Icma.az
close
up
RU
Qonşu ölkədə xərçəngə qarşı ilk peyvənd BAŞLADI

Qonşu ölkədə xərçəngə qarşı ilk peyvənd BAŞLADI

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya xərçəngə qarşı ilk peyvənd başlayıb.

Milli.Az xəbər verir ki, xərçəngə qarşı ilk peyvəndin eksperimental tətbiqinə başlanır. Bu barədə Rusiya mətbuatına Qamaleeya adına Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat Mərkəzinin direktoru, akademik Aleksandr Gintsburq məlumat verib.

Gintsburqun sözlərinə görə, Rusiyanın Səhiyyə Nazirliyi ilə razılaşdırılmış plana əsasən, neoantigenlərə əsaslanan xərçəng əleyhinə peyvənd ilkin mərhələdə melanoma (dəri xərçəngi) diaqnozu qoyulmuş məhdud sayda xəstələr üzərində sınaqdan keçiriləcək:

"Yaxın aylarda bu eksperimental vaksinoloji yanaşmanın tətbiqinə başlayacağıq. Hazırda yalnız istehsal mərhələsindəyik. Peyvəndləri biz hazırlayırıq, amma onları Herzen adına Onkologiya İnstitutuna və Bloxin adına Onkologiya Elmi Mərkəzinə çatdıracağıq".

Qeyd edilir ki, bu yeni peyvənd şəxsi immun cavab əsasında hazırlanır və hər bir xəstənin genetik xüsusiyyətlərinə uyğun olaraq fərdiləşdirilir. Yəni bu, klassik universal vaksinlərdən fərqli olaraq, xüsusi "neoantigenlərə" əsaslanan fərdi yanaşma ilə yaradılıb.

Akademik Gintsburq onu da əlavə edib ki, bu yanaşma təkcə Rusiyada deyil, beynəlxalq elmi dairələrdə də ciddi maraq doğurub:

"Biz bu mövzu ilə bağlı onlarla məktub almışıq - müxtəlif ölkələrdən olan onkoloqlar və tədqiqatçılar layihə ilə maraqlanırlar. Bu da göstərir ki, yeni vaksinin tətbiqi gələcəkdə beynəlxalq miqyasda genişlənə bilər".

Xatırladaq ki, Qamaleeya Mərkəzi koronavirus pandemiyası zamanı "Sputnik V" vaksinini hazırlayan əsas elmi müəssisə olub və indi onkologiyada peyvənd yanaşması üzərində işləyir. Ekspertlər bu təşəbbüsün uğur qazanacağı təqdirdə, onkoloji xəstəliklərlə mübarizədə yeni bir mərhələnin başlaya biləcəyini bildirirlər. /Musavat.com

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Avqust 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see300

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see290

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see271

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see251

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see239

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see233

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see189

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see179

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see177

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see177

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see166

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see165

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see165

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see165

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see164

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see163

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see162

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see159

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see145

Bu tarixlərdə insanlar avtoqəzalarda daha çox ölür?

20 Avqust 2026 00:45see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri