cəmiyyətə başa salır ki, türklərlə anlaşmaqdan başqa yolumuz yoxdur. Azərbaycan və Türkiyə həmişə Ermənistana bildirib ki, tarix gerçəklər üzərində yazılmalıdır. Ermənistan hakimiyyəti də reallıqla hesablaşmaq məcburiyyətində olduqlarını anlayır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Noyabr 2024 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri