Icma.az
close
up
RU
Qonşu ölkələrdə yeraltı təkanlar güclənib: Azərbaycanda zəlzələ ehtimalı artır Bəs mütəxəssislər nə deyir? KONKRET

Qonşu ölkələrdə yeraltı təkanlar güclənib: Azərbaycanda zəlzələ ehtimalı artır Bəs mütəxəssislər nə deyir? KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər qonşu ölkələrdə baş verən zəlzələlər ictimaiyyətdə narahatlıq yaradıb. İnsanları maraqlandıran əsas suallardan biri isə bu təkanların Azərbaycana necə təsir göstərə biləcəyi və hava şəraitinin qeyri-sabit olması ilə zəlzələ arasında hər hansı bağlılığın mövcudluğu ilə bağlıdır. Maraqlıdır, qonşu ölkələrdə baş verən zəlzələlər Azərbaycana necə təsir edə bilər?

Mövzu ilə bağlı hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, qonşu ölkələrin ərazisində baş verən zəlzələlər yaxın təsir dairəsində zəif təkanlar kimi hiss edilə bilər. Lakin bu, həmin zəlzələlərin təsiri ilə respublikamızda da yeraltı təkanların olacağını deməyə əsas vermir.

“Yeni tektonik nəzəriyyəyə əsasən respublikamızın müasir iri struktur elementləri və onlara müvafiq gələn morfostrukturlar Ərəbistan platformasının cənubdan şimala hərəkəti və bununla əlaqədar yer qabığının güclü sıxılması nəticəsində əmələ gəlmişdir. Bu sadə görünsə də olduqca mürəkkəb bir proses kimi başa düşülməlidir. Alp-Himalay qurşağının Qafqaz bölməsində tektonik strukturların böyük əksəriyyətinin asimmetrik quruluşu, onların cənuba aşması elə bu mürəkkəb proseslə bağlıdır. Bakıda və Abşeron yarımadasında ara-sıra hiss olunan (5-6 ball gücündə) zəlzələlər, əsasən Bakı şəhərindən şimal-şərqdə yerləşən Şimali Abşeron tektonik qırılması zonasında yaranan ani tektonik hərəkətlər nəticəsində baş verir. Ümumiyyətlə, Azərbaycan ərazisində yerləşən bir sıra dərinlik qırılmaları, xüsusilə Qafqaz və antiqafqaz istiqamətli tektonik qırılmaların kəsişdiyi yerlər yüksək seysmikliyi ilə seçilir”.

Ekspert qeyd edir ki, hal-hazırda ölkəmizdə müşahidə olunan hava siklonik fəaliyyətin təsiri ilə formalaşan sinoptik şəraitlə əlaqədardır.

“Ümumiyyətlə, atmosferə fəal təsirlər həm təbii yolla, həm də insanların fəaliyyəti nəticəsində baş verir. Təbii yolla baş verən təsirlərə misal olaraq 1815-ci ildə İndoneziyanın Sumbava adasının şimalında Tambora vulkanının püskürməsini qeyd etmək olar. Tambora vulkanı tarixdə məlum olan ən güclü vulkanlardan hesab edilir. 1816-cı ildə Şimali Amerikada və Qərbi Avropada havaların çox soyuq keçməsinin əsas səbəbi sayılan bu vulkanın püskürməsi nəticəsində Çində və Hindistanda da musson yağışlar mövsümünün dövriliyi pozulmuşdu və bu da çaylarda daşqınlara səbəb olmuşdu. İqlimdə baş verən dəyişikliklərin səbəbini 1920-ci ildə amerikalı iqlim tədqiqatçısı Uilyam Hamfreys izah edərək bildirmişdi ki, 1816-cı ilin (“Yayı olmayan il”) çox soyuq keçməsinin əsas səbəbi Tambora vulkanının püskürməsi olub”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Avqust 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri